• NGN – şəbəkəsinin struktur sxeminin əsas elementləri hansılardır.
  • Mövzu 2 NGN – şəbəkəsinin struktur sxemi Suallar 1. NGN – tipli yeni nəsl rabitə şəbəkəsi hansı şəbəkələrin
  • 3. Paket kommutasiya şəbəkəsinin kanal kommutasiya şəbəkəsindən fərqi nədir. 4. Nəqliyyat şəbəkəsi hansı texnologiyalar əsasında qurulur.
  • M ö vzu 3 Nəqliyyat səviyyəsi Suallar Nəqliyyat şəbəkəsinin nəqliyyat səviyyəsi hansı texnologiya
  • Bakı Telefon Şəbəkəsində nəqliiyat səviyyəsi necə qurulmuşdur.
  • Mövzu 4 Çağırış sellərininidarə edilməsi səviyyəsi Softswitch Suallar 1. Softswitch –in əsas vəzifəsinədir.
  • Mövzu 5 Xidmət səviyyələri və xidmətlərin idarə edilməsi Suallar İnformasiya cəmiyyətinin formalaşmasında hansı
  • Mövzu 6 Çevik kommutatorlar Suallar Çevik kommutatorun əsas vəzifəsi nədir.
  • Mövzu 7 Çevik kommutatorlarların əlaqə protokolları Suallar Siqnal şlüzləri ilə qarşılıqlı əlaqə üçün hansı protokollardan istifadə olunur.
  • Çevik kommutatorun avadanlıqları hansı interfeyslə rabitə yaradilir.
  • Mövzu 8 Şlüzlər və onların növləri 1.Şlüzün vəzifəsi nədir 2.Şlüzün növlərini sayın.
  • Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar




    Download 0.5 Mb.
    bet1/4
    Sana18.09.2020
    Hajmi0.5 Mb.
      1   2   3   4

    Mövzu 1
    NGN – şəbəkəsinin strukturu və elementləri.

    Suallar

    1. NGN – şəbəkəsinin mövcud şəbəkə infrastrukturundan əsas fərqi.

    2. NGN – konsepsiyası öz funksional mahiyyətinə görə neçə səviyyə ilə xarakterizə olunur.

    3. NGN – şəbəkəsinin struktur sxeminin əsas elementləri hansılardır.

    NGN şəbəkəsinin mövcud şəbəkə infrastrukturundan əsas prinsipal fərqi onun digər funksiolnal modellər və prinsiplər (paket kommutasiyalı texnologiyalar) əsasında qurulması təşkil edir. Belə ki, klassik, ümumi ifadəli telefon şəbəkələrinin (ÜİTŞ) əsas elementləri müxtəlif səviyyəli kommutasiya elementləri – kanal kommutasiyalı qovşaqları əsasən aşağıdakı funksiyaları həyata keçirmək üçün nəzərdə tutulmuşdur:



    • İnformasiya selinin emalı;

    • İstifadəçilərdən daxil olan siqnallşma informasiya selinə əsasən

    kanallar arasında kommutasıya həyata keçirmək, iki və ya “n” istifadəçi arasında danışıq traktını (danışıq traktı ilə dar zolaqlı digər növ məlumatlarıda ötürmək olar) təşkil etmək

    • İstifadəçilərə müxtəlif xidmətlərin təqdim edilməsi.

    Klassik ümumi istifadəli telefon şəbəkələrində sadalanan funksional bloklar arasındakı qarşılıqlı əlaqə yaradan interfeyslər və ya standartların hazırlanması və həyata keçirilməsi istehsalçı şirkətlərin daxili işi olmaqla, onlar üşün eyni standartlara və tövsiyələrə əməl edilməsinə ehtiyac olmamışdır. Sonradan İSDN texnologiyasının tətbiqi klassik telefon şəbəkə sistemlərində istifadəçilərdən daxil olan danışıq informasiya selinin emalı ilə onların kommutasiya edilməsi üçün tələb olunan siqnallaşma seli funksiyalarnı bir birindən ayırmağa imkan vermişdir. Bu işlərin məntiqi nəticəsi olaraq point kodlarla ünvanı olan siqnallaşma və ya tranzit siqnallaşma məntəqələri yaradılmış və bu məntəqələr arasında qurulmuş 7 №li siqnallaşma topologiyası asas şəbəkə topologiyasından fərqli olmuşdur. Beləliklə, 7 №li siqnallaşma şəbəkəsi siqnallaşma selinin ünvanına uyğun kommutasiya mərkəzlərinin idarəetmə sisteminə ötürülməsini təmin edir.

