|
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|
bet | 6/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az İnformasiya təhlükəsizliyi - informasiya mühitində dövlətin, fiziki və hüquqi şəxslərin qorunmasının vəziyyətidir.
İnformasiya təhlükəsizliyi - vətəndaşların, təşkilatların və dövlətin maraqları çərçivəsində cəmiyyətin informa- siyalaşdırılmasını təmin edən informasiya mühitinin qorunmasıdır.
İnformasiyanın qorunması - informasiyanın gizliliyinin, tamlığının və ona girişin (əlyetərliliyin) təmin edilməsinə yönəlmiş fəaliyyətdir.
İnformasiyanın qorunması - reallaşdırılması informasiyanın sahiblərinə və istifadəçilərinə ziyanın vurulması ilə nəticələnən təbii və süni xarakterli təhlükələrin təsir göstərdiyi şəraitlərdə informasiyanın gizliliyini, tamlığını və ona girişi (əlyetərliliyi) təmin edən müvafiq üsul və vasitələr kompleksi kimi dövlət, xidməti (kommersiya) və ya şəxsi sirlərin, eləcə də istənilən məzmunlu informasiya daşıyıcılarının qorunmasına yönəlmiş olur.
İnformasiyanın qorunmasının məqsədləri aşağıdakılardan ibarətdir:
dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi;
dövlət sirri təşkil edən və məxfi informasiyanın məxfiliyinin qorunması;
informasiyanın məhvinin, itməsinin, təhrif edilməsinin, saxtalaşdınlmasınm, surətinin çıxarılmasının, təcrid edilməsinin qarşısının alınması;
informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması.
İnformasiya təhlükəsi anlayışına iki mənada - təhlükəni yaradan və təhlükəyə məruz qalan obyektlər baxımından tərif verilir.
İnformasiya təhlükəsi - informasiya mühitinə təsir etmək yolu ilə əhəmiyyətli zərər və ya ziyan vura biləcək imkanların mövcud olduğu obyektin və ya onun ətraf mühitinin vəziyyətidir.
İnformasiya təhlükəsi - obyektin hər hansı başqa obyektin informasiya mühitinə təsir etməklə ona əhəmiyyətli zərər və ya ziyan vura bilmək qabiliyyətini xarakterizə edən xassəsidir.
Praktikada informasiya təhlükəsi anlayışı ilə yanaşı informasiya təhdidi anlayışından da istifadə olunur. Bu anlayışlar bəzən səhvən eyniləşdirilir. Lakin qeyd olunmalıdır ki, bu anlayışlar tamamilə fərqli mahiyyətə malikdirlər və onları eyniləşdirmək olmaz.
İnformasiya təhdidi - obyektin hər hansı başqa obyektin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli zərər vurmaq niyyəti, yəni həmin obyektə qarşı yaratdığı təhlükədir. Başqa sözlə, informasiya təhdidi dedikdə obyekt üçün informasiya təhlükəsi yaradan amil və ya amillər toplusu başa düşülür.
Təhlükələrə misal olaraq əməkdaşların səhv, səhlənkar hərəkətlərini, davranışlarını, texniki nasazlıqları, təsadüfi prosesləri, təbiət hadisələrini və s. göstərmək olar. Təhdidlərə isə təhlükə yarada biləcək və qəsdən düşünülmüş hərəkətləri, davranışları və s. aid etmək olar.
Təsir üsullarına və vasitələrinə görə təhdidlərin aşağıdakı növlərini fərqləndirirlər:
informasiya təhdidləri;
proqram-riyazi təhdidlər;
fiziki təhdidlər;
təşkilati təhdidlər.
İnformasiya təhdidləri informasiyatım hüquqazidd istifadəsi, neqativ manipulyasiya edilməsi (dezinformasiya, informasiyanın təhrif edilməsi, gizlədilməsi), informasiyanın emalı texnologiyasınm korlanması və s. məqsədlər üçün informasiya ehtiyatlarına icazəsiz girişin həyata keçirilməsi və oğurlanması şəklində reallaşdırılır.
Proqram-riyazi təhdidlər sənədlərdə təsvir olunmayan və proqramların fəaliyyətinin, işlənib hazırlanmasının effektivliyini azaldan funksiyaları reallaşdıran komponentlərin aparat və proqram sistemlərinə yeridilməsi, sistemin, o cümlədən informasiyanın qorunması sisteminin normal fəaliyyətini pozan ziyanverici proqramların (kompyuter viruslarının, “troya atlarının” və s.) yayılması yolu ilə reallaşdırılır.
Fiziki təhdidlər informasiya sistemlərinə və onların elementlərinə fiziki təsir edilməsi (məhv olunması, korlanması, oğurlanması), ötürmə kanallarında və ya otaqlarda informasiyanın siqnallar şəklində tutulması yolu ilə həyata keçirilir.
Təşkilati təhdidlər qanunvericilik bazasının zəif olması, normativ-hüquqi sənədlərin olmaması, iş rejiminin nizam- lanmaması, qorunan informasiyanın, onun emal olunduğu və ya saxlandığı sistemin və kompyuter texnikasının saxlandığı yerə girişin məhdudlaşdınlmaması, personalın peşəkarlığının aşağı olması, vəzifəsinə laqeyd və səhlənkar yanaşması, eləcə də texniki, istismar, təhlükəsizlik və digər qaydalara riayət olunmaması kimi səbəblərdən istifadə etməklə reallaşdırılır.
Ümumi halda, məqsəd və nəticələrinə görə təhdidləri üç yerə bölmək olar:
qorunan informasiyanın əldə edilməsi və onunla tanış- olma;
şəxsi mənfəət məqsədilə informasiyanın dəyişdirilməsi (təhrif edilməsi);
birbaşa maddi və mənəvi ziyan vurmaq məqsədilə informasiyanın məhv edilməsi.
İnformasiya təhlükəsizliyi ilə bağlı aşağıdakı anlayışların da verilməsi zəruridir.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|