• 3.Rabitə xətlərinin telekommunikasiyada rolu 4.Telekommunikasiya səbəkərinin qurulmasi prinsipi
  • Rabitə xətlerinin növləri




    Download 490.29 Kb.
    bet2/41
    Sana27.09.2023
    Hajmi490.29 Kb.
    #84591
    1   2   3   4   5   6   7   8   9   ...   41
    Bog'liq
    Elektrik və optik rabitə xəttləri imtahan
    SƏRBƏST IŞLƏR RQ ÖLÇMƏLƏR
    2.Rabitə xətlerinin növləri
    Rabitə xətlərinin üç növündən geniş istifadə olunur: bunlar hava rabitə xətlərindən, elektrik rabitə kabellərindən və optik liflərdən hazırlanmış optik kabellərdən ibarətdir. Kabel və HRX-ləri məftilli xətlərə aiddir. Burada istiqamətləndirici sistem (İS) vəzifəsini naqil-dielektrik görür. Optik lifli rabitə xətləri dielektrik dalğaötürücü kimi işləyir. Burada İS rolunu müxtəlif sındırma əmsalına malik dielektriklər görür. Məftilli rabitə xətləri kilohers və meqahers tezlik diapazonlarında işləyir. Kabel rabitə xətləri vasitəsi ilə tələb olunan məsafəyə etibarlı və bütün maneələrdən mühafizə olunmuş rabitə yaratmaq mümkündür. Simmetrik və koaksial rabitə kabelləri telekommunikasiya səbəkələrinin bütün sahələrində geniş tətbiq olunur. İstiqamətləndirici sistemlərin ən yeni nəsili optik lifli rabitə xətləridir (OLRX). OLRX mikrodalğa tezlik diapazonunda işləyir. Optik kabellə yayılan dalğanın uzunluğu λ=0,8....1,6 mkm arasında dəyişir. İS-lərin bu növü daha perspektivli hesab edilir. OLRX-lərinin bir sıra üstün cəhətləri vardır. Bunlar aşağıdakılardır: 1) enerji itksi kiçikdir; 2) kanalın buraxma qabiliyyəti genişdir; 3) kütləsi az, qabarit ölçüləri isə kiçikdir; 4) əlvan metallara qənaət olunur; 5) xarici və qarşılıqlı təsirlərdən mühafizə olunma qabiliyyətinə malikdir. Ölkənin telekommunikasiya şəbəkələrində ORK-lərindən geniş istifadə edilməyə başlanmışdır. Bu kabelin köməyi ilə beynəlxalq və şəhərlərarası, ŞTŞ-də stansiyalararası rabitə artıq yaradılmışdır. Artıq mənəvi cəhətdən köhnəlmiş simmetrik kabellər ORK-ləri ilə əvəz edilir. ŞTŞ-də ATS-lə paylayıcı şkafı (PŞ) birləşdirən magistral kabellər ORK-ləri ilə əvəz edilir. Bu halda paylayıcı şkafların yerinə optik paylayıcı şkaflardan istifadə olunur.
    3.Rabitə xətlərinin telekommunikasiyada rolu
    4.Telekommunikasiya səbəkərinin qurulmasi prinsipi
    Yeni tikilib - quraşdırılan TKŞ-də kapital xərclərinin ən böyük hissəsi xətt qurğusunun və informasiyanı ötürən aparaturaların payına düşür. Ona görə də TKŞ-nin qurulmasının və şəbəkənin strukturunun optimal variantının seçilməsi vacib məsələlərdən biridir. Şəbəkə qovşaqlardan və onları bir-biri ilə birləşdirən rabitə xətlərindən ibarətdir. TKŞ-lərin quraşdırılan zaman 2 prinsip əsas götürülür: şəbəkə iqtisadi cəhətdən səmərəli və texniki cəhətdən etibarlı və davamlı olmalıdır. Bu məqsədlə şəbəkənin qurulma variantını araşdıraq. ”Biri hər biri” prinsipində hər bir qovşaq şəbəkədə olan qovşaqlarla bilavasitə əlaqə saxlaya bilər. Bu o deməkdir ki, belə variant texniki cəhətdən etibarlıdır, lakin iqtisadi cəhətdən səmərəli hesab olunur. Çünki bir qovşağın şəbəkədəki hər bir qovşaqla bilavasitə əlaqə saxlanması üçün bu qovşaqdan bir neçə istiqamətdə rabitə kabelləri çəkmək lazım gəlir. Qovşaq prinsipi ilə qurulan şəbəkədə bir neçə məntəqə bir qovşaqda qruplaşır, sonra isə bu qovşaqlar öz aralarında birləşirlər. Bu prinsiplə qurulan şəbəkə iqtisadi cəhətdən səmərəsiz hesab olunur. TKŞ-nin radial variantla qurulma prinsipində qurulan şəbəkənin ucuz başa gəlməsinə baxmayaraq, qovşaqlar arasında ehtiyat əlaqə olmadığından etibarsız hesab edilir. Etibarlı və dayanıqlı şəbəkə dedikdə şaxələnmiş şəbəkənin yaradılması və müxtəlif növ RX-lərinin tətbiqi, eləcə də onların müxtəlif istiqamətlərə çəkilməsi kimi sistemlər başa düşülür. Ölkənin TKŞ-si magistral və zonalararası rabitə şəbəkələrindən ibarətdir. Zonalararası şəbəkə zonadaxili və yerli şəbəkələrə bölünür. Zonadaxili rabitə rayon və şəhərləri bir-biri ilə birləşdirir. Yerli rabitə rayon və şəhərlərin mərkəzləri kəndlər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələri ilə birləşdirilir. Bütün şəbəkələrdə rabitə yaratmaq üçün simmetrik, koaksial və optik rabitə kabellərindən istifadə edilir. Ölkənin beynəlxalq TKŞ-lərinə çıxışını təmin etmək üçün şəbəkənin qurulmasında “radial-qovşaq” prinsipindən istifadə edilir. Bu prinsip vasitəsi ilə şaxələnmiş, uzunmüddətli, davamlı, qənaətli və etibarlı rabitə yaratmaq mümkündür. ”Radial-qovşaq” prinsipi dolayı yolla yaranan rabitəni çox qısa müddətdə və kiçik məsafədə həyata keçirməyə imkan verir.



    Download 490.29 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   41




    Download 490.29 Kb.