|
Təsdiq edirəm" "Telekommunikasiya" silsiləsinin rəisi
|
bet | 1/2 | Sana | 13.02.2024 | Hajmi | 0,57 Mb. | | #155685 |
Bog'liq M. 4.2. q.m
“Təsdiq edirəm”
“Telekommunikasiya” silsiləsinin rəisi
polkovnik-leytenant Zamin Fərzəliyev
“__”___________ 2024-cü il
“Sxemotexnikanın əsasları-1” fənnindən XX.XX.2024-cü il tarixdə
21-ci qrupla XX.XX.2024-cü il tarixdə 22-ci qrupla keçiriləcək məşğələnin konspekti.
|
|
Mövzu 4.
|
Elektron gücləndiriciləri.
|
|
|
Məşgələ 2.
|
Bipolyar tranzistorlu gərginlik gücləndiriciləri.
|
|
|
Məqsəd:
|
Bipolyar tranzistorlu gərginlik gücləndiriciləri barədə biliklərə yiyələnmək.
|
|
|
Tədris sualları:
|
1. Bipolyar tranzistorlu gərginlik gücləndiriciləri.
2. Tranzistorlu gücləndiricilərin iş prinsipi.
|
|
|
Məşğələnin növü:
|
Qrup məşğələsi
|
|
|
Keçirilmə yeri:
|
Tədris sinfi
|
|
|
Vaxt:
|
120 dəqiqə
|
|
|
Tələb olunan tədris-material baza:
|
barko, marker, konspekt, slayd
|
|
|
Ədəbiyyat:
|
1. A.M. Paşayev, A. R.Həsənov, İ.Ə. İskəndərov, F.A. Əbdülrəhimov. Elektron qurğularının əsasları. Cild 1. Elektron qurğularının element bazası. ─Bakı. Azərbaycan Hava Yolları, 2014
2. O.Q. Mürsəliyev, Ə.M.İsayev. Radiotexniki qurğuların elementləri. ─Bakı. Hərbi Nəşriyyat, 2010.
3.“Radio-Elektronikanın əsasları” Bakı-1992. B.B.Davudov, K.M.Daşdəmirov.
4. A.M. Paşayev, A. R.Həsənov, İ.Ə. İskəndərov, F.A. Əbdülrəhimov. Elektron qurğularının əsasları. Cild II. Analoq və impuls qurğulari. ─Bakı. Azərbaycan Hava Yolları, 2014
5. Səfa Məcidov ELEKTRONİKA-1. Yeni başlayanlar üçün praktik vəsait. -“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbəəsi, 2020
6. “ELEKTRONİKA”, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 2019
|
Vaxt (dəq.)
|
Baxılan sualların məzmunu
|
|
Giriş hissə10 dəq.
|
|
Kursantlarla salamlaşıram. Qeydiyyat üzrə kursantlarn varlığını yoxlayıram, mövzunu və məşğələni elan edirəm. Vətənpərvərlik mövzusunda qısa söhbət aparıram. Qoyulmuş tapşırıqları yoxlayıram.
|
|
Əsas hissə 100 dəq.
|
|
I sual.
Bipolyar tranzistorlu gərginlik gücləndiriciləri.
