Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə




Download 0,6 Mb.
bet44/57
Sana12.12.2023
Hajmi0,6 Mb.
#117387
TuriDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
Bog'liq
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

-İşıq fotonlarının kvant kanalı. Məxfi məlumatın, o cümlədən məxfi açann ötürülməsi üçün işıq foton­larının kvant kanalı istifadə olunur.
-Mikro fotoçəkiliş. Məxfi məlumatın ötürülməsi üçün səhifələrin həddən artıq miniatür şəklinin çəkilməsi, yəni mikronöqtə texnologiyasından istifadə olunur. Adi mətbəə nöqtəsi böyüklükdə belə bir mikronöqtəyə bir standart çap vərəqini yerləşdirmək mümkündür.

  • Mikromətn texnologiyası. Məxfi məlumat mikroçiplə- rin istehsalı texnologiyasından istifadə etməklə mikro­mətn şəklində yazılır və elektron mikroskop vasitəsilə oxunur.

  • Disklərə xüsusi şəkildə yazma. Disklərin DOS əmə­liyyat sistemlərindən fərqli yolla formatlaşdırılır və informasiya belə sektorlarda gizlədilir. İnformasiyanın saxlanması üçün, həmçinin, DOS əməliyyat sistemi tərəfindən istifadə olunmayan, lakin başqa yollarla oxuna bilən cığırlardan istifadə oluna bilər. İnforma­siya və ya viruslar xüsusi şəkildə ikilik kodlar səviyyəsində korlanmış bloklara və ya dayanıqsız bitlərə yazılaraq gizlədilir.

-Maskalanma. Məxfi informasiyanın bitləri səs-küy, əngəl, maneə, səhv (təhrif olunmuş) bitlər adı altında maskalanır. Bu yanaşma kommersiya rabitə kanalla­rında, elektron rəqəmli fotolarda, video kadrlarda, səs (nitq) yazısında və s. reallaşdırıla bilər.

  1. Kompyuter steqanoqrafiyası və onun əsas prinsipləri

Kompyuter texnologiyaları steqanoqrafiyanm inkişafına və təkmilləşməsinə yeni təkan verdi və informasiya təh­lükəsizliyi sahəsində yeni bir istiqamətin - kompyuter steqanoqrafiyasının yaranmasına səbəb oldu.
Qlobal kompyuter şəbəkələrinin günbəgün inkişaf etməsi və daha geniş istifadə olunması ilə əlaqədar olaraq, steqanoqrafiya daha böyük əhəmiyyət kəsb etməyə başla­yır. Kompyuter steqanoqrafiyasının inkişaf tendensiyasımn təhlili göstərir ki, kompyuter steqanoqrafiyası üsullan artan tendensiya ilə inkişaf edir və yaxın illərdə bu üsulların inkişafına maraq getdikcə daha çox artacaqdır.
Eyni zamanda ümumi təyinatlı İnternet şəbəkəsinin hərtərəfli inkişafı və geniş yayılması, İnternet vasitəsilə informasiya mübadiləsi zamanı tələb olunan müəlliflik hüququnun qorunması, şəxsi sirrsaxlama hüququnun qorunması, elektron ticarətin təşkili, elektron bank əməliy­yatlarının həyata keçirilməsi, hakerlərin, terrorçuların fəaliyyətinin qarşısının alınması və s. kimi axıra qədər həll edilməmiş məsələlər informasiyanın qorunmasının yeni üsul və vasitələrinin reallaşdırılmasmı zəruri edir. Digər tərəfdən, informasiya texnologiyalarının sürətli inkişafı təklif olunan yeni üsulları reallaşdırmağa imkan verir.
Əlbəttə, informasiyanın qorunması sahəsində reallaşdı­rılan kriptoqrafik üsullar müəyyən məsələləri həll etməyə imkan verir. Lakin qeyd olunmalıdır ki, ziyanverici proq­ramlar (kompyuter virusları, troya atlan, məntiqi bombalar və s.), reklam, replika, spam xarakterli proqramlar və s. kimi informasiya silahlanmn dağıdıcı təsirləri ilə bağlı məsələlər hələ də həll olunmamış qalır.
Bu baxımdan kompyuter steqanoqrafiyası üsullarının kriptoqrafik üsullan ilə birləşdirilməsi və ya birgə tətbiqi ciddi nəticələr əldə etməyə imkan verə bilər.
Kompyuter steqanoqrafiyası - klassik steqanoqrafıya- nın kompyuter texnologiyalan əsasmda inkişafı nəticəsin­də yaranmış yeni istiqamətidir.
Kriptosistemlərə analoji olaraq, steqanoqrafıyada steqo- sistem terminindən istifadə olunur. Steqosistem - informa­siyanın gizli ötürülməsi kanalının formalaşdırılması üsul və vasitələri toplusudur.
Ümumiləşdirilmiş steqosistemin modeli 7.1 saylı şəkil­də göstərilmişdir. Şəkildən göründüyü kimi, müasir steqo- sistemlərdə (yəni kompyuter steqanoqrafıyasında) əsas iki növ fayl mövcuddur:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Download 0,6 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə

Download 0,6 Mb.