• Kompyuter steqanoqrafiyasmm məşhur üsulları və proqramları
  • Steqanoqrafiya və onun istiqamətləri




    Download 0,6 Mb.
    bet42/57
    Sana12.12.2023
    Hajmi0,6 Mb.
    #117387
    TuriDərslik
    1   ...   38   39   40   41   42   43   44   45   ...   57
    Bog'liq
    Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

    Steqanoqrafiya və onun istiqamətləri
    Klassik steqanoqrafiya və onun inkişaf tarixi
    Praktikada daha çox istifadə olunan klassik
    steqanoqrafik üsullar

    Kompyuter steqanoqrafiyası və onun əsas
    prinsipləri

    Kompyuter steqanoqrafiyasmm məşhur üsulları
    və proqramları

    Rəqəmli steqanoqrafiya

    1. Steqanoqrafiya və onun istiqamətləri

    Qeyd olunduğu kimi, steqanoqrafiya elmi də informasi­ya təhlükəsizliyinin təmin edilməsi problemi ilə məşğul olur. Steqanoqrafıyamn vəzifəsi informasiyanın varlığım, saxlanılması, emal olunması və ötürülməsi faktını gizlət­məkdən ibarətdir. Başqa sözlə, steqanoqrafik üsulların əsas məqsədi qorunan (o cümlədən məxfi) məlumatın varlığının rəqibdən gizli saxlanmasıdır.
    Steqanoqrafiya kriptoqrafiyaya nisbətən daha qədim tarixə malikdir və daha erkən dövrlərdən istifadə edilməyə başlamışdır. “Steqanoqrafiya” sözünün yunan dilindən tərcüməsi “məxfi yazı” (steganos - sirr, məxfi görülən iş, graphy - yazı) mənasım verir.
    Məlum olduğu kimi, əksər ölkələrdə kriptoqrafik üsul və vasitələrin reallaşdınlmasına, istifadəsinə və tətbiqinə qanunvericiliklə müəyyən ciddi məhdudiyyətlər, qadağalar qoyulur. Adətən, istifadə olunan şifrləmə sistemlərinin açarlarının dövlətə verilib-verilməməsi, aparat və ya proq­ram vasitələri şəklində reallaşdınlmasmdan asılı olmaya­raq kriptoqrafik sistemlərin məcburi qeydiyyatı və lisen­ziyalaşdırılması kimi tələb qoyulur.
    Kriptoqrafiyadan fərqli olaraq, müasir dövrdə steqano- qrafiyanm istifadəsinə belə məhdudiyyətlər, qadağalar qoyulmur və praktikada informasiyanın gizlədilməsi üçün effektiv vasitə kimi istifadə olunmaqda davam edir.
    Qeyd edilməlidir ki, steqanoqrafiya kriptoqrafiyanı əvəz etmir, onu tamamlayır və məxfi informasiyanın bədniyyətli şəxslərdən daha ciddi qorunmasını təmin edir. Belə ki, məlumatın steqanoqrafik üsullar vasitəsilə gizlədilməsi onun ötürülməsi faktının aşkarlanması ehtimalım əhəmiy­yətli dərəcədə kiçildir. Əgər bu zaman məlumat həm də şifrlənərsə, onda o, əlavə olaraq daha bir qoruma səviyyəsi ilə təmin edilmiş olar.
    Aydmdır ki, hər hansı məlumatın varlığım daha böyük həcmli informasiya massivində gizlətmək (iynəni samanda gizlətmək kimi) daha asandır. Müasir dövrdə steqanoqra- fiya əsasən məxfi məlumatın tamamilə başqa məzmunlu daha böyük həcmli informasiyanın içində gizlədilməsi (əridilməsi) prinsipinə əsaslanır.
    Xüsusilə vurğulanmalıdır ki, steqanoqrafiya sadəcə məxfi məlumatın ötürülməsi zamanı deyil, məxfi məlumatın məxfi ötürülməsi zamanı daha faydalı olur. Əlbəttə, belə gizli mə­lumat mübadiləsi bir sıra çaüşmazhqlarla müşayiət olunur.
    Əvvəla, istifadə olunan steqanoqrafik üsulun davamlı­lığını qiymətləndirmək və əsaslandırmaq olduqca çətindir. Belə ki, əgər məxfi məlumatın açıq məlumatlar massivinə qarışdırılması üsulu bədniyyətli şəxsə məlum olarsa, onda davamlılıq haqqında fikir söyləmək çox çətindir.
    İkincisi, steqanoqrafik üsullarm istifadəsi zamanı məxfi məlumatların qarışdırıldığı saxlanılan və ötürülən ümumi məlumatların həcmi çox zaman xeyli böyüyür. Bu da məlumatların emalı sistemlərinin məhsuldarlığına ciddi, mənfi təsir göstərir.
    Ümumiyyətlə, steqanoqrafik üsullar müasir dövrdə əsasən aşağıda qeyd olunan məsələlərin həlli üçün istifadə edilir:

