• Gedən pul gələn pulu yeyir
  • Ayın 19-na düşən 19-cu görüş
  • Böyük Britaniyanı Avropadan aralayan sənəd kraliçadan keçdi
  • Qobustanda 55 sahibkara 580 min manat güzəştli kredit verilib
  • Üç nazir İstanbulda bir araya gəlib




    Download 426.25 Kb.
    bet20/22
    Sana24.03.2017
    Hajmi426.25 Kb.
    1   ...   14   15   16   17   18   19   20   21   22

    Üç nazir İstanbulda bir araya gəlib


    17.12.2015

    gorush yeni
    Dekabrın 17-si İstanbulda Azərbaycan, Gürcüstan, Türkiyənin müdafiə nazirləri Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

    Görüşdə müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Xüsusi vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqların iradəsini əks etdirir.

    Xəbəri Mod.gov.az saytı yayıb.


    Gedən pul gələn pulu yeyir


    17.12.2015

    rovshan-agayev-yeni1
            Rövşən Ağayev

    Mərkəzi Bank bu ilin 9 ayı üzrə tədiyyə balansının göstəricilərini yayıb. Valyuta bazarında proseslərin proqnozlaşdırılması baxımından indiki həssas dövrdə tədiyyə balansının izlənməsi çox vacibdir. Hərçənd rəsmi məlumatların real pul axınlarını tam əhatə etmədiyini hər kəs bilir. Məsələn, iki vacib göstərici var ki, onların təhrif edilməsi (yaxud tam uçota alınmaması) tədiyyə balansının bir alət olaraq təhlildə gücünü azaldır. Söhbət idxalın və ölkədən çıxan kapitalın real həcmindən gedir.

    İstənilən halda rəsmi məlumatlar tendensiyaları gizlədə bilmir. Məsələn, ölkədən çıxan valyutanın həcmi gələn valyutanın həcmini üstələyirsə, rəqəmlər kiçildilsə belə, tendensiya görünəcək. Bizim Mərkəzi Bankın statistikasından da bunu görmək olur.

    Xarici ticarət balansını çıxmaq şərti ilə yerdə qalan bütün hesablarda ölkədən çıxan valyutanın həcminin gələn valyutanın həcmini üstələdiyi aydın görünür. Məsələn, xaricə müxtəlif xidmətlər üçün 6,7 milyard dollar ödəmişik, amma əvəzində bizim göstərdiyimiz xidmətlərə görə xaricilər bizə 3,2 milyard dollar ödəyib. Yəni bu hesaba görə 3,5 milyard dollar kəsirimiz yaranıb.

    Maliyyə hesabında da eyni vəziyyətdir: Azərbaycandan kənara birbaşa investisiya formasında 2,6 milyard dollar, əmanətlər və ticarət kreditləri formasında 7,2 milyard dollar vəsait çıxıb — yəni ümumilikdə 9,8 milyard dollar. Amma bunun müqabilində xaricdən cəlb edilən investisiyalar təxminən 4 milyard dollar çox olub. Göründüyü kimi, maliyyə hesabı üzrə ölkədən çıxan valyuta daxil olan valyutadan təxminən 2 dəfə çoxdur. Əlavə olaraq bu müddət ərzində xarici neft şirkətləri ölkədən 1,7 milyard dollar həcmində mənfəət repatriasiya ediblər, xarici işçi qüvvəsi ölkədən 275 milyon dollar əməkhaqqı çıxarıb.

    Ölkədən çıxan valyutanın həcminin gələn valyutanın həcmini hansı səviyyədə üstələdiyinə diqqət yetirəndə manatın niyə təzyiq altında olduğunu aydın görmək olur.

    Nəticə odur ki, heç vaxt yalnız ticarət balansının durumuna baxıb milli valyuta bazarı üzrə proqnoz verməyin. Bütövlükdə tədiyyə balansını izləmək vacibdir. Tədiyyə balansı ölkədən çıxan və ölkəyə gələn bütün valyuta axınlarını, ticarət balansı isə yalnız əmtəələrin ixrac və idxalı üzrə valyuta sövdələşmələrini əks etdirir.

