Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri




Download 0,6 Mb.
bet3/57
Sana12.12.2023
Hajmi0,6 Mb.
#117387
TuriDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57
Bog'liq
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

Milli təhlükəsizlik və onun təmin edilməsində
informasiya təhlükəsizliyinin rolu və yeri

İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar
İnformasiya təhlükəsizliyinin konseptual modeli
İnformasiya təhlükəsizliyinin əsas istiqamətləri və
baza prinsipləri


  1. Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri

Bu gün təhlükəsizliyin təmin edilməsi bütövlükdə bəşəriyyətin ən əsas və qlobal problemlərindən biridir. Adi həyatda təhlükəsizlik anlayışı özündə normal (təhlükəsiz) yaşayış, iş, məişət, istirahət şəraitinin təmin olunmasım ehtiva edir. Bütövlükdə isə təhlükəsizlik - havanın təmizliyi, ərzağın və suyun keyfiyyəti, mənzil şəraiti, kriminala və terrorçuluğa qarşı effektiv mübarizə, nəqliy­yatda, küçədə və ictimai yerlərdə təhlükəsizlik, tibbi təminatın və sosial müdafiənin səviyyəsi, xidmət sahələ­rində mənəvi-etik mühitin yaradılması, əməkhaqqının sərf edilən əməyə uyğunluğu və s. ilə xarakterizə olunur.
Milli təhlükəsizlik termini rəsmi olaraq ilk dəfə 1947-ci ildə ABŞ-da meydana gəlmişdir. Həmin dövrdə ABŞ-da prezidentin milli məsələlər üzrə xüsusi köməkçisi dövlət vəzifəsi təsis edilmiş və Milli Təhlükəsizlik Şurası yaradıl­mışdır.
Milli təhlükəsizlik - milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasının təmin edilməsidir.
Özündə şəxsin, təşkilatın, cəmiyyətin və dövlətin mü­hüm (həyat əhəmiyyətli) maraqlarının daxili və xarici təh­didlərdən qorunması vəziyyətini ehtiva edən təhlükəsizlik aşağıdakı komponentlərlə xarakterizə olunur (şək.1.1):

  • personal;

  • maddi və maliyyə vəsaitləri;

  • informasiya.


Ş ək. 1.1. Təhlükəsizliyin komponentləri
Yaranmış təhdidlər bu komponentlərdən birinə təsir etməklə digər komponentlər və bütövlükdə obyekt üçün təhlükə yaradır. İnformasiya təhdidləri isə obyektə və onun təhlükəsizliyinin digər komponentlərinə təsiri, bir qayda olaraq, onun informasiya mühitinə, o cümlədən informasi­yasına və informasiya ehtiyatlarına təsir vasitəsilə həyata keçirir.
Sovet İttifaqı dağıldıqdan soma müstəqillik qazanmış Azərbaycan Respublikası sosializmdən yeni münasibət formasma keçid dövründə iqtisadi, siyasi-sosial və hərbi böhranlarla müşayiət olunan bir sıra problemlərlə üzləşdi. Bu problemlər respublikanın iqtisadiyyatının səviyyəsinin aşağı düşməsinə, əhalinin həyat səviyyəsinin pisləşməsinə, elm, təhsil və tibb sahəsində böhranlı vəziyyətin yaranma­sına, Azərbaycanın sərhədlərinin pozulmasma və müha­ribənin baş verməsinə gətirib çıxardı.
Respublikam belə böhranlı vəziyyətdən çıxarmaq məqsədilə ölkə rəhbərliyi tərəfindən daxili və xarici təhlü­kəsizliyin təmin olunması, regional və beynəlxalq təhlükə­sizlik üzrə tədbirlərdə iştirak edilməsi, iqtisadiyyatın, sosial vəziyyətin, elmin, təhsilin, mədəniyyətin səviyyəsi­nin yüksəldilməsi istiqamətində atılan addımlar Azərbay­canın müstəqilliyinin və dövlətçiliyinin qorunması, milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının milli təhlükəsizliyi məsələ­ləri və milli maraqlan Azərbaycan Respublikasının Konsti­tusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlü­kəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.
3 avqust 2004-cü ildə qəbul edilmiş “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlü­yünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir.
Azərbaycan Respublikasının milli maraqları dedikdə Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqi­sini təmin edən siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, təhsil, mədəni və mənəvi tələbatları nəzərdə tutulur.
Göründüyü kimi, Qanunda milli təhlükəsizliyin obyekt­ləri kimi insan, cəmiyyət və dövlət müəyyən edilmişdir.

Download 0,6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   57




Download 0,6 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri

Download 0,6 Mb.