“Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar”
fənnindən
MÜHAZİRƏLƏR
Müəllim: Hüseynova Cavahir C.
BAKI 2018
Mövzu 1. Qiriş. Yağ və yağlayıcı materiallarının vaqon təsərrüfatında rolu və onun tətbiqi sahələri barədə ümumi məlumatlar.
Dəmiryol hərəkət tərkiblərinin və dəmiryol avadanliqlarının, maşın və mexanizmlərinin
uzunmüddətli və təhlükəsiz istismarı yağ və qoruyucu materialların tipindən və yağlama rejimindən asılıdır. Yağlayıcı və qorucu materialların düzgün seçimi, tətbiqi və istismarı daima texniki və iqtisadi nəticə verir. Yağlamada məqsəd enerji itgisi ilə əlaqədar sürtünmə müqavimətinin, qızmanın və yeyilmənin azaldılması, titrəyişlərin söndürülməsi və maşının fəyaliyyətdə olmadığı dövrdə səthlərin korroziyadan qorunmasıdır. Bundan əlavə yağlayici maddələr təmizləyici-nəqledici rolunu oynayib, səthdə əmələ gələn yeyilmə məhsullarını uzaqlaşdırıb, sistem süzgəcləri vasitəsi ilə təhlükəsiz yerə toplayir. Sürtgü materiallarının tətbiqi ilə əsas və qarşı tərəfin materiallarının birbaşa kontaktı aradan qaldırıla, sürtünmə və yeyilmə kəskin azaıldıla bilər.
Yağlar və qoruyucu materialların dəmiryol nəqliyyatında və xüsusən vaqon təsərrüfatında böyük əhəmiyyəti var. Buks diyircəklərin, avtoəyləc cihazların, reduktorların, güc və refrijerator vaqonlarının soyuducu qurğularının işi düz seçilmiş yağlayıcıdan asılıdır. Vaqonların sürtünən düyünlərində istifadə edilən yağlayıcı materiallar nəinki həmin düyünlərin istifadə müddətini uzatmalıdırlar habelə onların qəzasız işləməsini təmin etməlidirlər, yəni qatarların hərəkətini təhlükəsiz təmin etməlidirlər.
Metalları korroziyadan qorumaqda lak-boya materialları əsas maddələrdən biridilər, ona görə ki onların örtmə texnologiyası sadədir, aşağı mayə dayəri var, yüksək fiziki-mexaniki örtmə qabiliyyəti var, qoruyucu və dekorativ xüsusiyyətləri vardır. Yağlama və lak - boya materiallarının öz xüsusiyyətləri, kimyəvi strukturu və xammal mənbələrinə görə çox oxşarlıqları var. Hər ikisini neft emalı nəticəsində, orqanik mayelırdın, təbii piylərdən, stabilizə edən, qatılaşdıran, antikorroziya əlavələrdən və s. aldə edirlər. Yağlayıcı eləcədə lak-boya materiallar səthlərin üzərində nazik möhkəm qat əmələ gətirməklə səthlərin qorumasını təmin edir. Qatın əmələ gəlməsi mexanizmi kimyavi reaksiyaların nəticəsində alınır. Yağlayıcı və lak-boya materiallarının əsas eyni xüsusiyyəti odur ki, onlar təmir zamanı asan bərpa olunur, canlanır və ya silinir. Lakin onların fərgləri də var. Lak-boya materialı səthlərə çəkdikdə, o fiziki və kimyəvi dəyişikliklərə məruz qalır ona görə ki həlledicilər buxarlanır və qat əmələ gətirən lay bərkiyir. Yağlama materialları isə metal səthlərini qoruyanda sürtünmə zamanı daima təzələnən maye, bərk və yalançı bərk qat yaradırlar. Məmulatın təmiri zamanı istifadə edilən yağlayıcı və qoruyucu materialların vacib xususiyyəti asan bərpası, yenidən çəkilməsi və ya silinməsi dir.
Yağlayıcı materiallar – bərk, plastik, maye və qaz halında olur və nəqliyyat vasitələri, texniki qurğular və mexanizmlərin hərəkət edən hissələrində, habelə məişətdə olan cihazlarda sürtünmə nəticəsində yaranan azaldılması üçün istifadə edilir. Yağlar və yağlayıcı materiallar maşın və mexanizmlərin sürtünən hissələri arasında yeyilmələri azaldaraq onların fasiləsiz işləməsini təmin edir və onların ömrünü uzadır. Hər bir konkret tipli mühərrik və yaxud sürtünən mexanizm üçün yağın düzgün seçilməsi onların yeyilməsi də az olar və uzun müddətli işləməsi təmin edilər. Bundan başqa, yağ mühərriki yaxşı soyudur, onu korroziyadan qoruyur, bir çox hallarda sıxlaşdırılmış mühitdə işçi qatışığın və yanmış məhsulun silindirdən mühərrikin karterinə keçməsinin qarşısını alır.
Dəmiryol nəqliyyatı hər il “Neft Kimya” və “Neft Emalı” müəssisələrinin istehsal etdiyi və daima təkmilləşdirərək keyfiyyətini yaxşılaşdırdığı yüz minlərlə ton müxtəlif çeşidli yağ və yağlayıcı materiallar və müxtəlif çeşidli boyalar işlədir.
|