Elektrik kabellərinin təsnifatı




Download 490.29 Kb.
bet4/41
Sana27.09.2023
Hajmi490.29 Kb.
#84591
1   2   3   4   5   6   7   8   9   ...   41
Bog'liq
Elektrik və optik rabitə xəttləri imtahan
SƏRBƏST IŞLƏR RQ ÖLÇMƏLƏR
9.Elektrik kabellərinin təsnifatı
Rabitə kabelləri elektrotexnika məmulatına aiddir və bunların üç növü mövcuddur: simmetrik;
koaksial və optik rabitə kabelləri. Simmetrik və koaksial kabellərlə informasiya verilişini izolə olunmuş cərəyan keçirən naqillər vasitəsi ilə elektrik siqnalları həyata keçirir. OK-lərdə bu funksiyanı optik işıqötürücü lif (OİÖL) vasitəsi ilə yayılan optik siqnallar görür.Müasir rabitə kabelləri (RK) bir sıra əlamətlərinə görə fərqlənirlər. Bun əlamətlər aşağıdakılardan ibarətdir: vəzifəsi; tətbiq sahəsi; tikinti və istismarı; tezlik spektri; konstruksiyası; material və
izolyasiyanın forması; burulma növü; mühafizə örtüyünün tipi və s.
Tətbiq sahəsindən asılı olaraq RK-ləri aşağıdakılara bölünürlər: beynəlxalq; magistral; zonalararası; kənd; şəhər; birləşdirici xətlər üçün kabel; sualtı kabel; calaq və montaj kabelləri.
Tikinti-quraşdırma və istismar şəraitinə görə RK-ləri, bilavasitə torpağa basdırılan, dirəklərdən asılan, telefon kanalzasiyalarına və suyun altı ilə çəkilən kabellərə bölünürlər.
Tezlik spektirinə görə aşağı və yüksək tezlikli RK-ləri mövcuddur. ƒ≥12kHs-də işləyən kabellər yüksək tezlik RK-lərinə aiddir.Konstruksiyasına və izolə olunmuş damarların, eləcə də OL-lərin qarşılıqlı şəkildə yerləşməsinə görə RK-ləri, simmetrik, koaksial və OK-lər kimi üç yerə bölünürlər.RK-ləri örtüyün və xarici təbəqənin üzərindən çəkilən zirehin növlərinə gorə də fərqlənirlər. Bunlar aşağıdakılardan ibarətdir:
-metal (qurğuşum, alüminium, polad); plastmas (polietilen, polivinilxlorid); metalplastmas
(alüminium-polietilen, polad-polietilen);
-mühafizə örtüyü kimi, lent və ya polad məftildən olan zireh, qətran hopdurulmuş kəndir (jqut) və ya plastmas örtük tətbiq edilir.
Yuxarıda göstərilən əlamətlər əsasən elektrik rabitə kabrllərinə (ERK) aiddir. Optik rabitə kabellərinin (ORK) əsas elementi olan OL-lərdə bir sıra əlamətlərinə görə bir-birindən fərqlənirlər. Beləki, OL-lər onların uzunluğu boyunca yayılan şüaların növünə görə qruplara və sındırma əmsalının (göstəricisinin) profilinə, örtüyün və özəyin materialına görə isə yarımqruplara bölünürlər.

Download 490.29 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   41




Download 490.29 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektrik kabellərinin təsnifatı

Download 490.29 Kb.