Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə




Download 0,6 Mb.
bet4/57
Sana12.12.2023
Hajmi0,6 Mb.
#117387
TuriDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57
Bog'liq
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

İnsanın maraqları dedikdə onun hüquq və azadlıq­larının, təhlükəsizliyinin, fiziki, mənəvi, intellektual inki­şafı üçün şəraitin təmin edilməsi, rifahının yüksəldilməsi nəzərdə tutulur.
Cəmiyyətin maraqları - onun demokratikləşməsini, hüquqi və dünyəvi dövlətin qurulması prosesinin davam etdirilməsini, ictimai sabitliyin, milli həmrəyliyin yaran­masını və qorunub saxlanmasım, mədəni, tarixi, milli, mənəvi dəyərlərin qorunmasını və inkişaf etdirilməsini özündə ehtiva edir.
Dövlətin maraqları - onun müstəqilliyinin, suverenliyi­nin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorun­masından, siyasi, iqtisadi və sosial stabilliyin, qanunların aliliyinin təmin edilməsindən, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Qanunun 6.6 bəndində informasiya sahəsində əsas milli maraqlar aşağıdakı kimi müəyyən edilmişdir.
“Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqlan aşağıdakılardır:

  • məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların kons­titusiya hüquqlarının təmin edilməsi;

  • informasiya ehtiyatlarının qorunması və inkişaf etdi­rilməsi;

  • informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;

  • dünya rabitə və informasiya sisteminə daxil olma”.

Qanunun 7.9 bəndində informasiya sahəsində Azərbay­can Respublikasının milli təhlükəsizliyinə təhdidlər də müəy­yən edilmişdir.
“İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır:

  • informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;

  • informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;

  • dövlət sirrinin aşkarlanmasına yönəlmiş qəsdlər;

  • digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəl­xalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;

  • informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər”.

Göründüyü kimi, Qanunda müəyyən edilmiş informa­siya sahəsində Azərbaycan Respublikasmm milli maraqları və milli təhlükəsizliyinə təhdidlər ümumi halda informa­siya təhlükəsizliyinin baza prinsiplərini və onların pozul­ması formalarını özündə təzahür etdirir.
Qeyd olunanlara uyğun olaraq, Qanunun 20-ci maddə­sində informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması məsələləri əksini tapmışdır:
“Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükə sizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunması, habelə infor­masiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir.
Azərbaycan Respublikasmm informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

  • Azərbaycan Respublikasmda informasiyanın, həmçi­nin informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;

  • dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərar­ların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlu­matların toplanması;

  • informasiya infrastrukturunun inkişaf etdirilməsi;

  • dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlə­rinin təkmilləşdirilməsi;

  • kompyuter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə;

  • informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması”.

Bu istiqamətdə növbəti rəsmi dövlət sənədi olan “Azər­baycan Respublikasmm Milli Təhlükəsizlik Konsepsiyası” 23 may 2007-ci il tarixində təsdiq edilmişdir. Konsepsi­yanın 4.3.11 saylı bəndində Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsizliyi siyasəti müəyyən edilmişdir.
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraq­ların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikasmm informasiya sahəsində milli təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə informa­siyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müda­fiəsi sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədi ilə obyektiv və mühüm məlumatlar toplanılır.
Kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində əsas məsələlərdəndir. Azərbaycan Respublikası öz kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsini davam etdirəcəkdir.
İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədilə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər vətəndaş­ların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzə­rində demokratik nəzarəti təmin edəcəkdir”.
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin forma­laşması və inkişafı prosesində insan fəaliyyətinin bütün sahələrində müxtəlif informasiya-kommunikasiya texnolo­giyaları (İKT) işlənib hazırlanır və tətbiq edilir. İnforma­siya və informasiya ehtiyatlan insanın, cəmiyyətin və döv­lətin inkişafının həlledici amillərindən birinə çevrilmişdir. İKT-nin, o cümlədən kompyuter texnikasının geniş imkan­ları dövlət, iqtisadiyyat, sosial, müdafiə və digər sahələrdə obyekt və sistemlərin monitorinqi və idarə olunması pro­seslərini avtomatlaşdırmağa, bu proseslər haqqında böyük həcmdə məlumatları yüksək sürətlə almağa, toplamağa, emal etməyə və ötürməyə imkan verir. Beləliklə, tam əminliklə demək olar ki, bu gün informasiyalaşdırma bəşəriyyətin inkişafında müsbət həlledici rol oynayır.
Qeyd etmək lazımdır ki, elmi nailiyyətlər, o cümlədən müasir informasiya texnologiyalarının imkanları heç də həmişə insanların, cəmiyyətin və dövlətin maraqları baxımından istifadə olunmur. Belə ki, ayrı-ayrı insanlar, təşkilatlar, dövlətlər və onların birlikləri tərəfindən öz maraqlarının ödənilməsi, eləcə də iqtisadi, kommersiya, hərbi qarşıdurmada ehtimal olunan rəqiblərinin maraq­larına əks-təsir (müqavimət) göstərmək məqsədilə infor­masiyanı, informasiya ehtiyatlarını, vasitələrini və texnolo­giyalarını əldə etməyə can atması təbiidir.
Göründüyü kimi, informasiya, informasiya ehtiyatlan və İKT rəqib tərəflərin maraqlarına müəyyən təhdidlər qismində çıxış edir. Qeyd olunan vəziyyət informasiya təhlükəsizliyi problemini doğurur. İnformasiya təhlükə­sizliyinin konseptual və elmi metodiki əsasları son dövr­lərdə işlənib hazırlanmağa başlanmışdır. Ona görə də, terminologiyanın dəqiqləşdirilməsi, informasiya təhlükə­sizliyi probleminin elmi əsaslandırılması, bu sahədə həyati vacib maraqların və informasiya təhdidlərinin mənbələ­rinin təsnif edilməsi, informasiya təhlükəsizliyinin göstə­riciləri, meyarları, normativləri, eləcə də digər xarak­teristika və xassələri elmi-tədqiqat obyekti kimi gələcəkdə hələ çox tədqiqatların mövzusu olacaqdır.
İnformasiya təhlükəsizliyi, informasiya təhlükəsi, infor­masiya təhdidləri, informasiyanın qorunması, informasiya maraqlan, informasiya mühiti və s. baza anlayışlarının da daxil olduğu anlayışlar sisteminin yaradılması informasiya təhlükəsizliyi nəzəriyyəsinin yaradılmasının ilk məsələlə­rindən biridir.
Qeyd etmək lazımdır ki, təhlükəsizlik heç də həmişə qoruma nəticəsində təmin edilmir. Belə ki, təhlükəsizlik obyektlərin uyğun davranış və qarşılıqlı əlaqə qaydalarına riayət olunması, yüksək peşəkar personalm hazırlanması, texnikanın işinin sazlığının və informasiya təhlükəsizliyi obyektlərinin fəaliyyətinin etibarlılığının təmin edilməsi yolu ilə əldə oluna bilər.
Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haq­qında” Qanunundan irəli gələrək aşağıda şəxsin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyi anlayışları verilir.

Download 0,6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   57




Download 0,6 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə

Download 0,6 Mb.