• 15.Radiorele rabitə xətləri
  • Radiodalğalar (14 lə eyni)




    Download 490.29 Kb.
    bet7/41
    Sana27.09.2023
    Hajmi490.29 Kb.
    #84591
    1   2   3   4   5   6   7   8   9   10   ...   41
    Bog'liq
    Elektrik və optik rabitə xəttləri imtahan
    SƏRBƏST IŞLƏR RQ ÖLÇMƏLƏR
    13.Radiodalğalar (14 lə eyni)
    14.Radiodalğaların növləri
    TKS-lərinin mürəkkəb, vacib və qiymətli elementlərindən biri rabitə xətləri hesab edilir. Rabitə xətləri vasitəsi ilə informasiyanın daşıyıcısı hesab olunan elektrik və optik siqnallar bir abunəçidən (stansiyadan) digərinə və əksinə ötürülür. TKS - lərinin bütünlükdə səmərəli işləməsi rabitə xətlərinin keyfiyyətindən, onların növlərindən, tezlik diapozunundan, konustruksiyalarından və digər amillərdən asılıdır. İnformasiyanın ötürülməsi üçün rabitə xətlərinin iki növündən istifadə edilir: bunlar radio və məfttili rabitə xətləridir. Elektromaqnit və işıq dalğaları atmosferdə, keçirici və dielektrik mühitlərdə yayılır.Radiorabitə xətlərinin əsas fərqləndirici cəhəti elektromaqnit dalğalarının bütün mühitlərdə, o cümlədən, fəzada, kosmosda, havada, suda, yerdə və s. yayılma xassələrinə malik olmasıdır. Radio verilişlərini bir neçə metrdən yüz milyon km-ə qədər məsafəyə ötürmək mümkündür. Radionu 1895-ci ildə rus alimi A.S.Popov kəşf etmiş və bu qurğu vasitəsi ilə informasiyanı bir neçə yüz metrə ötürməyə nail olmuşdur. Hal-hazırda avtomatik kosmik apparatların köməyi ilə dünyanın bütün nöqtələrinə müxtəlif növ informasiyaları ötürmək mümkündür. Müxtəlif məsafələrdə (uzaq, yaxın) yerləşən abunəçilər (stansiyalar), xüsusəndə hərəkətdə olan obyektlər arasında rabitəni təşkil etmək üçün radiorabitə xətlərindən geniş istifadə edilir. Müxtəlif mühitlərdə elektromaqnit dalğalarının yayılması ilk növbədə radiosiqnalların tezliyindən (daşıyıcı siqnalın tezliyi) asılıdır.
    15.Radiorele rabitə xətləri
    Radiorele xətləri 300÷1920 telefon kanalı və informasiyanı uzaq məsafəyə ötürməyə imkan verir. Bu xətlərdən televiziya, radio verilişlərinin ötürülməsi və rabitənin başqa növlərinin yaradılmasında geniş istifadə olunur. Onlarda maneələrin təsir dərəcəsi aşağıdır, kifayət qədər dayanıqlı, davamlı, etibarlı və keyfiyyətli rabitəni təmin edir. Bunlara baxmayaraq, verilişin mühafizə olunma dərəcəsi kifayət deyildir. RRX-i tətbiq sahəsindən asılı olaraq magistral və zona kimi iki yerə ayrılır. Orta tutmlu zona və böyük tutumlu magistral şəbəkənin çoxkanallı RRX-nin tezlik diapazonu 2, 4, 6, 8 və 11 QHs arasında yerləşir. Çoxstvollu (çoxgövdəli, çoxlüləli) RRX-ləri daha geniş yayılmışdır. Burada radiostvolların sayı 8-ə qədər ola bilər. Bütün stvollar antenna-fider sistemində işləyir və eyni tipli verici-qəbuledici aparatura ilə təhciz edilmişdir.Standart sıxlaşdırma aparaturasının və KRX-lərinin köməyi ilə yüksək tezlikli stvolların bir hissəsi telefon kanallarının təşkil olunmasında istifadə edilir. Digər hissəsi isə televiziya proqramlarının yayılmasına xidmət edir. İki-üç stvol ehtiyat üçün saxlanılır.
    RRX-lərinin aşağıda göstərilən stansiya növlərindən istifadədə edilir: a) aralıq; b) son; v) qovşaq; q) qovşaqla şaxələnən; d) qovşaqla kəsişən:
    -aralıq radiorele stansiyası RRX-ti ilə verilən siqnalları gücləndirmək və retranslasiya etmək üşün tətbiq edilir. Stansiya əl (daimi texniki xidmətçilərin nəzarəti) və avtomatlaşdırılmış rejimdə işləyə bilər. Stansiya avtomatlaşdırılmış rejimdə işləyərkən ona xidmət etmək üçün qovşaq və ya son stansiyalardan istifadə edilir;
    -son radiorele stansiyası (SRRS) telefon kanalları və ya televizya qüllələri vasitəsi ilə RRX-lərinə verilən siqnalları qəbul edir, onları televizya mərkəzləri, ŞaTS-ları və şəhərlərarası radioyayım aparaturaları arasında paylamaq üçün tətbiq edilir;
    -qovşaq radiorele stansiyası (QRRS) telefon kanaları və ya televiziya qüllələri vasitəsi ilə RRX-lərinə verilən siqnalları lazımi istiqamətlərə paylamaq üçün şəbəkə qovşaqlarına ötürür;
    -şaxələndirilmiş qovşaq radiorele stansiyası (ŞQRRS) siqnalları qəbul edib, onları paylamaqla yanaşı, televiziya qüllələrinin siqnallarını kommutasiya etmək imkanlarınada malikdir;
    -bir və ya bir neçə kəsişməyə malik olan QRRS-yası yuxarıda göstərilən stansiyaların vəzifələrini görməkdən başqa, informasiyanın həcmini xeyli artıra bilən avadanlığa da malikdir.


    Download 490.29 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   41




    Download 490.29 Kb.