    NGN- konsepsiyası öz funksional mahiyyətinə görə üç dəqiq səviyyəsi ilə xarakterizə olunur. Beləki, NGN danışıq səs və digər növ ilkin istifadəçi informasiya selini (kommutasiya etmək və ya ötütmək məqsədi ilə) İP paketlərinə çevirən abunə xətlərinin qoşulma imkanlığı səviyyəsi, İP paketlərin ötürülməsi funksiyasını daşıyan nəqliyyat şəbəkə səviyyəsi və birləşmələri idarə etmək üçün Softswitch- telefon server səviyyəsindən ibarətdir. İstifadəçilərə ənənəvi xidmətləri təqdim etmək üçün kanal kommutasiya şəbəkəsindən fərqli olaraq müxtəlif növ xidmətləri təqdim edən NGN şəbəkəsi aşağıdan yuxarı müxtəlif səviyyələri birləşdirən vertikal struktura malikdir. Bu səviyyələri təşkil edən avadanlıqlar arasında qarşılıqlı əlaqələri təmin edən standart interfeyslər Beynəlxalq Rabitə İttifaqının tövsiyyələrinə uyğun hazırlanaraq tətbiq edilmişdir.

    NGN infrastrukturunun ikinci xüsusiyyəti odurkı, o, paket kommutasiya texnologiyalarında istifadə edilməklə universal İP nəqliyyat protokolu ilə çalışan şəbəkə əsasında qurulmuşdur. Klassik şəbəkələrdə (kanal kommutasiyalı ümumi istifadə edilən şəbəkə) xidmətlərin istifadəçilərə təqdim edilməsi kanal kommutasiya texnologiyası bazası əsasında təşkil edilirdi. NGN şəbəkələrində genişzolaqlı diskrit məlumatların verilişi üçün yeni İP şəbəkə strukturunun formalaşdırılması (əlaqə investisiya qoyuluşu) tələb olunur ki, bu da yeni növ xidmətlərin təşkilində kanal kommutasiyalı şəbəkələrə nəzərən onun səmərəli olmamasını sübut edir.

    NGN şəbəkəsinin arxitekturası üç səviyyədən ibarətdir.

    Şəkil 1.4 də NGN şəbəkəsinin struktur sxemi təsvir edilmişdir. NGN şəbəkəsinin əsas elementləri aşağıdakılardır.

    I səviyyə: Çevik siqnallaşma və idarəetmə proqram kommutatoru (Softswitch və ya telefon serveri), bilinq və əlavə serverlər;

    II səviyyə: Siqnallşma şlüzləri kanal kommutasiyalı şəbəkələrə giriş və çıxış qoşulmasını təmin edir;

    Adi şlüzlər (Gateways)- İP xidmətlərinin qoşulmasını təmin edir;

    Terminal avadanlığı və ya son qurğular.

    III səviyyə: Paket kommutasiya texnologiyaları əsasında İP nəqliyyat şəbəkəsi;

    Yuxarıda qeyd edildiyi kimi NGN şəbəkəsi arxitekturasına görə üç səviyyəli kompleks sistemdən ibarətdir:


    • Kommutasiya prosesinin idarə edilməsi və siqnallaşma informasiya selinin ötürülmə səviyyəsi – Softswitch;

    • Nəqliyyat səviyyəsi (MPLS şəbəkəsi);

    • Son qurğulara qoşulma imkanlığı yaradan abunə səviyyəsi və ya xidmətlərin qismən idarə edilməsi səviyyəsi (MSAN – multiservis abunə konsentratorları, siqnallaşma şlüzləri və s.).

    Kommutasiuya prosesinin tam idarə edilməsi və siqnallaşma informasiya selinin ötürülməsi səviyyəsini təşkil edən Softswitchin (telefon serverin) vəzifəsi siqnallaşma selinin emalı, çağırışların marşrutlanması və s. proseslərin idarə edilməsidir.
    Mövzu 2
    NGN – şəbəkəsinin struktur sxemi

    Suallar

    1. NGN – tipli yeni nəsl rabitə şəbəkəsi hansı şəbəkələrin

    birləşməsi əsasında yaradılır.

    2. NGN – tipli yeni nəsl rabitə şəbəkəsinin əsas elementləri

    hansılardır.

    3. Paket kommutasiya şəbəkəsinin kanal kommutasiya

    şəbəkəsindən fərqi nədir.

    4. Nəqliyyat şəbəkəsi hansı texnologiyalar əsasında qurulur.
    Şəkil 4.2-də NGN tipli yeni nəsl rabitə şəbəkəsinin ümumiləşdirilmiş struktur sxemi təsvir edilmişdir.

