Xəzərin ən iri dəniz ticarət limanı




Download 2.22 Mb.
bet22/31
Sana24.03.2017
Hajmi2.22 Mb.
#1252
TuriXülasə
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
13.Xəzərin ən iri dəniz ticarət limanı

Azərbaycanda paytaxt Bakının Xəzər sahilində multimodal daşımaları həyata keçirən mühüm nəqliyyat kompleksi fəaliyyət göstərir. Bu kompleks 1902-ci ildə təsis edilmiş və indiyədək Xəzər dənizində mövcud limanların ən böyüyü və əhəmiyyətlisi kimi fərqlənən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strukturuna daxildir. Hazırda bərə terminal kompleksindən başqa onun strukturunda əsas yük, konteyner, neft və sərnişin daşıma terminalları və liman donanması da yer alır. Liman donanması nəqliyyat gəmilərinə xidmət göstərmək üçün nəzərdə tutulmuş və yedəkçiləri, bunker gəmilərini, işlənmiş suları yığan gəmiləri, neftyığan gəmiləri, losman və yanğınsöndürən katerləri, kran gəmisini özündə birləşdirən 20 gəmidən ibarətdir. Buraya həmçinin, əhaliyə və şəhər qonaqlarına xidmət göstərən gəzinti katerləri də daxildir [8, 18].

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, tarixi İpək yolunun bərpası (TRACECA) layihəsində körpü rolunu oynayır. Son on ildə Trans-Xəzər neft daşımalarının və neft avadanlığının Azərbaycana idxalının genişlənməsi fonunda Limanın bir nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artmışdır. Bundan başqa Rusiyanın daxili su yollarında naviqasiya açıq olanda (aprel-noyabr) gəmilər Qərbi Avropa və Qara dəniz limanlarından Bakı limanına birbaşa reyslər edə bilərlər.

Limanın dəmir yolu keçidini təmin edən bərə terminalı əsasən vaqon daşımaları üçün nəzərdə tutulsa da, burada avtomobillərin (tirlərin), sərnişinlərin daşınması mümkündür. Terminal 1963-cü ildən istismar olunur və onun layihə üzrə təyin olunmuş gücü ildə 112 min vaqon, yük dövriyyəsi 80 min vaqondur [18].



Aşağıdakı Bərə Terminalı üzrə faktiki yükaşırmaları xarakterizə edən cədvəl verilmişdir:

Cədvəl 5





Download 2.22 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Download 2.22 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xəzərin ən iri dəniz ticarət limanı

Download 2.22 Mb.