|
Mühazirə 4
İnsan sağlamlığında risk faktoru
|
bet | 8/47 | Sana | 01.07.2021 | Hajmi | 4,21 Mb. | | #15321 | Turi | Mühazirə |
Mühazirə 4
İnsan sağlamlığında risk faktoru
Plan
Risk faktoru
Genetik faktorlar və onların insan sağlamlığına təsiri
Risk faktoru
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nizamnaməsində deyilir ki, sağlamlıq insanın ən əsas
hüquqlarından biridir. İnsanın daha mühüm hüququ onun sağlamlığını təyin edən faktorlar və ya risk faktorları haqqında informasiya almasıdır, belə ki, onların təsiri xəstəliklərə səbəb ola bilər.
Risk faktoru – müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır (cədvəl 1). Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlarla da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.
|
| |