    Şəkildən göründüyü kimi belə şəbəkə üç müxtəlif şəbəkənin birləşməsi əsasında yaradılır. Bunlardan biri uzun müddət geniş istifadə edilmiş və hazırda hələ dəistismarda olan kanalların kommutasiyası şəbəkəsidir. Digər şəbəkə müasir texnologiyalarla təchiz edilmiş paketlərin kommutasiya şəbəkəsidir ki, bu da əvəllər verilənlərin ötürülməsi, EHM və digər şəbəkələrin qurulmasında geniş istifadə edilmişdir. Üçüncü şəbəkə nəqliyyat şəbəkəsidir ki, o da əvvəllər yalnız bir növ xidmətləri təqdim edən telefon şəbəkəsi, kabel televiziyası, verilənlərin ötürülməsi və s. şəbəkələrin məcmuəsini təşkil edir və asinxron veriliş sistemi (ATM) və İnternet protokolu (İP) texnologiyaları əsasında qurulur.

    Belə şəbəkənin əsas elementləri aşağidakılardır:

    - çevik kommutator (Softswitch);

    - siqnallaşma şlyuzlarına nəzarət funksiyası olan ATS –lər;

    - şlyuzlar (Gateways);

    - nəqliyyat paket şəbəkəsi;

    - xidmət serverləri;

    - terminal avadanliqları.

    NGN konsepsiyası, ilk növbədə, birləşmənin üç səviyyəsinin dəqiq ayrılması ilə xarakterizə edilir: 1.Nitq informasiyalarının kommutasiya olunması və verilməsi üçün nəqliyyat funksional səviyyədən istifadə olunması; 2.Siqnallaşma informasiyalarının verilməsi üçün siqnallaşma səviyyəsindən istifadə edilməsi; 3.Xidmət növlərinin təqdim olunması xidmət səviyyəsində reallaşdırılması.

    Bu səviyyələr arasında qarşılıqlı fəaliyyəti tənzimləyən interfeyslər təyin edilmişdir. Bir-birindən aslı olmayan hər üç sərbəst olaraq inkişaf edib genişlənə bilərlər. Bu imkan verir ki, müxtəlif xidmət növləri ayrı-ayrı operatorlar tərəfindən təfindən təqdim edilsin.

    NGN konsepsiyasının ikinci əlaməti nəqliyyat şəbəkəsində universal texnologiya olan paket kommutasiyasından istifadə edilməsi ilə xarakterizə edilir.

    Bütün bunlar inkan verir ki, NGN şəbəkəsində paket texnologiyasının tətbiqi sayəsində həm verilənlərin ötürülməsi və həm də bütün növ xidmətlərin təqdim olunması həyata keçirilmiş olsun.

    Mövzu 3

    Nəqliyyat səviyyəsi

    Suallar


    1. Nəqliyyat şəbəkəsinin nəqliyyat səviyyəsi hansı texnologiya

    əsasında qurulur.

    1. NGN – nin Multiservis şəbəkəsi hansı nəqliyyat sistemləri

    üzərində qurulur

    1. Bakı Telefon Şəbəkəsində nəqliiyat səviyyəsi necə

    qurulmuşdur.
    NGN şəbəkəsinin nəqliyyat səviyyəsi paket kommutasiya metodu (paket texnologiyaları) əsasında qurulur. Əsas istifadə edilən paket texnoligiyaları ATM və İP-dir. NGN-Multiservis şəbəkəsi İP və ya ATM nəqliyyat sistemləri üzərində qurulur. NGN şəbəkəsinin üç səviyyəsi arasında qarşılıqlı əlaqə, idarəetmə və s.standart protokollar (İP protokolları) əsasında aparıldığından şəbəkədə NGN tətbiq ediləndə İP nəqliyyat şəbəkəsi varsa, NGN-in tərkibində mövcud İP şəbəkəsindən istifadə etmək daha səmərəlidir. Bakı telefon şəbəkəsində nəqliyyat səviyyəsi Huawei Ltd. Şirkətinin istehsalı olan NE-40 rutorları əsasında 10 Gbit/s sürətli “AzDataCom” şəbəkə resurslarından istifadə etmək (ya əsas, ya alternativ variant kimi) mümkündür.

    Multiservis xidmət keyfiyyətini təmin edən və ATM texnologiyasına əsaslanan şəbəkə arxitekrurasında praktiki olaraq heç bir dəyişiklik aparmadan NGN şəbəkəsini qurmaq olar. Mövcud İP şəbəkə bazası əsasında, NGN nəqliyat səviyyəsindən istifadə edilməsi, xidmət keyfiyyətini lazımi səviyyədə təşkil edən əlavə funksiyaların həyata keçirilməsi imkanlıqları mövcuddur.

    Əgər marşurtlayıcı/kommutator əsasında qurulmuş ATM/İP şəbəkəsində kommutasiya funksiyaları xaricdən idarə edilərsə, onda bu strukturda məcburi qaydada (İP şəbəkəsi üçün) H.248/MGCP protokolları əsasında idarə etməni hayata keçirən Softwich nəzərə alınmalıdır. ATM üçün isə BİCC protokolu ilə Softwich istifadə edilməlidir. Şəkil 1.6-də nəqliyyat səviyyəsində şəbəkə strukturu təsvir edilmişdir.


