Mövzu 7. Yağlayıcı yağların keyfiyyət parametrləri.
Yağların əsas fiziki-kimyəvi göstəriciləri. Yağların istifadə edilmə səmərəliliyi onların istismar keyfiyyətləri ilə xarakterizə edilir ki, axırıncilar da öz növbəsində yağlama materiallarının fiziki-kimyəvi parametrlərindən asılıdır. Yağları ilk növbədə öz fiziki-kimyəvi göstəriciləriləri ilə fərqləndirirlər. Dövlət standartında nəzərdə tutulan bu göstəricilərə aşağıdakilar aiddir: 1). Özlülük-temperatur xüsusiyyətləri; 2). Sürtgü materiallarının yağlama və yuyuculuq qabiliyyəti; 3). Yağların korroziya xüsusiyyətləri; 4). Yağların tərkibində kükürdün olması; 5). Yağlarda mexaniki qarışıqların və suyun olması; 6). Yağların rəngi, sıxlığı və alovlanma temperaturu.
Yağların özlülük-temperatur xüsusiyyətlərini qiymətləndirmək üçün standartda müxtəlif özlülüklər, yağın qaralma və donma temperaturları normalaşdırılır. Özlülük yağların əsas göstəricilərindən demək olar ki birincisidir. Çünki özlülüyün giymətinin normadan kənar olması mühərrikin asan və tez işə salınmasına, yağın hissələr arasına vurulma və yağlama sistemində dövr etmə, həmçinin süzgəclərdən keçmə qabiliyyətinə, yəni süzgəclərin məhsuldarlığına, silindirlərdə porşen üzlüklərinin kiplik yaratma xüsusiyyətlərinə, yanacağın və yağın sərfinə təsir edir. Temperatur yüksəldikcə özlülük aşağı düşür və əksinə.
Yağların özlülük xüsusiyyətlərini giymətləndirmək üçün özlülüyün indeksi anlayışından istifadə edilir. Bu göstərici özlülüyün temperaturundan asılı olaraq dəyişmə dərəcəsini xarakterizə edir. Özlülüyün indeksini təyin etmək üçün yağın 50 və 100oC temperaturlarda kinematik özlülüyünü bilmək lazımdır. Bu ada verilmiş yağın özlülük-temperatur xüsusiyyətləri ilə müqayisə edilir ki, bunlardan da biri üçün özlülüyün indeksi 100, digəri üçün isə vahid gəbul edilir. İstənilən yağ üçün özlülüyün indeksi xüsusi olaraq tərtib edilmiş cədvəllər, qrafiklər və ya nomoqrammalara görə hesablanır. Özlülüyün indeksi yüksək olan yağların özlülük-temperatur xüsusiyyətləri gənaətbəxş hesab edilir. Çünki belə yağlarda özlülük temperaturdan asılı olaraq az dəyişir.
Yağları detalların ömür uzunluğunun artırılması baxımından daha dəqiq xarakterizə edən göstəricilərdən biri onların yağlama qabiliyyətidir. Yağlama qabiliyyəti yağın sürtünən səthlərin üzərinə hoparaq (hissələrin molekulyar ilişmə güvvələri təsirindən) möhkəm yağ qatı əmələ gətirə bilmə qabiliyyətinə deyilir. Hazırda yağlama qabiliyyətini dəqiq təyin etmək üçün elə bir mütərəqqi üsul olmadığına görə, o normalaşdırılmır. Buna görə yağlama qabiliyyəti aqreqat və mexanizmlərdə sınaqdan keçirilir. Laboratoriya şəraitində isə bu keyfiyyət göstəricisi 4 kürəcikli sürtünmə maşınında yağın yeyilməyə qarşı davamlılıq xüsusiyyətləri kimi öyrənilir.
