Üç nazir İstanbulda bir araya gəlib




Download 2.98 Mb.
bet20/90
Sana24.03.2017
Hajmi2.98 Mb.
#1584
1   ...   16   17   18   19   20   21   22   23   ...   90

Neft-qaz hasilatı və neft emalı sahəsində yeni qurum yaradılıb


14.12.2015

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradıb. Rəsmi məlumatda qeyd olunur ki, texniki komitənin yaradılmasında məqsəd milli standartlaşdırma proqramına uyğun olaraq aparılan işləri beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və neft-kimya sahəsində mövcud standartları təkmilləşdirmək, yeni standartlar hazırlamaqdır.

Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası da daxil olmaqla komitəyə ümumilikdə 17 dövlət müəssisəsi və onların struktur bölmələrinin əməkdaşları üzv seçilib.

Komitə müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılan maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. Quruma bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilər.




Download 2.98 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Download 2.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Üç nazir İstanbulda bir araya gəlib

Download 2.98 Mb.