    Mövzu 4
    Çağırış sellərininidarə edilməsi səviyyəsi Softswitch

    Suallar

    1. Softswitch –in əsas vəzifəsinədir.

    2. Telefon serveri hansı vacib funksiyaları yetrinə yetirir.

    3. Softswitch – müxtəlif kateqoriyalı yük mənbələrindən

    daxil olan hansı çağırış selləerinə xidmət edir.
    Kommutasiyanın idarə edilməsi və çağırış siqnal selinin emalı səviyyəsində telefon serveridin istifadə olunur. Bu serverin vəzifəsi NGN fraqmentində birləşmənin hərtərəfli təşkilinin idarə edilməsindən ibarətdir. Nəqliyyat şəbəkəsi səviyyəsində birləşmənin yaradılması funksiyası Softswitch hesabına həyata keçirilir. Bu prosesdə MGC funksiyası olan ATS-lər istisna təşkil edir. Çünki kommutasiya prosesini həmin MGC-lər özləri yerinə yetirirlər.

    Şəbəkədə bir neçə Softswitch istifadə edilərsə (SİP-T ailəsi), onlar öz aralarında qovşaqlararası protokollarla qarşılıqlı əlaqədə olmaqla bir yerdə birləşmənin idərə edilməsini təmin edirlər. Softswitch aşağıdakı vəzifələri yerinə yetirməlidir:



    • Domenlərdə istifadə edilən bütün növdən olan siqnal selinin emalı;

    • Birbaşa və ya şlüz vasitəsilə qoşulmuş istifadəçiyə xidmət

    göstərmək üçün abunəçi haqqında məlumatların emalı və bu malumatların arxivləşdirilməsi;

    • Xidmət serverləri ilə qarşılıqlı əlaqə və şəbəkə istifadəçiləri üçün

    geniş diapazonlu xidmətlərin və texniki istismar üçün tələb olunan patametrlərin təqdim eilməsi.

    Softswitch birləşməni həyata keçirilərkən o, ayrı-ayrı səviyyələrdə kommutasiya elementləri arasında siqnallaşmanı (siqnal mübadiləsini) idarə edir. Həmin elementlər ailəsinə şlüzlər, multiservis şəbəkəsinin SİP və H.323 protokollu terminalları, İAD (xidmətlərin bir ötürücü mühitlə inteqrasiya edərək şəbəkəyə qoşulmasını təmin edən qurğu) terminal avadanlığı, digər Softswitch avadanlığı və nəqliyyat şlüzlərin (MGC) idarə ediciləri daxildir. Mövcud ənənəvi UİTŞ şəbəkənin siqnallaşma informasiya selini, paket şəbəkəsi ilə ötürmək üçün xüsusi protokollarından istifadə edilir. ÜİTŞ şəbəkənin siqnallaşma şlüzlərindən daxil olan 7 saylı siqnallaşma protokollu paket selini Softswitchə ötürmək üçün SİGTRAN texnologiyalı MxUA protokolu istifadə edilir (həmçinin Softswitch-in bəzi variantlarında 7 saylı siqnallaşma selinin birbaşa daxil edilməsi nəzərdə tutulur).

    Softswitch ona daxil olmuş məlumatları analiz edib və həmin məlumatlara əsasən çağırışları NGN şəbəkəsində marşurutlayır. Bunun üçün İP şəbəkə protokollardan istifadə edərək (siqnallaşma seli vasitəsi ilə) şəbəkə elementləri arasında rabitə seansı həyata keçirir. NGN şəbəkəsində siqnallaşma protokolu kimi İP kommutasiyasında H.248 protokolu, ATM kommutasiyasında isə BİCC istifadə olunur. Bu halda istifadəçilərdən daxil olan informasiya seli Softswitchdən keçmir, sadəcə olaraq nəqliyyat şəbəkəsində qapanır. Şəkil 1.7-də multiservis şəbəkəsində kommutasiyanın idarə edilmə səviyyələrinin strukturu təsvir edilmişdir.

    Şəkildən görünür ki, paket şəbəkəsinin terminal avadanlığı SİP və H.323 protokollarından istifadə edilməklə Softswitch ilə birləşmə yaradır. Terminal avadanlıqlarından daxil olan informasiya paket şəbəkəsinin

    abunə səviyyəsi qovşaqlarına daxil olub paket selinə çevrilir, sonra isə Softswitchin idarə etməsi ilə paket seli ünvanlar üzrə marşurutlaşdırılır.