    • məxfi informasiyanın icazəsiz girişdən qorunması;

    • şəbəkə resurslarının monitorinqi və idarə olunması sistemlərini adlamaq (dəf etmək);

    • informasiyanın və onu emal edən proqram təminatının kamuflyaj edilməsi (gizlədilməsi);

    • müəyyən növ intellektual mülkiyyət üzərində müəllif­lik hüququnun qorunması.

    Aparılmış tədqiqatlar göstərir ki, steqanoqrafiyanı üç əsas kateqoriyaya ayırmaq olar:

    • klassik steqanoqrafiya;

    • kompyuter steqanoqrafiyası;

    • rəqəmli steqanoqrafiya.

    1. Klassik steqanoqrafiya və onun inkişaf tarixi

    Tarixi mənbələrdə steqanoqrafiya haqqında rast gəlinən ilk məlumat Heradota məxsusdur. O, e.ə.477-ci ildə öz əsərində iki steqanoqrafik məktubun göndərilməsi faktım təsvir etmişdir.
    Birinci fakt İran hökmdarı Daranın fərmanı ilə Suzda saxlanılan qəddar tiran Qisti ilə bağlıdır. O, Miletdə yaşa­yan bir qohumu ilə əlaqə saxlamaq istəyir. Məktubunun kənar əllərə düşməsinin qarşısım almaq üçün Qisti bir qulun saçını daz qırxdıraraq onun başmın dərisinə məxfi məktubu döydürmüş (tatuirovka etdirmiş), saçın uzanma­sını gözləmiş və yalnız bundan soma qulu bir bəhanə ilə Miletə göndərmişdir. Orada qulun saçım yenidən daz qırxaraq məktubu oxumuşlar.
    İkinci halda, mumlanmış taxta parçasının üzərindən əvvəlcə mumu qazıyıb təmizləmiş və bilavasitə taxtanın üzərinə məxfi məktubu cızmış, soma yenidən taxtanın üzərinə mum çəkmiş və mumun üzərinə iti çubuqla açıq məktubun mətnini yazmışlar. Belə şəkildə hazırlanmış göndəriş ünvana çatdırılmışdır. Ünvanda mumu təmizlə­məklə məxfi məktubu oxumuşlar.
    Çində məxfi məktubları ipək parçanın zolaqlarına yazırmışlar. Məlumatı gizlətmək üçün ipək parça zolaqla­rım kürələr şəklində yumurlayaraq üstünü mum ilə örtülmüşlər. Məlumatı aparan kuryer belə hazırlanmış kürələri udaraq ünvana çatdırarmış.
    Qədim Romada məxfi məlumatı digər yazılar üzərində sətirlər arasında meyvə şirəsi, süd, sidik və s. vasitəsilə yazırdılar. Bu üsuldan yaxm tarixdə də istifadə olunmuş­dur. Belə ki, Rusiyada 20-ci əsrin əvvəlində inqilabçılar, o cümlədən V.İ.Lenin də öz əsərlərini yazmaq üçün süddən istifadə etmişdir.
    Steqanoqrafiya orta əsrlərdə də daim istifadə olunmuş və inkişaf etmişdir. XV əsrdə kriptoqrafiya və steqanoq­rafiya ilə məşğul olan rahib Triteius (1462-1516-cı illərdə yaşamışdır) 1499-cu ildə yazdığı “Steganographia” əsərin­də məlumatların gizli ötürülməsi üçün çoxlu sayda üsulları təsvir etmişdir.
    Fransanın Bordo şəhərində üsyan etmiş kəndlilər tərə­findən həbs edilmiş rahib Berto da öz həyatmı xilas etmək üçün gizli yazıdan istifadə etmişdir. Belə ki, üsyançılar rahib Bertoya tanışı keşiş Bleyə məktub yazmağa icazə verirlər. Məktubda gizli yazı yazan Berto məktubun sonunda “Sizə məlhəm göndərirəm, onunla gözünüzü silin və Siz yaxşı görəcəksiniz” cümləsini qeyd edir. Bununla o, gizli yazının necə oxunmasım da tanışı keşiş Bleyə çatdırır. Beləliklə, gizli məktubun oxunması nəticəsində Berto ölümdən xilas edilir.
    Steqanoqrafık üsullardan XVIII əsrdə vətəndaş mühari­bəsi zamanı amerikalılar da fəal istifadə etmişlər. Belə ki, 1799-cu ildə şimallıların iki agenti (Semuel Vudxull və Robert Tounsend) xüsusi mürəkkəbdən istifadə etməklə Corc Vaşinqtona məlumatlar ötürürdülər.
    XX əsrin əvvəllərində və ortalarında baş vermiş birinci və ikinci dünya müharibələri steqanoqrafıyamn inkişafma əhəmiyyətli təkan verdi. Bu sahədə almanlar daha ciddi nai­liyyətlər əldə etmişdilər. Belə ki, onlar müharibə dövründə mikrofotoqrafiya texnologiyasından geniş istifadə etmişlər.
    Mikrofotoqrafiya standart çap vərəqlərinin, sxemlərin və çertyojların adi mətbəə nöqtəsi ölçüsündə mikro şəkli­nin çəkilməsinə imkan verirdi. Belə bir və ya bir neçə nöqtə adi məktublara yapışdırılır və ötürülürdü. Adi nöqtə­lər ölçüsündə olan belə mikro şəkilləri tapmaq və aşkar etmək olduqca çətin idi. Bu texnologiya çox böyük həcmli informasiyanı, o cümlədən sxemləri və çertyojları ötürmə­yə imkan verirdi.