    Ayın 19-na düşən 19-cu görüş


    17.12.2015

    gorush paris 1
    Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin paytaxtı Berndə bir araya gələcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxılacaq.

    Transparency.az/cnews bildirir ki, bu, İlham Əliyevlə Serj Sərkisyanın 2014-cü il oktyabrın 27-dən bəri ilk görüşü olacaq. Həmin gün dövlət başçıları Parisdə danışıq aparmışdılar.

    2014-cü ildə prezidentlər daha iki dəfə bir masa arxasına oturmuşdular: avqustun 10-u Soçidə (Rusiya), sentyabrın 4-ü Nyuportda (Uels).

    Bu üç görüşü də saymaqla son 7 ildə İlham Əliyevlə Serj Sərkisyanın 18 görüşü olub.

    Əvvəlki 15 görüşün tarixi və yeri belədir: 2008-ci il iyunun 6-sı Sankt-Peterburqda (Rusiya), noyabrın 2-si Moskvada (Rusiya), 2009-cu il yanvarın 28-si Sürixdə (İsveçrə), mayın 7-si Praqada (Çexiya), iyunun 4-ü Sankt-Peterburqda, iyulun 17-18-i Moskvada, oktyabrın 8-9-u Kişinyovda (Moldova), noyabrın 22-si Münhendə (Almaniya), 2010-cu il yanvarın 25-i Soçidə, iyunun 17-si Sankt-Peterburqda, oktyabrın 27-si Həştərxanda (Rusiya), 2011-ci il martın 5-i Soçidə, iyunun 24-ü Kazanda (Rusiya), 2012-ci il yanvarın 23-ü Soçidə, 2013-cü il noyabrın 19-u Vyanada (Avstriya).

    Ermənistan 22 ildən çoxdur Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını) işğal altında saxlayır. İndiyəcən aparılmış sülh danışıqları heç bir nəticə verməyib.

    Böyük Britaniyanı Avropadan aralayan sənəd kraliçadan keçdi


    17.12.2015

    london 1Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasına dair referendumun keçirilməsini nəzərdə tutan qanun rəsmi şəkildə qəbul edilib. Novator.az-ın məlumatına görə, Britaniyanın xarici işlər naziri Filip Hammond dekabrın 17-də belə açıqlama verib.

    Britaniya hökuməti Avropa İttifaqından çıxmaqla bağlı referendumun keçirilməsi layihəsini parlamentə 2015-ci ilin mayında təqdim edib.

    Hammondun sözlərinə görə, bundan əvvəl parlamentin təsdiqlədiyi sənədi dekabrın 17-də kraliça təsdiqləyib. Bu da sənədin rəsmi təsdiqlənməsi deməkdir.

    Qanun layihəsində referendumun 2017-ci ilin dekabrın 31-dən gec olmayaraq keçiriləcəyi qeyd olunub.

    1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.

    Qobustanda 55 sahibkara 580 min manat güzəştli kredit verilib


    17.12.2015

    İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 17-si Qobustan rayonunun Çuxanlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Economy.gov.az-ın məlumatına görə, forumda Dağlıq-Şirvan iqtisadi rayonundan 55 sahibkar 580 min manat güzəştli kredit alıb. Kreditlər əsasən heyvandarlıq, arıçılıq və sair sahələrin inkişafına yönəldiləcək, 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

    Sahibkarlığa Kömək Milli Fondu indiyədək (son tədbirdə verilən kreditlər də daxil olmaqla) Qobustan rayonundan olan 335 sahibkara 5,1 milyon manat güzəştli kredit verib.



    Download 426.25 Kb.
    1   ...   14   15   16   17   18   19   20   21   22




    Download 426.25 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Üç nazir İstanbulda bir araya gəlib

    Download 426.25 Kb.