    Multiservis şəbəkəsinin işi əlaqədar olan bütün funksional əməliyyatların statistik informasiyaları toplanaraq Softswitch səviyyəsində emal edilir və aidiyyatı üzrə uyğun sistemlərə ötürülür. Bu halda istifadəçi üçün informasiyanın dəyəri həmin alqoritmlə nəzərdə tutulan şəbəkə elementlərinə və yaxud “billinq” sisteminə ötürülür. Bilinq abunəçilərlə şəbəkə resurslarından istifadəyə görə qarşılıqlı hesablaşma aparmaq üçün çağırış haqqında ətraflı hazırlanmış standart “CDR” məlumat modeldir. CDR məlumatlarına əsasən şəbəkə operatoru istifadəçilərlə onların istifadə etdikləri şəbəkə resurslarına görə hesablaşmalar aparır.



    Mövzu 5
    Xidmət səviyyələri və xidmətlərin idarə edilməsi
    Suallar

    1. İnformasiya cəmiyyətinin formalaşmasında hansı

    şəbəkənin qurulması tələb olunur?

    2. İP nəqliyyat şəbəkəsinin üstün cəhəti nədir?

    3. SİP və H.323 protokolu terminallardan nə vaxt istifadə

    olunur.
    Klassik rabitə və multiservis şəbəkələrində abunəçilərə təqdim edilən müxtəlif növ rabitə xidmətləri arasında əsas payı istifadəçilər arasında telefonla aparılan danışıq məlumatları həcmi təşkil edir. Son dövrlər cəmiyyətin ictimai, siyasi, mədəni, elmi və iqtisadi fəaliyyətinin əsas hissəsi elektron vasitələrlə- internet (elektron hasil, elektron ticarət, elektron dövlət), innovasiya texnologiyaları ilə həyata keçirilir. Həmçinin istehsal prosesində də uzaqdan idarə olunan nanotexnologiyalar tətbiq edilir. Ona görədə informasiya cəmiyyətinin formalaşmasında yüksək sürətə malik İP nəqliyyat şəbəkələrinin qurulması tələb olunur. Həmçinin İP nəqliyyat şəbəkəsi hər növ məlumatı ötürmək imkanına malikdir.

    Məhz İP nəqliyyat şəbəkəsi səviyyəsində paket texnologiyasının tətbiqi müxtəlif növ informasiya selinin son məntəqəyə - istifadəçilərə ötürülməsi üçün vahid alqoritmdən istifadə etməyə imkan verir. Multiservis şəbəkələri multimedia informasiya selinin ünvanlara çatdirilması funksiyasında başqa, geniş çeşidli intellektual xidmətlərin tətbiqinə də imkan yaradır. Telefon xidmətlərindən başqa, Softswitch və ya əlavə xidmətlər serveri avadanlığı istifadə edilir. NGN – in şəbəkə sistemi multimedia terminalina malik istifadəçilər üçün (SİP və H.323 protokollu terminallar) müxtəlif multimedia xidmətləri təşkil etməyə imkan yaradır.

    Şəbəkədə Softswitch – telefon serverini intellektual xidmətləri göstərmək kimi əlavə funksiyalarla yükləməmək və şəbəkədə məhdud olmayan yeni-yeni yaranan intellektual xidmətləri təşkil etmək üçün telefon serveri (Softswitch) səviyyəsində əlavə serverlər tətbiq edilir. Əgər intellektual xidmətlər həcmi yüksək olmazsa, onda Softswitch tərkibində SSP funksiyaları realizə edilir.

    Paket texnologiyasının tətbiqi istifadəçinin şəbəkəyə hansı üsulla qoşulmasından asılı olmayaraq, onlara giriş çeşidli bir sıra xidmətlər təqdim etmək imkanı yaradır.

    Multiservis şəbəkələrində eyni tipli servislərə QOS səviyyələrinə uyğun müxtəlif keyfiyyətdə xidmətləri reallaşdırmağa imkan yaradır. Adətən müxtəlif multiservis avadanlığı istehsalçıları özlərinin geniş çeşidli xidmətlərinin göstərmək imkanlıqlarına malik olmasını təqdim edirlər. NGN avadanlığının seçimində (standart xidmət növlərindən başqa) bu cür əlavə xidmətlər nəzərə alınmalıdır.

    Qeyd etmək lazımdır ki, hal-hazırda respublikmızda müxtəlif istehsalçıların Softswitch və xidmət serverlərinin bir birilə qarşılıqlı, birgə işləməsi üçün işlər aparılır.




    Mövzu 6
    Çevik kommutatorlar
    Suallar

    1. Çevik kommutatorun əsas vəzifəsi nədir.

    2. Çevik kommutatorun avadanlıqları vasitəsilə əsas yerinə yetirilən funksiyalar hansılardır.

    3. Çevik kommutatorlar hansı yük mənbələrindən daxil olan çağırışlara xidmət edir.

