Avtomatlaşdırılmıış idarəetmə sistemlərinin




Download 161.5 Kb.
bet1/4
Sana22.05.2022
Hajmi161.5 Kb.
#21639
  1   2   3   4
Bog'liq
sənaye avtomatlaşdırılması
Transmitter hərfi mənada

Avtomatlaşdırılmıış idarəetmə sistemlərinin
məqsəd və funksiyaları

İdarəetməni yerinə yetirən insan, texniki vəsaitlər və idarəetmə obyekti kompleksi avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) adlanır. İdarəetmə obyektinin tipindən (texnoloji proses, texniki qurğu, cəmiyyət və s.) AİS-in müxtəlif növləri vardır. Burada əsasən texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemilərinin (TP AİS) məqsəd və funksiyaları şərh edilir.


TP AİS-in məqsədi: əmək məhsuldarlı­ğının artırılması; məhsulun keyfiyyətinin yüksəldilməsi; məhsulun maya dəyərinin azaldılması; zay və yararsız məhsul buraxılışının azaldılması; enerji itkilərinin azaldılması; işçi qüvvəsinin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması; avadanlıqların təmirsiz işləmə müddətinin artırılması və boşdayanma müddətinin azaldılması; ekoloji vəziyyətin yaxşılaş­dırılması; qəzaların qarşısının alınmasıdır.
Bu məqsədlərə nail olmaq üçün avtomatlaşdırılmış idarəetmə sistemləri aşağıdakı funksiyaları yerinə yetirməlidir:

  • texnoloji prosesin gedişinə nəzarət məqsədilə vericilərdən, ötürücülərdən, çeviricilərdən, göstərən və özüyazan cihazlardan istifadə edilir. Vericilər bilavasitə texnoloji prosesin avadanlıq­larında (boruda, sobada, kalonda və s.), göstərən cihazlar avadanlıqların yanında (yerli cihazlar) və ya mərkəzi nəzarət lövhəsində (ikinci cihazlar) yerləşə bilər. Müasir idarəetmə sistemlərində istifadə edilən vericilər intellektual olub rəqəmsal idarəedici qurğuya (kontroller) ölçülən kəmiyyətə mütənasib kod ötürür. İkinci cihazları isə operator panelində (monitor) virtual cihazlar əvəz edir.

  • avtomatik tənzimləmə sistemi tənzimlənən kəmiyyətlərin qiymətinin sabit saxlamasını və ya müəyyən trayektoriya üzrə dəyişməsini təmin edir. Avtomatik tənzimləyicilər tənzimlənən kəmiyyətlərin cari qiymətini ölçü cihazlarından alır, onlara verilən tapşırıqla fərqinə əsasən idarəedici təsirləri hasil edir və icra mexanizmlərinə ötürürlər. Müasir TP AİS-də tənzimləmə funksiyalarını kontrollerlər yerinə yetirir.


  • Download 161.5 Kb.
  1   2   3   4




Download 161.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Avtomatlaşdırılmıış idarəetmə sistemlərinin

Download 161.5 Kb.