1. Rabitə kabellerinin inkisaf tarixi




Download 490.29 Kb.
bet1/41
Sana27.09.2023
Hajmi490.29 Kb.
#84591
  1   2   3   4   5   6   7   8   9   ...   41
Bog'liq
Elektrik və optik rabitə xəttləri imtahan
SƏRBƏST IŞLƏR RQ ÖLÇMƏLƏR

1.Rabitə kabellerinin inkisaf tarixi
Rabitə xəttlərinə olan təlabat XIX əsrin ikinci yarısında elektrik teleqrafının tətbiqi ilə əlaqədar olaraq meydana gəlmişdi. İlk dəfə elektrik rabitəsi kabel xətləri vasitəsi ilə təşkil olunmuşdur. Sonra isə kabelin konstruksiyasının mürəkkəbliyi ilə ələqadar olaraq, onları hava rabitə xətləri əvəz etmişdir. İlk dəfə 1854-cü ildə hava rabitə xətləri vasitəsi ilə uzaq məsafəyə rabitə xətti çəkilmişdir. XIX əsrin 70-ci illərində bu məsafə artıq 10000 km-ə çatdırılmışdır. 1939-cu ildə dünyada ilk dəfə olaraq uzunluğu 8300 km olan, yüksək tezlikdə işləyən magistral kabel xətti istismara verilmişdir. Kabel xətlərinin yaradılması rus alimi P.L.Şillinqin adı ilə bağlıdır. 1812-ci ildə Şillinq Peterburqda suyun altında olan minanın partlamasını sınaqdan keçirən zaman özünün izolə olunmuş elektrik naqilindən istifadə etmişdir. 1851-ci ildə Moskva ilə S.Peterburq arasında dəmir yolunun çəkilişi ilə eyni vaxtda bu iki məntəqə arasında teleqraf kabel xətti qoyulmuşdur. İlk sualtı kabel 1879-cu ildə Xəzər dənizindən çəkilmişdir. 1866-cı ildə Atlantik okeanından keçməklə, Fransa ilə ABŞ-ı birləşdirən magistral kabel xəttinin tikintisi başlanmışdır.XIX əsrin 90-cı illərinin əvvəllərində dünyanın müxtəlif ölkələrində şəhər telefon şəbəkəsində 54 ədəddən ibarət izolə olunmuş damardan hazırlanmış kabel tətbiq olunmuşdur. XX əsrin əvvələrindən başlayaraq ŞTŞ-də tətbiq olunan kabellərin yeraltı çəkilişinin inşasına başlanmışdır. Rabitə kabellərinin konstruksiyası XX əsrin əvvələrinə təssadüf edir. Bu kabellər çox da uzaq olmayan məsafəyə telefon verilişi həyata keçirmək üçün tətbiq edilirdi. 1900-1902-ci illərdə induktivliyi süni sürətdə artırmaqla informasiyanı uzaq məsafəyə ötürmək mümkün olmuşdur. Bu məqsədlə Pupinin təklifi ilə dövrəyə induktivliyi xeyli çox olan sarğı qoşulmuş və ya Krarupa üsulu ilə cərəyan keçirən naqilin üzərinə ferromaqnit xassəsi yüksək olan materialdan dolaq sarınmışdır. Bu üsulları tətbiq etməklə həmin illərdə telefon və teleqraf rabitəsinin uzaqlığını bir neçə dəfə artırmaq mümkün olmuşdur. Rabitə texnikasının inkişafında 1912-1913-cü illərdə yaradılmış elektron lampalarının çox böyük rolu olmuşdur. 1917-ci ildə V.İ.Kovalenkonun elektron lampalarından hazırladığı gücləndirici telefon danışıqlarını vermək üçün tətbiq olunan rabitə xətlərində müvəffəqiyyətlə sınaqdan çıxmışdır. Bu gücləndiricilərdən istifadə etməklə 1923-cü ildə telefon danışıqlarını ən uzaq məsafəyə ötürmək mümkün olmuşdur. XX əsrin 30-cu illərində çoxkanallı rabitə sistemləri inkişaf etməyə başlamışdır. 1935-ci ildən başlayaraq koaksial kabellərin kütləvi şəkildə istehsalına başlanmışdır. Bunun əsas səbəbi yeni yüksək keyfiyyətli dielektrik materialların (polistrol, stirofleks və s.) yaranması ilə əlaqədardır. 1956-cı ildə Avropa və Amerika qitələri arasında çoxkanallı rabitəni həyata keçirmək üçün sualtı magistral kabel istismara verilmişdir.1965-ci ildən başlayaraq geniş zolaqlı dalğaötürücü və ifrat keçirici kabel xətləri yaradıldı. 1970-ci ildən etibarən infra qırmızı diapazonda işləyən işıqötürücü və optik kabellərin yaradılması üçün intensiv işlər aparılmağa başlandı. 1980-cı illərin əvvələrində artıq optik rabitə kabelləri istehsalata vəsiqə almışdır.

Download 490.29 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   41




Download 490.29 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



1. Rabitə kabellerinin inkisaf tarixi

Download 490.29 Kb.