    Çevik kommutatorlarınəsas vəzifəsi çağırışları emal etmək, serverlərə qoşulmanı təmin etmək, inyelektual şəbəkəyə qoşulmanı yaratmaq, tarifləndirməni aparmaq, UİTŞ ilə siqnal əlaqələrinin və birləşmələrin yaradılması proseslərini idarə etməkdən ibarətdir.

    Çevik kommutatorlar informasiyaların kommutasiya olunması və verlməsi üçün idarəetmə səviyyəsi funksiyasını reallaşdıran əsas qurğudur. Çevik kommutatorun avadanlıqları vasitəsilə əsas aşağıdakılar yerinə yetirilirlər:



    • paket şəbəkəsində siqnal imformasiyalarının qəbulu, emalı və birləşmənin yaradılmasına reallaşdıran, baza çağırışlarının idarə olunma funksiyasını;

    • bilavasitə paket şəbəkəsinə eləcədə UİTŞ avadanlığı vasitəsilə bu şəbəkəyə qoşulan abunəçilərin müəllifliyinin tanınması və autentifikasiya olunması funksiyasını;

    • Paket şəbəkəsində çağırışların marşurutlanması funksiyasını;

    • Statistik informasiyaların yığılması və tarifləndirmə funksiyasını;

    • Nəqliyyat şlyuzları avadanlıqıarının ıdarə olunma funksiyasını; əlavə xidmət növlərinin (ƏXN) təqdim edilməsi funksiyasını. Bu funksiya çevik kommutatorun avadanlıqlara və ya xidməti serverlərin köməyilə reallaşdırılır;

    • OAM&P funksiyasını: istismar, idarəetmə (administrativ), texniki xidmət və s.

    • Menecment funksiyasını: bu funksiya şəbəkənin menecment sistemilə qarşılıqlı əlaqəni təmin edir.Əlavə olaraq çevik kommutator avanlıqlarında ola bilərki, aşağıdakı funksiyalar da reallaşdırılsın:

    • 7 saylı siqnallaşma şəbəkəsinin SP/STP funksiyası:

    • ƏXN geniş siyahısının təqdim edilməsi. bu funksiya sərbəst və yaxud xidmətin servizlərdən istifadə olunmaqla reallaşdırıla bilər.

    • Xidmət servizlərilə qarşılıqlı əlaqə funksiyası.

    • SSP funksiyası və s.

    Yadda saxlamaq lazımdır ki, çevik kommutatorlar qeyri bircins yük mənbələrindən daxil olan çağırışlara xidmət edirlər.belə yük mənbələrinin müxtəlif növləri aşağıdakılardır:

      • NGN şəbəkəsində işləmək üçün nəzərdə tutulan terminallar (SİP, H.323 və İP-MÜATS terminalları);

      • NGN şəbəkəsində işləmək üçün nəzərdə tutulmayan (analoq və İSDN- terminalları) və rezident qoşulma şlyuzun vasıtısilə qoşulan terminallar;

      • NGN şəbəkəsində işləmək üçün nəzərdə tutulmayan qoşulma şəbəkələrinin avadanlıqlar(V.5 interfeysli konsentratorlar) və qoşulma şlyuzları avadanlıqları;

      • İATS ilk qoşulmasında istifadə edilən avadanlıqlar və qoşulma şlyuzu vasitəsilə qoşulan avadanlıqlar;

      • 7 saylı ÜKS istifadə edilməklə birbaşa və ya siqnal şlyuzu vasitəsi ilə qoşulan avadanlıqlar;

      • SİP- T siqnallaşması ilə xidmət olunan digər çevik kommutatorun avadanlıqları.


    Mövzu 7
    Çevik kommutatorlarların əlaqə protokolları
    Suallar

    1. Siqnal şlüzləri ilə qarşılıqlı əlaqə üçün hansı protokollardan istifadə olunur.

    2. Protokolların əsas vəzifəsi nədir.

    3. Terminal avadanlıqlarla qarşılıqlı əlaqə zamanı istifadə olunan protokollar hansılardır.

    4. Çevik kommutatorun avadanlıqları hansı interfeyslə rabitə yaradilir.

