• Bakı-2023 «Dəyərlər zənciri» konsepsiyası
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Odlar Yurdu Universiteti Sərbəst iş Tələbə
  • Bakı-2023 Azərbaycanın dayanıqlı inkişaf gündəliyi
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Odlar Yurdu Universiteti Sərbəst iş Tələbə
  • Bakı-2023 Qiymətli kağızların emissiyası Qiymətli kağızların emissiyası
  • Sərbəst iş Tələbə: Emin İsmayılov İxtisas




    Download 491.87 Kb.
    Sana22.12.2023
    Hajmi491.87 Kb.
    #126671
    Bog'liq
    İsmayılov Emin-Koorperasiya


    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
    Odlar Yurdu Universiteti




    Sərbəst iş

    Tələbə: Emin İsmayılov
    İxtisas: Bank işi
    Qrup: 906 Bİ
    Fənn: Korporasiya maliyyəsi
    Müəllim: Əfqan Musayev
    Mövzu: «Dəyərlər zənciri» konsepsiyası


    Bakı-2023


    «Dəyərlər zənciri» konsepsiyası

    Müəssənin strateji vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biri də qiymətlər və məsrəflərdir. Ümumiyyətlə iki cür sahə fərqləndirilir:



    • Standart xassəli məhsullar istehsalı;

    • Differensassiya olunmuş sahələr.

    Yəni əgər müəssisə standart xassəli məhsullar istehsal edirsə bu zaman ən az xərclə istehsalı həyata keçirən müəssisələr bazar lideri olacaq. Amma differensassiya olunmuş sahələr üzrə istehsalı həyata keçirən bazar iştirkaçıları məsrəflərini eyni saxlamaq istəyirlər. Çünkü məsrəflərin artması, istənilən halda qiymətlərin artması ilə nəticələnəcək ki, bu da məhsuldan alınan faydanı artırmalıdır. əks halda müəssisənin məhsulları alınmaya bilər:

    • Rəqiblərin məsrəflərindəki müxtəliflik;

    • Xammal, material, enerji və başqa yarımfabrikatların alış qiymətlərindəki fərqlər;

    • Texnologiya və texniki vasitələrin yeniliklərindəki fərqlər;

    • Istehsal məsrəflərindəki fərqlər.(məs. əməyin ödənilməsində);

    • Rəqiblərin infilyasiya və valyuta məzənnələrindən asıllığı;

    • Marketinq və satış sisteminə çəkilən xərclər;

    • Nəqliyyat xərcləri.

    Məsrəflərin strateji təhlili müəssisənin məsrəfləri ilə rəqiblərin məsrəflərinin müqayisəsi vastəsilə mümkündür. Bu təhlilin aparılması üçün MAYKL PORTER in təqdim etdiyi “ dəyərlər zənciri” konsepsiyasından istifadə olunur. Bu konsepsiyaya görə müəssisənin fəaliyyəti 2 yerə bölünür:

    • Texnoloji;

    • Iqtisadi.

    Müəssisənin bu fəaliyyətləri birləşdirərək yaratdığı dəyər isə alıcıların bu dəyərə görə ödəməyə razı olduqları məbləğlə ölçülür. Müəssisənin fəaliyyəti isə o zaman mənfəətli olur ki, onun yaratdığı dəyərin miqdarı bu dəyərin yaranmasına çəkilən məsrəflərin miqdarından artıq olsun. Rəqabət üstünlüyü isə o halda təmin oluna bilər ki, belə dəyərin yaranması üçün gedilən məsrəflər (iqtisadi və texnoloji fəaliyyət növlərini daha aşağı məsrəflərlə həyata keçirmək) ən az olsun.

    Ümumi rəhbərlik

    Rəqabət mövqeyinin qiymətləndirilməsi:- Rəqabət mövqeyinin qiymətləndirlməsi dedikdə aşağıdakıların aydınlaşdırılması nəzərdə tutulur(26,380):



    • Müəssisənin əsas rəqibləri arasındakı mövqeyi;

    • Müəssisənin malik olduğu rəqabət üstünlükləri və çatışmazlıqları;

    • Hal-hazırda müəssisənin rəqabət mövqeyinin möhkəmliyi;

    Rəqabət mövqeyini müəyyənləşdirmək üçün nəzərə alınan əsas göstəricilər isə:

