Bakı Dövlət Universiteti Sərbəst iş




Download 196.52 Kb.
bet1/3
Sana31.10.2023
Hajmi196.52 Kb.
#92056
  1   2   3
Bog'liq
ELCAN Mirzə Fətəli Axundov haqqında


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti


Sərbəst iş
Fakültə: Tətbiqi riyaziyyat və kibernetika
İxtisas: Kompüter elmləri
Qrup: Tk-106
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Tələbə: Elcan Paşayev
Müəllim: Mərdanova Samirə
Sərbəst işin adı: Mirzə Fətəli Axundov haqqında

BAKI 2023











Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.

Ömrünün sonuna qədər Şərq dilləri mütərcimi vəzifəsində çalışan M.F.Axundzadə Rusiya-İran və Rusiya-Türkiyə dövlətləri arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak etmişdir.O, bir müddət mütərcimliklə yanaşı, Tiflis qəza məktəbində işləsə də, dövlət qulluğunda işi çox olduğu üçün müəllimlikdən çıxmaq, öz yerini müəllimi M.Ş.Vazehə vermək qərarına gəlir. Tiflis ədəbi-mədəni mühiti, görkəmli ziyalılarla ünsiyyət M.F.Axundzadənin dünyagörüşünün, sənətə baxışının formalaşmasında, Şərq üzrə biliklərinin dərinləşməsində, Qərbi Avropa ədəbiyyatı ilə tanışlığında, bir sənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır. Həyatı gərgin mübarizələrdə keçən Mirzə Fətəli ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq haqsız yerə işdən çıxarılmış, ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmişdir. O, Tiflisdəki müsəlman qəbiristanlığında, müəllimi Mirzə Şəfi Vazehin qəbrinin yanında dəfn olunmuşdur.


Download 196.52 Kb.
  1   2   3




Download 196.52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bakı Dövlət Universiteti Sərbəst iş

Download 196.52 Kb.