    Çevik kommutatorların avadanlıqları aşağıdakı protokol növləri ilə müxtəlif qovşaqların avadanlıqları ilə məlumat mübadiləsini həyata keçirir:

    - Mövcud ÜİTŞ avadanlıqları ilə qarşılıqlı əlaqə zamanı:

    bilavasitə qarşılıqlı əlaqə: ÜKS -7 ilə MTP, İSUP və SCCP protokol hissələri vasitəsilə;

    - siqnal şlyuzları ilə qarşılıqlı əlaqə üçün: M2UA, M3UA, M2PA-paket şəbəkəsi ilə UKS 7-nin siqnallaşmasını vermək üçün;

    V.5UA – paket şəbəkəsi ilə V.5 siqnallaşma informasiyalarını vermək üçün: İUA paket şəbəkəsi ilə ilkin İSDN qoşulmasının siqnallaşma informasıyalarını vermək üçün;

    - MEG ACU (H 248) ayrılmış siqnal kanalı ilə siqnallaşma sistemindən daxil olan informasiyaların verilməsi üçün (2BCK);

    - Terminal avadanlıqları ilə qarşılıqlı əlaqə zamanı;

    - Terminal avadanlıqları ilə bilavasitə əlaqə yaradan paket şəbəkəsi ilə; SİP və H-323;

    - UİTŞ – in terminal avadanlığının qoşulmasını təmin edən şlyuz avadanlıqları ilə qarşılıqlı əlaqə: analoq abunəçi xəttləri ilə siqnallaşmanı vermək üçün MEGACO (H.248); İSDN-in ilkin qoşulma siqnal informasiyalarının verilməsi üçün İUA;

    - Digər çevik kommutatorlarla qarşılıqlı əlaqə zamanı: SİP-T;

    - İntelektual platforma avadanlıqları ilə qarşılıqlı əlaqə zamanı(SCP): İNAP;

    - Xidməti serverlərlə qarşılıqlı əlaqə zamanı: Hazırkı dövrdə xidməti serverlərdə əlaqə zamanı JAVA, XML , SİP və s. texnologiyaları əsas olaraq istifadə edilir;

    - Nəqliyyat şlyuzları ilə qarşılıqlı əlaqə zamanı;

    - İP və ya İP/ ATM nəqliyyatına təmin edən şlyuzlar üçün; H248 , MGCP, İPDC və başqaları;

    - ATM nəqliyyatına təmin edən şlyuzlar üçün: BİCC.

    Çevik kommutatorlarla interfeys əlaqələri.

    Bir qayda olaraq çevik kommutatorların avadanlıqların aşağıdakı interfeys əlaqələrini yaradırlar:


    • interfeys E 1 (2048 kbit/s), çevik kommutatora bilavasitə qoşulan UKS 7-in siqnalkanallarına qoşmaq üçün:

    • İP şəbəkəsinnə qoşulmaq üçün bir sıra Ethernet interfeysləri. Ethernet - interfeysləri vasitəsilə paket şəbəkəsi istiqamətində siqnal informasiyaları verılır.


    Mövzu 8

    Şlüzlər və onların növləri

    1.Şlüzün vəzifəsi nədir?

    2.Şlüzün növlərini sayın.

    3.Siqnallaşma şlüzünün vəzifəsi nədir?
    Şlyuz şəbəkəyə qoşulma qurğusu olub mövcud şəbəkələrin razılaşdırma funksiyasını yerinə yetirir. Şlyuz avadanlıqları paketlərin kommutasiyası şəbəkəsinin siqnal informasiyalarını paket şəbəkəsinin siqnal informasilarına çevrilmə funksiyalarını həyata keçirir. Şlyuzlar həmdə nəqliyyat kanala informasiyalarının İP paketlərinə / ATM yuvacıqlarına və İP paketlərinin /ATM yuvacıqlarının marşurutlanmasını həyata keçirir. Şlyuzlar nəqliyyat şəbəkəsi səviyyəsində fəaliyyət göstərir.

    ÜİTŞ – in multi serviz şəbəkəsinə qoşulmasını təmin etmək üçün şlyuz avadanlıqlarının müxtəlif proqram və aparat vasitələrindən istifadə edilir. Şlyuz avadanlıqlarının müxtəlif növləri aşağıdakı kimi istifadə edilir.



    • nəqliyyat şlyuzun (MG). bu qurğunun əsas funksiyası danışıq informasiyalarını İP paketlərinə /ATM yyuvacıqlarına çevirmək və onları marşrutlamaqdan ibarətdir.

    • Siqnal şlyuzları (SG). Bu qurğu şəbəkənin stansiyalararası siqnallaşma sistemini, yəni UKS – 7-ni paket şəbəkəsinin siqnallaşma sisteminə çevirir.

    • Trankinq şlyuzu (TGW). Bu qurğu eyni zamanda MG və SG funksilalarını yerinə yetirmək üçün istifadə edilir.

    • Qoşulma şluyuzu (AGW). Bu qurğu V5 interfeysi vasitəsilə qoşulan avadanlıqlar üçün MG və SG funksiyalarını yerinə yetirir.

    • Rezident qoşulma şlyuzu (RAGW). Bu qurğunun əsas vəzifəsi ÜİTŞ və İXRŞ- si istifadəçilərinin multiserviz şəbəkəsinə qoşulmalarını reallaşdırmaqdan ibarətir.

    Nəqliyyat şlyuzun avadanlıqlara veriliş mühiti üçün informasiya sellərini emal edən qurğu funksiyasını yerinə yetirməlidir.

