Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 oktyabr 2006-cı il tarixli 727 saylı əmri ilə təsdiq edilmişdir
G İ Rİ Ş
Dünyada xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada avtomobil nəqliyyatından istifadə edilməsin.
Xalq - bu odamlar jamoasi boʻlib,
ularning tili,
madaniyati, sanʼati, dini boshqa jihatlarini birgalikda aks ettiradi. Xalq tushunchasi keng boʻlib jihatlari bilan birlashtiriladigan odamlar yigʻindisiga aytiladi.
Avtomobil nəqliyyatı ilə daşınan yüklərin və sərnişinlərin miqdarı başqa nəqliyyat növlərinə (dəmir yolu, hava, su və s.) nisbətən xeyli çoxdur. Odur ki, avtomobil nəqliyyatı başqa nəqliyyat növləri içərisində ən kütləvi nəqliyyat növüdür.
Azərbaycanda 2004-cü ildə daşınan 96,9 milyon ton yükün 25,05%-i dəmir yolu, 13,83%-i su və və 65,12%-i isə avtomobil nəqliyyatı ilə daşınımşdır. Deməli, avtomobil nəqliyyatı ilə daşınan yüklərin miqdarı nəqliyyat sistemindəki başqa nəqliyyat növləri ilə birlikdə daşınan yüklərin miqdarından təxminən 2 dəfə çox olmuşdur. Sərnişin daşınmasında da avtomobil nəqliyyatı üzrə göstəricilər, başqa nəqliyyat növlərinə nisbətən daha yüksək olmuşdur. Belə ki, 2000-ci ildə respublikamızda ümumi sərnişin daşımalarının 85,30%-i avtomobil nəqliyyatı ilə həyata keçirilmişdir.
Avtomobillərin texniki istismarı avtomobil nəqliyyatının əsas sistemlərindən biridir. Onun inkişafı və təkmilləşdirilməsi aşağıda göstərilən səbəblərə görə vacibdir: Respublikamızın nəqliyyat sistemində avtomobil nəqliyyatının və onun rolunun intensiv inkişafı, yük və sərnişin daşımalarında əmək, material, yanacaq və energetika resurslarına qənaət edilməsinin labüdlüyü; nəqliyyat sisteminin etibarlı işləyən, yüksək keyfiyyətli hərəkət tərkibi (bütün tip avtomobillər, qoşqular və yarımqoşqular) ilə təmin edilməsi.
A
3
vtomobil nəqliyyatının qarşısında duran ən mühüm problemlərdən biri avtomobillərin istismar etibarlılığının yüksədilməsi və onların saxlanmasına xərclərin azaldılmasından ibarətdir. Bu problemin həlli bir tərəfdən yüksək etibarlılığa malik avtomobillər istehsal edən avtomobil sənayesindən və digər tərəfdən-texniki istismarın metodlarının təkmilləşdirilməsindən, əmək məhsuldarlığının yüksədilməsindən, təmirlər arası yürüşləri artırmaqla avtomobillərin texniki xidmət (TX) və təmirinə əmək və istismar xərclərini azaltmaqdan ibarətdir.
Başqa nəqliyyat növlərindən avtomobil nəqliyyatının üstünlüyü aşağıdakılardır:
-
Manevrlilik - tələb edilən halda nəqliyyatın bir yerə toplanma imkanı. Avtomobil hərəkət edə biləcəyi bütün məntəqələrdə yüklərin və sərnişinlərin birbaşa yığılması və daşınması. Başqa nəqliyyat növlərinə nisbəton daxili daşınmalarda bu xarakteristika daha yüksək səviyyədə avtomobil nəqliyyatının üstünlüyünü sübut edir.
-
Daşımaların təcili olması və müntəzəmliyi. Daşımalar sutkanın istənilən vaxtında həyata keçirilə bilər. Bu, xüsusən yüklərin yüklənməsi və boşaldılması üçün işçi qüvvəsinin və yükləyici maşınların istənilən vaxt iş yerində olmasını təmin etməyə imkan verir. Eyni zamanda sərnişinlərin də nəzərdə tutulan vaxtda daşınmasının təşkili mümkün olur.
-
Daşımaların etibarlı olması. Başqa nəqliyyat növləri ilə müqayisədə daşınan yüklərin itkisi(itməsi), çirklənməsi, xarab olması və s. xeyli az olur, çünki sürücü daşınan yüklərə cavabdehlik daşıyır. Sərnişinlərin daşınmasında da xeyli müsbət göstəricilər mövcuddur. Belə ki, başqa nəqliyyat növləri ilə müqayisədə başlanğıc xərclər az olur, sərbəst hərəkət edə bilir, ətraf mühitə tez uyğunlaşır, istənilən vaxtda və yerdə dayanaraq sərnişinlərin dincəlməsinə şərait yaranır və s.
