Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar




Download 75,34 Kb.
bet9/25
Sana03.04.2021
Hajmi75,34 Kb.
#13996
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
Mövzu 8. Yağlayıcı sürtkü materiallarının alınma üsulları.

Müasir elmi-texniki tərəqqi dövründə neftdən cürbəcür məhsullar alınır: spirt, yağlı turşular, kauçuk, aseton, benzol, qliserin, partlayıcı maddələr, rənglər, dərman preparatları, ətir, yuyucu vasitələr, parafin, naftalin və digər çoxlu maddələr. Lakin neft hasilatının əsas hissəsi (95-97%) müxtəlif növlü mühərrik yanacaqları və yağlarının emalı üçün istifadə edilir. Neftin ilkin emalı onu fraksiyalara ayrılmasından ibarətdir. Bu emal üsulunda karbohidrogenlərin tərkibi dəyişmir, onlar ayrı-ayrı qruplara bölünür və bu bölünməyə fraksiya deyilir. Fraksiyalar qaynama temperaturuna görə təsnifata bölünür. Mazut borulu sobada emal etdikdən sonra müxtəlif təyinatlı yağlar alınır. Alınan yağların keyfiyyətini yaxşılaşdırmaq üçün onlara xüsusi kimyəvi birləşmələr əlavə edilir ki, bunlara aşqarlar deyilir. Bu üsulla alınan yağlara distilyat yağlar deyilir.

Təkrar distilləmə və atmosfer təzyigində neftdən benzin, liqroin, kerosin və qazoil fraksiyaları ayrılır. Bu ayırmadan sonra mazut qalır və ondan isə yağlar alınır. Mazut xüsusi borularda və vakuumda qızdırıldıqdan sonra yenə fraksiyalara bölünür. Bu zaman mazut buxarlarının kondensasiyası nəticəsində mil(ox), maşın, avtol və silindr yağları alınır. Mazut ayrıldıqdan sonra ağır yağlı konsentrat – hudron və polihudron qalır. Bu qalıq isə qalan yağların alınması üçün istifadə edilir və aviasiya silindr 52 və s. yağlar alınır. Vakuumda alinan yağlar da tam hazır məhsul hesab edilmir. Çünki onun tərkibində müxtəlif asfalt gətranı, nafta turşusu və digər zərərlı qatışıqlar olur ki, bunlar da yağın keyfiyyətini pisləşdirir. Bu zərərli qatışıqların kənarlaşdırılması üçün sulfat turşulu və seçmə təmizləmə üsulları tətbiq edilir.

Yağları istehsal edərkən əsas proseslərdən biri də mazutdan alınan məhsulları xoşagəlməz komponentlərdən - gətran-asfalt və kükürd birləşmələrindən, bərk parafindən, üzvi turşulardan, doymamış karbohidrogenlərdən təmizləməkdir. Yağların keyfiyyəti təmizləmə üsulunun xarakterindən çox asılıdır. Hazırda istehsal olunan yağlar aşağıdaki təmizləmə üsullarına uğradırırlar: 1. Qələvi – turşu təmizləmə üsulu. 2. Selektiv təmizləmə üsulu. 3. Adsorbsiya təmizləmə üsulu. Yağların istehsalında ən yaxşı təmizləmə üsulu kimi absorbsiya təmizləmə üsulu daha çox istifadə edilir.

Maye sürtgülər mənşəyinə görə bölünürlər:


  • mineral yağlar

  • heyvan və bitgi yağları

  • sintetik yağlar

  • xüsusi, məs. su, maye metal

Sənaye miqyasında istehsal olunan sürkü yağlarının keyfiyyəti çox vaxt müasir tələbatı ödəmir. Buna görə də yağların motor keyfiyyətini yüksəltmək üçün bunlara az miqdarda aşqarlar əlavə edilir. Bu aşqarlara bir sıra tələblər qoyulur. Bunlar da yağlarda yaxşı həll olunmalı, uzun müddət saxlandıqda temperaturun təsirindən çöküntü əmələ gətirməməli, su ilə yuyulmamalı və yağlara zərərli təsir göstərməməlidir.


Download 75,34 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Download 75,34 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar

Download 75,34 Kb.