Mövzu 3. Təbii yağlar və onların emalından alınan məhsullar.
Yağlar və qoruyucu materiallar istehsal etdikdə neft xammalı və neftkimya sintezinin məhsulları ilə yanaşı təbii piylərdən də ist.edilir. Təbii piylər heyvan və bitki yağlarına bölünürlər. Təbii piylər əsas etibarılə orqanik turşuların qliseridlərindən ibarətdir, hansılarki qliserinlə yağlı turşuların birləşməsini təşkil edir. Təbii piylərin emalı prosesi zamanı onlardan stearin, oleyin və s.turşuları ayırırlar və onlardan plastik yağlayicilar üçün qatılaşdırıcılar istehsal edirlər. Qeneqerçek yağından xüsusi maddə alınır ki, o da vaqon bukslarını yağlamaq üçün ist.olunur. Bitki yağlarında olan turşuların qliseridləri havanin oksigeninin təsiri altında oksidləşir və bərk qat əmələ qətirməklə polimerləşir. Məs.əyər hər hansı səthə günəbaxan yağını nazik qatla çəksək, 2-3 həftədən sonra yağ qatı bərk rezinvari qat əmələ gətirəcək. Bəzi bitki yağları polimerləşmə xüsusiyyətlərinə görə lak-boya materiallarının komponenti kimi geniş tətbiq olunur. Bitki yağları 3 qrupa bölünür:
Quruyan (kətan, tung)
Yarıquruyan (günəbaxan, soya və s.)
Qurumayan (pambıq, zeytun və qeneqerçek).
1-ci qrupun yağlarını məmulatın səthinə nazik qatla çəkdikdə quruma (qat əmələ gəlmə) 5-12 sutka davam edir.
2-ci qrupun yağları 14-18 sutkaya qat əmələ gətirir.
Lak-boya materiallarının quruma vaxtını azaltmaq üçün onlara çiy bitki yağı deyil, qabaqcadan emal olunmuş yağları daxil edirlər. Belə ki, əyər çiy bitki yağını inert qazın mühitində (məs.CO2) qızdırsaq, o hissə-hissə polimerləşir və 10-20 dəfə tez qatılaşır. Belə polimerləşmiş yağ daha dəyanətli qatlar əmələ gətirir, nəinki çiy yağ.
Çiy bitki yağlarını qabaqcadan emalının digər üsulu - havanı üfürməklə yağın oksidləşməsidi. Belə üsulla emal olunmuş yağlar tez quruyur və yaxşı parıltılı bərk qat əmələ gətirir. Qat əmələ gəlmənin sürətini artırmaq üçün yağları maleyin anqidratı ilə emal edirlər. Xüsusi emal yolu ilə qurumayan qeneqerçek yağından quruyan yağ almaq olar. Bunun üçün onu 2000C t-da katalizator ilə saxlayırlar. Belə şəraitdə risinolein turşu quruyan linol turşularının bir formasına dönür.
|