Dünyada avtomobil nəqliyyatı çox böyük sürətlə artır. Artım dinamikası aşağıdakı kimidir: 1900-cü ildə - 11.000., .1914-cü ildə - 1.826.000., .1921-ci ildə 10.922000., .1940-cı ildə-46.057000., 1950-ci ildə - 70.388000., 1960-cı ildə -126.955000., 1965-ci ildə - 177.902000 odəd. 1968-cı ildə dünyada 18 milyon avtomobil istehsal edilmişdir. 1975 və 1985-ci ildə istehsal müvafiq olaraq 315.000000 və 496.000000 ədəd olmuşdur.
A
4
4
vtomobillərin belə sürətlə artması istismar zamanı onun texniki vəziyyətinin hom nəqliyyat işinin yerinə yetirilməsi və həm də ətraf mühitə mənfi təsiri (havanın zəhərlənməsi, yol nəqliyyat hadisələrinin baş verməsi və s.) nöqteyi nəzərindən saz olmasını tələb edir. Avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanma probleminin həllini "Avtomobillərin texniki istismarı" fənni öyrədir. Bu fənn keçən əsrin 50-ci illərində yaranmışdır. Fənnin yaranmasında və inkişafında rus alimlərindən V.V.Yefremovun, Q.V.Kramarenkonun, L.L.Afanasyevin, L.İ.Davidoviçin, E.S.Kuznetsovun və başqalarının xidmoti çox böyükdür. Azorbaycanda bu sahədə A.C.Canmirzəyev tərəfındən yazılan dərslik də təqdirə layiqdir.
"Avtomobillərin texniki istismarı" aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir: istismar prosesində avtomobilin texniki vəziyyətinin saz saxlanması üçün texniki istismarın metodları təkmilləşdirilir; istehsalat mütərəqqi texnika və texnologiya əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, avtomobilin TX və təmirinə əmək sərfinin və xərclərin aşağı salmması üçün mütərəqqi texnologiya tətbiq edilməklo texniki diaqnostika vasitələrindən istıfadə edilir, avtomobil nəqliyyatı müəssisələrinin (ANM) layihələndirilməsində qabaqcıl iş üsulları və müvafiq əməli tədbirlər həyata keçirilir.
Texnika (techne
- mahorat, sanʼat) - moddiy boylik olish hamda odamlar va jamiyatning extiyojlarini qondirish maqsadida inson atrofdagi tabiatga taʼsir qilishiga imkon beradigan vositalar va koʻnikmalar majmui.
Odur ki, avtomobillərin texniki istismarı düzgün təşkil edilməlidir.
"Avtomobillərin texniki istismarı" fənni Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq yazılmışdır. Dərslik iki hissədən ibarətdir.
B
5
irinci hissədə aşağıdakı məsolələr verilmişdir: avtomobillərin elibarlılığı, uzunömürlülüyü, təmirəyararlılığı; dayanmadan işləməsinin paylanma qanunları, texniki vəziy-yətinin proqnoz edilməsinin əsasları, parametrlərin dəyişmə prosesinə təsir edən amillər, düyünlərin və hissələrin qalıq resursunun təyin edilməsi, etibarlılığa və uzunömürlülüyə təsir edən amillər, sürtünmə, yeyilmə və nasazlıqlar haqqında anlayış, avtomobillərə texniki xidmət və təmirin planlaşdırılması; avtomobillərin texniki diaqnostikası, diaqnostikanın məqsəd və vəzifələri; diaqnoz qoymanın effektivliyi, diaqnostika parametrləri, normativləri, testləri, avadanlıqları və metodları; TX sistemində diaqnostikanın yeri və rolu və avtomobil nəqliyyatı müəssisəsinin istehsalat bazasının gücünün təyin edilməsi və s.
Avtomobillərin texniki istismarına aid olan qalan məsələlər dərsliyin ikinci hissəsində (Əliyev Q.İ. Avtomobillərin texniki istismarı - dərslik, II hissə) verilmişdir.
Bu gün elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq avtomobil nəqliyyatının istismarı üzrə yüksək ixtisaslı mütüxəssislərin hazırlanmasında azərbaycan dilində yazılan bu dərsliyə böyük ehtiyac var.
Kitabın hazirlanmasında yaxından kömək edən t.e.n., dosent F.Ə.Namazova və N.K.İsmayılova dərin təşəkkürümüzü bildiririk.
Dərslik barədə irad və təkliflərini göndərən şəxslərə əvvəlcədən təşəkkürümüzü bildiririk. Ünvan: Gəncə şəhəri, Çaxırçılar küçəsi lOa.
Formatı 60x84 1/16. Tirajı 300.