Yağları xarakterizə edən göstəricilərdən biri onların yuyuculyq qabiliyyətidir, hansı ki içərisindəki oksidləşmə və yeyilmə məhsullarını özündə asılı vəziyyətdə saxlayaraq onların detalların səthində ilişib qalmasına müqavimət göstərə bilmə qabiliyyəti başa düşülür. Yuyuculuq qabiliyyəti porşenin ətəyində qalan izin xarakterinə görə “bal” ilə qiymətləndirilir. Yağların yuyuculuq qabiliyyəti tərkibinə aşqarlar qatmaqla yaxşılaşdırıla bilər.
Yağların korroziya xüsusiyyətlərini xarakterizə etmək üçün aşağıdakı göstəricilər də nəzərdə tutulur:
a) suda həll olunan turşu və gələvilərin miqdarı;
b) qurğuşun,polad və mis lövhələrin korroziyalılığı.
Suda həll olunan turşu və gələvilər bütün metallar üçün eyni dərəcədə təhlükəlidir. Yağların tərkibinə aşqarlar qatıldığı üçün onlar yüksək dərəcəli yeyilmələr əmələ gətirmir. Mineral turşuların və gələvilərin yağlarda olmasına yol verilmir. Bu göstəricilər baxımından yağ ancaq keyfiyyətcə yoxlanılır. Yağlar detalları korroziyaya uğradırsa öz funksiyalarını yerinə yetirmir. Yağların korroziya yaratması içərisində üzvü turşuların olması ilə də izah edilir. Yağın tərkibində suyun olması onun korroziya xüsusiyyətlərini yüksəldir. Yağların korroziya xüsusiyyətlərini yaxşılaşdırmaq üçün onlara müvafiq aşqarlar qatırlar.
Yağların içərisində mexaniki qarışıqların olmasına müxtəlif tərəflərdən yanaşmaq iazım gəlir. Tərkibində aşqarları olmayan yağlarda mexaniki qarışıqların olmasına standarta görə icazə verilmir, aşqarları olan yağlarda onların olmasına yol verilsədə, miqdarı məhtudlaşdırılır. İkinci halda aşqarların hesabına əmələ gələn mexaniki qarışıqlar detalların sürtünən səthlərinə abraziv təsir göstərmədikləri üçün əlavə yeyilmə yaratmırlar. Yağlarin tərkibində suyun olması çöküntülər əmələ gətirdiyi, detalları korroziyaya uğratdığı, aşqarlara dağıdıcı təsir göstərdiyi üçün onun sürtgü materiallarında iştirakına yol verilmir. Bundan başqa su aşağı temperaturlarda buz kristalları yaratmaqla yağ süzgəclərinin məhsuldarlığını azaltmaqla yanaşı yağ nasosunun sıradan çıxmasına səbəb ola bilər.
Yağın zərərli birləşmələrdən təmizlənmə dərəcəsi haqqında onun rənginə görə də mühakimə yürüdürlər. Daha işıqlı və şəffaf görünən yağın yüksək fiziki-kimyəvi göstəriciləri var. Yağlara aşqarlar əlavə etdikdə rəngləri qaraldığı üçün standartda hər bir yağın rəngi aşqarsız verilir. Yağın sıxlığı bir sıra hallarda heç normalaşdırılmır. Lakin bu parametr onun istismar keyfiyyətlərini az da olsa xarakterizə etdiyi üçün nəzərdə tutulur.
Yağın alovlanma temperaturu onun yağlama keyfiyyətlərini giymətləndirilməməsinə baxmayaraq, həm tərkibində yüngül fraksiyalı (asanlıqla buxarlanan) karbohidrogenlərin olmasını, həm də yanğın təhlükəsizliyini aydınlaşdırmaq üçün normalaşdırılır. Adətən eyni təyinatlı yağlar yüksək alovlanma temperaturuna malikdirlər. Bu temperaturu təyin etmək üçün içərisində yağ olan qabı (ağzı açıq) müəyyən sürətlə gızdırırlar. Alovlanmasına təöminən 10 oC qaldıqda hər 2 oC-dən bir ona alov yaxınlaşdırırlar. Açıq qabda olan yağın bütün səthini göy alov bürüdükdə, həmin hala uyğun gələn temperatur alovlanma temperaturu kimi gəbul edilir.
|