• 1.4. İKİ REZONATORLU GÜCLƏNDİRİCİ KLİSTRON
  • 1.5. İKİ REZONATORLU GÜCLƏNDİRİCİ KLİSTRONUN GÖSTƏRİCİLƏRİ VƏ XARAKTERİSTİKASI
  • AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci




    Download 1.57 Mb.
    bet3/8
    Sana18.11.2020
    Hajmi1.57 Mb.
    1   2   3   4   5   6   7   8

    2. Ləngidici sistemlər. İYT-li cihazlarda geniş zolaqlı rəqs sistemləri kimi ləngidici sistemlər istifadə olunur (şək. 1.5.). Çox halda ləngidici sistemin bir səthi hamar xəttdən, o birisi – periodik təkrar olunan hissələrdən ibarətdir. Bəzi hallarda isə hər iki səth periodik struktura (quruluşa) malikdir (şək.1.5.q). Ləngidici sistemin qonşu eyni elementləri arasındakı məsafə strukturun periodu adlanır (şək. 1.5-də D kəmiyyəti). Ləngidici sistemdə yayılan rəqslərin dalğa uzunluğu () strukturun periodu ilə uyğun olarsa, bu qeyri- bircins sistem adlanır. D olan halda isə, ləngidici sistem kvazibircins və ya sadəcə bircins adlanır. Ləngidici sistemin əsas vəzifəsi – elektromaqnit dalğasının yayılma sürətini azaltmaqdır. Dalğa sahəsi ilə elektron selinin effektli qarşılıqlı əlaqəsi dalğanın faza sürəti ilə (elektronların hərəkət sürətinin ( bərabərlik şərtindən asılıdır, yəni dalğanın faza sürəti işıq sürətindən 10-100 dəfələrlə az olmalıdır. nisbəti sistemin ləngitmə əmsalı adlanır. Real cihazlarda: = (350)

    Dalğanın ləngitmə prinsipini asanlıqla spiralvari lənğidici sistem misalında göstərmək olar. Bu daxili spiralvari keçirici ilə birlikdə koaksial ötürmə xəttidir (şəkil 1.5). Bu növ xəttİYT-li generatordan həyəcanlanan zaman dalğa spiralvari keçiricidə işıq sürətinə yaxın sürətlə yayılır. uzunluqlu bir dolağın ətrafında hərəkəti zamanı dalğa sistemin oxu boyunca spiralın addımı qədər (D qədər) yerini dəyişir.



    Beləliklə, ləngitmə əmsalı:





    1.4. İKİ REZONATORLU GÜCLƏNDİRİCİ KLİSTRON

    Təyinatı: Klistronlar İYT-li cihaz olub, burada elektron selinin sürətə görə modulyasiya prinsipindən istifadə edilir və bir və ya bir neçə həcmi rezonatorlara malikdir. Klistronlar İYT-li rəqslərin gücləndirilməsi, generasiyası və tezliklərin vurulması üçün istifadə olunur. Klistronların rəqs sistemləri dar zolaqlıdır. Geniş dalğa diapazonunda klistron generator və gücləndiricilərin köklənməsi mexaniki yolla, yəni rezenatorun həndəsi ölçülərinin dəyişdirilməsi ilə əldə edilir.



    Quruluşu: İkirezonatorlu gücləndirici klistronun quruluşu şəkil 1.7-də göstərilmişdir. Qızdırılan katoddan çıxan elektronlar sürətləndirici elektrodun sahəsinə cəzb olunur.

    Sürətləndirici elektrod tərəfindən fokuslanan elektron seli birinci həcmi rezonatora (giriş rezonatoru) tərəf hərəkət edir. Rezonatorun bir hissəsi rəqs konturunun tutumunu təşkil edən torlar şəklində olur. Bu rezonatora (adətən modulyator adlanır) koaksial xətt və ya dalğaötürən vasitəsi ilə İYT-li rəqslər ötürülür. İkinci analoji olaraq, tutucu rezonator adlanır. Güclənmiş rəqslər rabitə ilgəyi vasitəsilə tutucu rezonatordan yükə ötürülür. Elektron seli katoddan çıxaraq, sürətləndirici elektrod, birinci və ikinci rezonatorun torlarından keçərək kollektora gəlir. Kollektora yüksək müsbət gərginlik verilir. Gücləndirilən rəqslərin tezliyinə rezonatorun köklənməsi, onun induktivliyi və ya tutumunun dəyişdirilməsi ilə əldə edilir.



