|
Sabit və dəyişən cərəyan körpüləri vasitəsilə müqavimətin ölçülməsi
|
bet | 29/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rSabit və dəyişən cərəyan körpüləri vasitəsilə müqavimətin ölçülməsi
Müqavimətin qiymətini daha yüksək dəqiqliklə ölçmək üçün körpü sxemlərindən geniş istifadə olunur. Bu sxemlər vasitəsilə müqavimət, tutum, itki bucağı, induktivlik, ayrı-ayrı elementlərin qiymətləri və yaxud kompleks qiymətləri ölçülür. Sabit və dəyişən cərəyanla işləyən körpü sxemləri istehsalatda ən geniş yayılmış ölçmə cihazlarındandır. Sabit cərəyanla işləyən körpülər həssas cihaz olduqları üçün onların köməyi ilə müqavimətlərin çox kiçik qiymətlərini də ölçmək mümkündür. Dəyişən cərəyanla işləyən körpülər isə elementlərin ayrı-ayrı qiymətlərini və ya kompleks qiymətlərini ölçə bilir. Geniş istifadə olunan rəqəmli dəyişən cərəyan körpüsünün sxemi şəkil 11.5 - də göstərilmişdir:
Şəkil 11.5. Rəqəmli dəyişən cərəyan körpüsünün sxemi
Cihazın iş prinsipi aşağıdakı kimidir: balans olmadığı halda körpünün diaqonalındakı gərginlik MQ müqayisə qurğusunda çevrilir və güclənərək AİB avtomatik idarəetmə blokuna təsir edir. Bu blokun vəzifəsi Z1 və Z2 nümunəvi dəyişən müqavimət elementlərinin yığımını təşkil etmək və tarazlıq yaratmaqdır. Körpünün tarazlıq şərti aşağıdakı kimidir:
Z1 Z2 = Z0 ZX ( 11.2 )
Avtomatik idarəetmə bloku RHB rəqəm hesablama blokunun işini idarə edir və həmin blokun köməyi ilə nəticələri rəqəm şəklində göstərir.
Tutum və induktiv xarakterli müqavimətlərin ölçülməsi yüksək tezlik ölçmələrinə aiddir. Yüksək tezliklərdə müqaviməti ölçmək üçün diferensial körpülərdən istifadə edilir. Diferensial körpülərdə göstərici kimi səviyyə göstəricisindən və ya ossilloqrafdan istifadə olunur.
Sabit cərəyan körpüsü
Şəkil 11.6 - da sabit cərəyan mənbəyindən qidalanan körpü sxemi göstərilmişdir:
|
| |