    Nəqliyyat şlyuzunun avadanlıqları aşağıdakı funksiyalara məcburi olaraq reallaşdırılrlar:

    - Ünvanlaşma funksiyası. Bu zaman verıcı və qəbuledici qurğuların ünvanlarının İP paketlərinə əlavə edilməsi təmin edilir;

    -Daşınma funksiyası. Bu funksiyanın reallaşması zamanı veriliş mühiti ilə informasiyaların İP dominiilə kanalların kommutasiyası domini arasında razılaşdırılmış daşınması təmin edilir. Eyni zamanda kodlaşmanın dəyişdirilməsi və exomüdafiə də bu funksiyanın reallaşması zamanı həyata keçirilir.

    - kodekin göndərilməsi funksiyası. Bu funksiyanın reallaşması üçün İP domeni ilə kanalların kommutasiyası şəbəkəsinin domeni arasında nəqliyyat informasiya sellərinin marşrutlanması təmin edilir.

    Paket kommutasiya / kanal kommutasiyası şəbəkəsinin nəqliyyat sonluğu funksiyası. Bu funksiyanın reallaşması nəticəsində bütün protokolların işləməsi sayəsində məşğul edilmiş nəqliyyat şəbəkəsi resursları qeydiyyata alınır.

    Paket kommutasiyası / kanalların kommutasiyasının nəqliyyat sellərinin emal edilmə funksiyası. Bu funksiyanın reallaşması zamanı audio və başqa informasiyalara verən kanallarlapaket şəbəkəsi arasındakı informasiyalara emal olunması təmin edilir.

    - Xidmət növlərinin təqdimatı üçün kanalların ayrılması funksiyası. Bu funksiyanın reallaşması sahəsində kanalların kommutasiyası və ya paket


    kommutasiyası şəbəkəsi istiqamətində tonal siqnallarının və çatdırılmanın təminatı siqnalları verilməklə, xidmətlər təmin edilir.

    - istifadənin qeydiyyat funksiyası.bu fuksiya nəqliyyat selində məlumatın verilməsi və qəbuluna aid siqnallaşmanın və ya informasiyanın qeyd olunmasını reallaşdırır.

    - istifadə olunmanın məlumatlandırılması funksiyası. Bu funksiya resursların istifadə olunması məlumatlarının xarici obyektə verilməsini təmin edir.

    Siqnal şlyuzu avadanlığı paket şəbəkə ilə kanalların kommutasiyası şəbəkəsi ilə kanalların kommutasiyası şəbəkəsi arasında siqnallaşma zamanı vasitəçi funksiyanı yerinə yetirməlidir.

    Siqnal şlyuzu avadanlığı aşağıdakı məcburi funksiyaları yerinə yetirməlidir:

    - səviyyə protokollarının qurtarması funksiyası. Bu zaman kanalların kommutasiyası şəbəkəsi çağırışlarının idarə olunma səviyyəsindən aşağı olan protokolların qurtarılması reallaşdırılır;

    - siqnal məlumatlarının məxfilik funksiyası. Bu funksiya ilə şlyuza və şlyuzdan istiqamətlənən siqnal informasiyalarının müxtəlifliyi təmin edilir;

    - OAM&P funksiyası. Bu funksiya istismar, idarəetmə (administrativ), texniki xidmət və çağırışların idarə olunması ilə bağlı olmayan digər informasiyaların ayrıca məntiqi interfeys vasitəsi ilə idarəetmə sisteminə verilməsini təmin edilir;

    - menecment funksiyası. Bu funksiya ilə şəbəkə menecmentinin sistemlə qarşılıqlı işini təmin edir.

    Şlyuzların əsas göstəricilərinə həm ÜİTŞ istiqamətində və həm də paket şəbəkəsi istiqamətində olan informasiya sellərinin həcmləri daxildirlər. ÜİTŞ istiqamətində yönələn şlyuz avadanlıqlarının həcmi həmin istiqamətdəki E1 sellərinə xidmət edən nəqliyyat şlyuzlarının say, həm də analoq abunəçi xidmətləri və İSDN abunəçilərinin ilkin qoşulmasını təmin edən U(S/T) tipli interfeyslərinin sayı ilə təyin edilir.

    Paket şəbəkəsi istiqamətində şlyuzların həcmi interfeyslərin sayı və növünə görə təyin edilir. Məsələn, paket şəbəkəsi istiqamətində tələb olunan şlyuzların həcmi ola bilər ki, bir Ethernet 100BaseT tipli interfeys və ya beş ədəd E3 selindən istifadə edilən İMA interfeysindən ibarət ola bilər.



    Download 0.5 Mb.
      1   2   3   4




    Download 0.5 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar

    Download 0.5 Mb.