    • Əhəmiyyətli əsas üstünlüklər.(məhsulun keyfiyyəti və.s);

    • Bazar payı;

    • Liderlik və ya fərqli strategiya;

    • Müəssisə məhsuluna tələbat və imic;

    • Satış həcmi;

    • Məsrəflərin səviyyəsi;

    • Mənfəətlilik səviyyəsi;

    • Texnoloji və innovasiya üstünlükləri;

    • Operativ menecment və.s;

    Nümunə:
    Şəkil 1. Qiymətləndirmə

    Sadə qiymətləndirmə
















    Uğurun





    Müəssisə





    Rəqib 1





    Rəqib 2





    Rəqib 3





    Rəqib 4


    əsas



















    amilləri




    Məhsulu

    n

    8




    5




    10




    1




    6

    istehlak




    dəyəri





    Imic


    8




    7




    10




    1




    6




    Istehsal




    2




    10




    4




    5




    1

    imkanları





    Texnoloj

    i

    10




    1




    7




    3




    8

    imkanlar





    Satı

    ş

    9




    4




    10




    5




    1

    şəbəkəsi





    Marketinq


    9




    4




    10




    5




    1

    və reklam





    Maliyyə


    5




    10




    7




    3




    1

    vəziyyəti







    Müqayisəli




    5




    10




    3




    1




    4

    məsrəflər





    Xidmət


    5




    7




    10




    1




    4

    səviyyəsi





    Ümumi





    61








    58








    71








    25








    32

    Əsas addımlar:



    • Uğurun əsas amilləri, rəqabət üstünlükləri və zəiflikləri göstəriciləri müəyyən edilir.

    • Hər bir göstərici üzrə müəssisə və rəqiblərin qiymətləri müəyyənləşdirilir və müqayisə olunur. (10 və ya 100 ballıq şkala)

    • Qiymətlər ümumiləşdirilir.

    • Təhlil aparılır. (rəqiblərin və ya müəssisənin rəqabət üstünlükləri və.s)

    • Strategiyalar dedikdə təşkilatın məqsəd və hədəflərinə necə çatmasını göstərən qərarların məcmusu başa düşülür. Effektiv strategiya olmadan təşkilat heç bir məqsəd və hədəflərinə çata bilməzlər.Strategiya dəqiqləşdirilən zaman

    təşkilatın resursları və fəaliyyət sahələri bir daha nəzərdən keçirilməlidir.
    Şəkil 1.də göstərilmiş strateji planlaşdırma prosesinin 4 cü mərhələsi strategiyanın seçilməsidir. Rəhbərliyin alternativ strategiyaları inkişaf etdirməyə və qiymətləndirməyə ehtiyacı var və sonra elə bir üsuldan istifadə etməlidir ki, hər səviyyə üzrə uzlaşan və mühitdə mövcud olan resursları və imkanları üzrə təşkilata ən yaxşı şəkildə maliyyələşməyə imkan versin. Təşkilatın əksəriyyəti 4 başlıca strategiyalardan istifadə etməkdədir. Çox zaman bu strategiyalar böyük strategiyalar (grand strategies) adlanır. Bunlar:

    • Böyümə (grows);

    • Stabillik (stability);

    • Kiçilmə və ya müdafiə (retrenchment or defensive);

    • Birləşmə (Combination).


    Ədəbiyyat:

    • Azərbaycanın iqtisadiyyatı.Ali məktəblər ucun dərs vəsaiti. Dərslik. ƏliyevM.T. Maarif, Bakı, 1997.

    • T. S. Vəliyev, Ə. P. Babayev, M. X. Meybullayev “ İqtisadi nəzəriyyə” Bakı – 2001



    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
    Odlar Yurdu Universiteti


    Sərbəst iş

    Tələbə: Emin İsmayılov
    İxtisas: Bank işi
    Qrup: 906 Bİ
    Fənn: Korporasiya maliyyəsi
    Müəllim: Əfqan Musayev
    Mövzu: Azərbaycanın dayanıqlı inkişaf gündəliyi


    Bakı-2023__Azərbaycanın_dayanıqlı_inkişaf_gündəliyi'>Bakı-2023

    Azərbaycanın dayanıqlı inkişaf gündəliyi
    Dayanıqlı inkişaf — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf.
    Ona iki əsas anlayış daxildir:

    • tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar;

    • məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən.

    Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir.
    KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur.
    XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur. Hələ 1984-cü ildə BMT Baş Katibinin təşəbbüsü ilə BMT nəzdində "Ətraf mühit və inkişaf" üzrə Beynəlxalq Komissiya yaradılmışdır. Bu komissiyaya Norveçin o vaxtkı baş naziri xanım Qro Xarlem Brutland başçılıq etmişdir. Komissiyanın əsas vəzifəsi ətraf mühit və inkişaf üzrə uzunmüddətli strateji proqram hazırlamaqdan ibarət idi. Bu strategiya 2000-ci ilə qədər və sonrakı dövr üçün müxtəlif dünya ölkələrinin davamlı inkişafını nəzərdə tuturdu. 1984-cü ildən başlayaraq dünya alimlərinin ətraf mühit və inkişaf üzrə təkliflərini toplayan xanım Q. X. Brutland 1987-ci ildə 23 ölkənin ekspertlərinin köməyi ilə hazırlanmış "Bizim ümumi gələcəyimiz" adlı əsas məruzəni BMT Baş Assambleyasına təqdim etmişdir. Bu konsepsiyanın əsas məğzi: "Gələcək nəsillərin həyatını təhlükə altına qoymadan, indiki nəsillərin tələbatının sosial, iqtisadi və ekoloji cəhətdən normal ödənilməsi"ndən ibarətdir. "Bizim ümumi gələcəyimiz" adlı məruzə BMT Baş Assambleyasının təşəbbüsü ilə müxtəlif ölkələrə yayılmış və bir çox dillərdə kitab şəkildə çap olunmuşdur.
    1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində (qısa şəkildə — Rio) keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutan bütöv bir konsepsiyadır.
    Konsepsiyanın adı beynəlxalq sənədlərdə və bəzi ədəbiyyatlarda müxtəlif şəkildə təqdim edilir. Məsələn, əvvəlcə bu konsepsiya "İnsan potensialının davamlı inkişafı", "Sivilizasiyanın davamlı inkişafı", "İnsan cəmiyyətinin davamlı inkişafı" adlanırdı. Lakin son illərdə bu konsepsiya sadəcə olaraq "Davamlı inkişaf" adı ilə daha geniş yayılmışdır. Əsasən insan və ətraf mühit arasında harmoniyanın təmin edilməsinə yönəlmiş bu konsepsiya təbiət, cəmiyyət və insan həyatının bütün sahələrini əhatə etdiyinə görə sadəcə olaraq "davamlı inkişaf" adlanır.
    BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intelektual potensiala malik olan Azərbaycan və bu kimi ölkələrdə Davamlı inkişafın fəlsəfəsinin araşdırılması mühüm aktuallıq kəsb edir. Digər tərəfdən XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycanda ictimai həyatın bir çox sahələrində geniş miqyasda baş verən mütərəqqi dəyişikliklərin əsas mahiyyətinin fəlsəfi cəhətdən araşdırılmasına zəruri ehtiyac vardır.
    XX əsrin 90-cı illərinin ortalarında uzaqgörən siyasətçi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin Davamlı inkişaf yoluna keçməsi üçün bir çox zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev BMT İnkişaf Proqramının tövsiyələrinə əsaslanaraq BMT-nin Rio-de Janeyro konfransında (1992), Minilliyin Forumunda (2000) Yohannesburq Sammitində (2002) Davamlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ölkəmizin inkişafı naminə bu istiqamətdə bir çox mühüm qərarlar qəbul etmişdir. Bu qərarlar aşağıdakılardır:
    1. Ümumimilli lider Heydər Əliyevin 2 mart 2001-ci il tarixli, 636 saylı sərəncamı ilə "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı" hazırlanmışdır.
    2. Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Kabineti "Azərbaycanda Davamlı İnsan inkişafı strategiyası"nın hazırlanması haqqında 30 oktyabr 2001-ci il tarixli, 198 saylı sərəncam imzalamışdır.
    3. Heydər Əliyevin 26 dekabr 2001-ci il tarixli 612 saylı Fərmanının 19-cu bəndinə əsasən Azərbaycanda Davamlı İnkişaf üzrə Milli hesabat hazırlanmışdır.
    4. Heydər Əliyevin göstərişi ilə 2002-ci il 18 iyul tarixində Davamlı İnkişaf üzrə Milli hesabatın ictimaiyyətə təqdimatı keçirilmişdir.
    5. Heydər Əliyevin 19 fevral 2003-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" və "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram" təsdiq edilmişdir.
    Azərbaycanda davamlı inkişaf. Azərbaycan BMT-yə üzv olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Bu İnkişaf Məqsədlərinin icrasının institutsional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alan Prezident İlham Əliyev 06 oktyabr 2016-cı il tarixində "Azərbaycan Respublikasının Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Yaradılması Haqqında" fərman imzalamışdır. Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Əhmədov Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri təyin edilmişdir. Bu fərmanın 2.2-ci bəndinə görə Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası öz fəaliyyətinə elmi müəssisələrin cəlb edilməsini məqsədəmüvafiq hesab etmişdir.
    Bu baxımdan ölkəmizdə Davamlı inkişafın fəlsəfi problemlərinin araşdırılmasının elmi aktuallığını nəzərə alan AMEA Rəyasət Heyəti təşəbbüs göstərərək 2018-ci ilin əvvəlində AMEA-nın Fəlsəfə İnstitutun nəznində ilk dəfə olaraq "Davamlı inkişafın fəlsəfəsi" adlı elmi-tədqiqat şöbəsinin yaradılmasını məqsədəuyğun hesab etmişdir.
    Davamlı inkişaf və davamlı insan inkişafının sosial-fəlsəfi problemlərinin araşdırılması ilə Azərbaycanda ilk dəfə f.ü.e.d. prof. Sakit Hüseynov məşğul olmuşdur. Sakit Hüseynovun 2002-ci il 18 mart tarixli "Respublika" qəzetində çap olunmuş. "Davamlı inkişaf Konsepsiyası: meydana gəlməsi, mahiyyəti, perspektivləri" adlı məqalədə ilk dəfə olaraq Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi, bu konsepsiyanın sosial-fəlsəfi mahiyyəti və insan inkişafının perspektivləri fəlsəfi aspektdə şərh edilmişdir. S. Hüseynovun bu məqaləsini davamlı inkişaf konsepsiyası ilə bağlı ilk elmi məqalə hesab etmək olar. Sakit Hüseynovun 2003-cü ildə nəşr etdirdiyi "Davamlı insan inkişafının strateji istiqamətləri" adlanan monoqrafiyası isə davamlı inkişafın sosial-fəlsəfi problemlərinə həsr edilmiş ilk kitab hesab olunur.
    AMEA-nın Fəlsəfə İnstitutun nəznində fəaliyyət göstərən "Davamlı inkişafın fəlsəfəsi" adlı elmi-tədqiqat şöbəsinin müdiri professor Sakit Hüseynovdur.