    İş prinsipi: Modulyatora ötürülən siqnal: U= sinωt, onda ω tezlikli rəqslər yaradır (həyəcanlandırır). Hər iki rezonator ω tezliyinə köklənir. İki tor arasında yaranan tutumda dəyişən elektrik sahəsi mərkəzləşir (yığılır). Katoddan hərəkət edən elektronlar rezonatorun torları arasındakı potensiallar fərqindən asılı olaraq sürətini dəyişir. Birinci yarımperiodda rezonator boşluğuna düşən elektronlar modulyatorun torları arasından keçəndə sürətini artırır. İkinci yarımperiodda rezonator boşluğuna (dreyf fəzası) düşən elektronlar sürətini itirir. Elektronların sürətinin dəyişməsi potensiallar fərqi ilə təyin edilir. Elektron seli ikinci rezonatorun torundan keçən zaman onda cərəyan impulsları yaradır. İkinci rezonatorda İYT-li rəqslər yaranır. Bu rəqslərin tezliyi modulyatora verilən rəqslərin tezliyinə bərabər olur. Həyəcanlanmış rəqslərin fazası elədir ki, elektron selinin gəldiyi anlarda ikinci rezonatorun torları arasındakı sahə tormozlayıcı olur. İkinci rezonatorun torları arasındakı sahədə elektron seli tormozlanır və öz enerjisini dəyişən elektrik sahəsinə ötürür. Beləliklə, rezonatorda yaranan rəqslərə kömək edir. İkinci rezonatordakı rəqslərin gücü modulyatora ötürülən rəqslərin gücündən böyük olur: gücə görə İYT-li siqnalın güclənməsi baş verir. Katoddan kollektora hərəkət edən elektronların enerjisi sabit gərginlik mənbəyindən (U0) alınır. Ikinci rezonatorda elektron seli ilə dəyişən elektrik sahəsi arasındakı enerji mübadiləsi bir istiqamətdə olur: elektronlardan sahəyə. Beləliklə, rəqslərin gücü sabit gərginlik mənbəyinin enerjisinin seçilməsi (alınması) hesabına artır. Elektron seli isə bu enerjini ikinci rezonatorun dəyişən elektrik sahəsinə ötürülməsi üçün xidmət edir.

    Şək.5.7. Elektron qruplaşmasının fəza-zaman dioqramı.



    1.5. İKİ REZONATORLU GÜCLƏNDİRİCİ KLİSTRONUN GÖSTƏRİCİLƏRİ VƏ XARAKTERİSTİKASI

    1) Çıxış gücü

    Gücləndirci klistronun ən vacib göstəricilərindən biri ikinci rezonatorun yükündə olan rəqslərin gücüdür (Pçıx)

    Çıxış gücü, yəni yükdə ayrılan güc:

    Pçıx=(1)

    2) Klistronun gücə görə güclənmə əmsalı dB-lə göstərilir:



    (2)

    3) Klistronun amplitud xarakteristikası.



    (1) və (2) ifadələrindən istifadə edərək, klistronun amplitud xarakteritikası Pçıx= f (Pgir) və güclənmə əmsalının giriş gücündən olan asılılığını Kp= f (Pgir) qurmaq olar (şək 1.10). Xarakteristikalardan görünür ki, cərəyanın birinci harmonikasının maksimum qiymətində gücləndirici klistron maksimum gərginlik və güc rejimində işləyir. Zəif siqnallar halında rezonatorun torlarından keçən elektron seli yaxşı qruplaşmır və çıxış gücü olur.

    Beləliklə, ikirezonatorlu klistron ancaq sinisoidal rəqslərin güclənməsi və ya dar spektrli tezliyə malik siqnalların güclənməsi üçün istifadə edilir.




    Download 1.57 Mb.
    1   2   3   4   5   6   7   8




    Download 1.57 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci

    Download 1.57 Mb.