    1. Praktikada daha çox istifadə olunan klassik steqanoqrafik üsullar

    Praktikada müxtəlif növ steqanoqrafik üsullardan isti­fadə olunmuşdur və bəziləri indiyədək istifadə olunmaqda davam edir. Tətbiq olunan mexanizm və vasitələrə görə steqanoqrafik üsulları iki kateqoriyaya bölmək olar:

    • ənənəvi (qeyri-texniki) üsullar

    • xüsusi texniki vasitələr istifadə edilməklə reallaşdırı­lan steqanoqrafik üsullar.

    Ənənəvi (qeyri-texniki) üsullar dedikdə xüsusi texniki vasitələr istifadə olunmadan, gizli yazılar, şərti ifadələr, kodlaşdırma və s. yollarla həyata keçirilən üsullar başa düşülür. Qeyri-texniki üsullara nümunə kimi aşağıdakıları göstərmək olar:

    • Açıq mətnin konkret hərflərinə görə məlumatın ötürül­məsi. Məlumat açıq məktubun mətnində istifadə olu­nan sözlərinin (cümlələrinin, abzaslarının və s.) birinci və ya başqa sırada duran hərfinə görə yazılır və oxunur.

    • İkibaşlı” yazının və kodlaşdırılmış (şərti) sözlərin və ya ifadələrin istifadəsi. Açıq məlumatın mətni müəyyən şəkildə yozulur, ona ayrı məna verilir və ya əvvəl­cədən şərtiləşdirilmiş ifadələr vasitəsilə kodlaşdırılır.

    • Av e Mariya” şifri. Məlumatın kodlaşdırılması üçün ilkin mətnin hər bir sözünün və ya söz birləşməsinin əvəzinə açıq dini mövzuda bir neçə söz qoyulur. Beləliklə, ötürülən məlumat tamamilə dini məzmunlu məxsusi yazı xarakteri alır.

    • Ümumi məlumatların istifadəsi. Qarşı tərəfə zəruri informasiyanın çatdırılması üçün hər hansı əşya, fakt, hadisə (məsələn, mallann siyahısı, topdansatış qiymət­ləri, televiziya verilişlərinin proqramı və s.) barəsində məlumat müəyyən olunmuş qaydada (ardıcıllıqda) xəbər verilir.


    Download 0,6 Mb.
    1   ...   38   39   40   41   42   43   44   45   ...   57




    Download 0,6 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Steqanoqrafiya və onun istiqamətləri

    Download 0,6 Mb.