40 dəqiqə
|
Gücləndirici, tam dövrə və ya diskret elementlərlə reallaşdırırılır. Tam dövrə (blok, kaskad, çip şəklində) istifadə edilərək reallaşdırıldığında hazırlanması bir çox elementlərdən ibarət olur. Diskret elementlər istifadə edildiyində gücləndirici dövrədə bir çox tranzistor və ya yarımkeçirici çox elektrodlu(ayaqlı) elementlər olur. Gücləndirici diskret yada tam dövrələr istifadə edilərək reallaşdırıldığında, əvvəlki dövrənin çıxışı, sonrakı dövrənin girişinə gələcəkdir. Bu cür bağlantı formasına Kaskad əlaqəsi deyilir. Kaskad əlaqəli gücləndirici hazırlandığında nizamların bir-birinə sabit komponentlər tərəfindən təsirlənməsi vacib olmasını əvvəlki mövzularda danışmışdıq. Sabit komponentlərə (diod, tranzistor,kondensator və.s) görə dövrələri təcrid etmə məqsədi ilə kondensator və ya transformator istifadə edilir. Alçaq tezlikli tətbiqlərdə kondensator məsləhət görülür. Sabit komponentləri təcrid etmək məqsədi ilə istifadə edilən kondensatorlara əlaqələndirici kondensatoru deyilir. Gücləndirici içərisində istifadə edilən tranzistor və buna bənzər elementlərin iç tutumları vardır. Bu tutumlar, tranzistor, və bənzəri yarımkeçirici elementlərin quruluşundan qaynaqlanır və transformasyia metodları tətbiq olunduğunda elektrodları arasından ixtisarlana bilər. Elektrodlar arasına azaldılmış tutumlar tezlik yüksəldiyində təsirli olaraq gücləndiricinin yüksək tezliklərdəki davranışını göstərər. Gücləndirici, dəyişkən siqnallara görə giriş və çıxış olmaqla iki qapılı(gate və ya zatvor) bir dövrə kimi düşünülə bilər.
Şəkil 1. Gücləndiricinin blok sxemi
Dövrənin girişində dəyişən siqnalı təmin edən mənbə, çıxışında dəyişən siqnalın transfer olmuş şəkli olur. Dəyişən siqnal mənbəyi, bir çevirici ola bildiyi kimi, başqa bir dövrənin çıxışıda ola bilir. Gücləndiricilərin çıxış və giriş dəyərlərinin nisbəti gücləndirmə əmsalı(kazanc) adlanır. Gücləndiricidə çıxış gərginliyinin giriş gərginliyinə nisbəti gərginliyə görə gücləndirmə əmsalı adlanır. Gərginliyə görə gücləndirmə əmsalı yəni gərginlik güclənməsi,
Kv=V0/Vi
şəklində ifadə edilir.
Cərəyana görə gücləndirmə əmsalı yəni cərəyan qazancı,
𝐾𝑖 = 𝐼𝑦 /𝐼𝑖
formasındadır.
Kaskad gücləndiricisi:
Gücləndiricilər bir-biri ilə ardıcıl bağlandığında bir əvvəlki dövrənin çıxışı, sonra gələn dövrənin girişinə bağlanacaqdır. Bu növ əlaqəyə kaskad əlaqə adı verildiyi yəqin sizə yad deyildir.
Kaskad əlaqələnmiş gücləndirici yəni kaskad gücləndirici üçün şəkil 2-də verilən nümunə dövrə göstərilmişdir. Bu dövrədə gücləndiricilərin yüksüz gərginlik güclənmələri 𝐾𝑉∞1 və 𝐾𝑉∞2 ilə göstərilmişdir. 𝑅𝑦 yükü və gücləndiricilər kaskad bağlandığıında dövrələrin giriş müqaviməti səbəbiylə gərginlik güclənməları dəyişir. Şəkil 2. də verilən dövrədən gücləndiricinin gərginlik güclənməı,
formada hesablanır. 𝑉1/𝑉𝑖 =𝐾𝑣1, 𝑉0/𝑉𝑖=𝐾𝑣2 olaraq təyin edildikdə, kaskad gücləndiricinin gərginlik güclənməı,
𝐾𝑉=𝐾𝑉1∙𝐾𝑉2
olacaqdır. Kaskaq quruluşu əmələ gətirən gücləndiricilərin güclənməları 𝐾𝑉1 və 𝐾𝑉2 yüksüz güclənmələr və gücləndiricilərin yükünə görə hesablanarsa,
Şəkil 2. Kaskaq quruluşu nümunəsi
olacaqdır.
|
|
Verilən sualları cavablama və qısa sorğu
Kursantlara veriləcək suallar:
- Gücləndiricinin blok sxemi?
- Kaskad gücləndiricisi?
|
|
|
|
| |