    Ədəbiyyat:

    • BMT Azərbaycan. BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyi, azerbaijan.un.org

    • Dayaniqli inkişaf məqsədlərinin icrasina dair azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqinda 2021-ci il üzrə yekun hesabat



    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
    Odlar Yurdu Universiteti



    Sərbəst iş

    Tələbə: Emin İsmayılov
    İxtisas: Bank işi
    Qrup: 906 Bİ
    Fənn: Korporasiya maliyyəsi
    Müəllim: Əfqan Musayev
    Mövzu: Qiymətli kağızların emissiyası


    Bakı-2023


    Qiymətli kağızların emissiyası
    Qiymətli kağızların emissiyası — emissiya qiymətli kağızlarının maliyyə bazarlarında yerləşdirilməsi üçün emitentin qanunla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı; qiymətli kağızların dövriyyəyə buraxılması, o cümlədən qiymətli kağızların onların ilk sahiblərinə - vətəndaşlara və ya hüquqi şəxslərə satılması.
    Şirkətlər tərəfindən qiymətli kağızların (səhmlərin və istiqrazların) buraxılması uzunmüddətli (buraxılmış) kapitalın cəlb edilməsi vasitələrindən biridir. Bir qayda olaraq, səhmlər əlavə kapitala cari ehtiyacları ödəmək üçün səhmdar cəmiyyət tərəfindən buraxılır, istiqrazlar isə uzunmüddətli borclanma növüdür. Qiymətli kağızların emissiyası sənaye, ticarət, kommunal və məişət xidməti, kredit və maliyyə sahəsində səhmdar cəmiyyətləri, habelə dövlət tərəfindən həyata keçirilə bilər.
    Qiymətli kağızların standart emissiyası aşağıdakı addımları əhatə edir:

    • emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi;

    • səhm qiymətli kağızlarının buraxılması haqqında qərarın təsdiq edilməsi;

    • emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı;

    • emissiya qiymətli kağızlarının yerləşdirilməsi (qiymətli kağızların əsas sahiblərə verilməsi);

    • emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın dövlət qeydiyyatına alınması və ya emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında bildirişin qeydiyyat orqanına təqdim edilməsi.

    Bəzi hallarda qiymətli kağızların buraxılması proseduru standartdan fərqli ola bilər. Beləliklə, məsələn, birləşmə, bölünmə, ayrılma və çevrilmə formasında həyata keçirilən səhmdar cəmiyyəti yaradılarkən və ya hüquqi şəxslərin yenidən təşkili zamanı qiymətli kağızların buraxılması qaydası aşağıdakı kimidir:

    • emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi;

    • emissiya qiymətli kağızlarının yerləşdirilməsi;

    • emissiya haqqında qərarın və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın təsdiqi;

    • emissiyanın eyni vaxtda dövlət qeydiyyatı və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabat.

    Məsələnin məqsədi lazımi vəsaiti toplamaqdır.
    Qiymətli kağızlar emitentlər tərəfindən aşağıdakı məqsədlərdən biri üçün buraxılır:

    • Səhmdar cəmiyyəti yaradılarkən ilkin nizamnamə kapitalının formalaşdırılması;

    • Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması;

    • Əvvəllər buraxılmış qiymətli kağızların konsolidasiyası və ya bölünməsi;

    • Səhmdar cəmiyyətinin və ya digər hüquqi şəxslərin yenidən təşkili (səhmdar cəmiyyətinə çevrildikdə);

    • Təsərrüfat subyektinin əvvəllər buraxılmış qiymətli kağızlarının verdiyi hüquqların həcminin dəyişməsi;

    • Öz kapitalının doldurulması (borc alınmayan investisiyaların cəlb edilməsi);

    • Borclanmış investisiyaların cəlb edilməsi.

    Qiymətli kağızlar prospektində yerləşdiriləcək qiymətli kağızlar haqqında aşağıdakı məlumatlar göstərilməlidir:



    • səhmlər haqqında ümumi məlumat (kateqoriya, növü, hərəkət forması);

    • qiymətli kağızlara hüquqların saxlanması və uçotu qaydasını;

    • emissiyanın ümumi həcmi (nominal ilə);

    • yerləşdiriləcək səhmlərin sayı;

    • bir səhmin nominal dəyəri;

    • səhmlərin verdiyi hüquqlar;

    • istiqrazlar haqqında ümumi məlumatlar (istiqrazların seriyası və forması, buraxılışının ümumi həcmi, yerləşdiriləcək istiqrazların sayı, bir istiqrazın nominal dəyəri;

    • istiqrazların verdiyi hüquqlar;

    • istiqrazın ödəmə müddəti;

    • istiqrazların ödənilməsi şərtləri və qaydası;

    • qiymətli kağızların emitenti haqqında məlumatlar;

    • qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatların (registratorların) adları;

    • qiymətli kağızların yerləşdirilməsinin başlama və bitmə tarixləri;

    • yerləşdirilmiş istiqrazlar üçün təminat;

    • qiymətli kağızların yerləşdirilməsinin dəyəri və hesablaşma şərtləri (qiymətli kağızın yerləşdirilməsi qiyməti və ödəniş forması) haqqında məlumat;

    • qiymətli kağızların ödənilməsi şərtləri və qaydası;

    • qiymətli kağızların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (anderrayterlər) haqqında məlumatlar;

    • qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə istiqaməti;

    • qiymətli kağızlardan gəlirlər haqqında məlumat;

    • yerləşdirilmiş qiymətli kağızlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi qaydası və s.



    Ədəbiyyat:

    • ADİU. Qiymətli kağizlar və onlarla əməliyyatlar. Bakı-2007

    • Эмиссия. Экономическая энциклопедия. Политическая экономия. 4. М.: Советская энциклопедия. 1980.

    Download 491.87 Kb.




    Download 491.87 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sərbəst iş Tələbə: Emin İsmayılov İxtisas

    Download 491.87 Kb.