• 12.Rabitə kabellərində istifadə olunan izoliyasiyanın növləri
  • Elektrik kabellərinin markalanması




    Download 490.29 Kb.
    bet6/41
    Sana27.09.2023
    Hajmi490.29 Kb.
    #84591
    1   2   3   4   5   6   7   8   9   ...   41
    Bog'liq
    Elektrik və optik rabitə xəttləri imtahan
    SƏRBƏST IŞLƏR RQ ÖLÇMƏLƏR
    11.Elektrik kabellərinin markalanması
    Rabitə kabelləri ilə işləyən zaman işin sadələşməsi üçün onları markalayırlar. Markalanma hərf və rəqəmlərdən ibarətdir. İlk hərflər kabelin tətbiq sahəsini göstərir. Hərflər kabeli istehsal edən ölkənin sözlərinin baş həriflərindən götrülür. Bunu araşdırmaq məqsədi ilə Rusiya Federasiyasının istehsal etdiyi kabelin markalanmasına baxaq. Şəhərlərarası rabitəni təşkil etmək üçün, simmetrik kabellər M (simmetrik magistral); koaksial kabellər KM (koaksial magistral); şəhər, kənd və zonalararası telefon şəbəkələrində tətbiq olunan kabellər uyğun olaraq T və ya TP, (telefon, telefon polietilen) KK (kənd kabeli), ZK (zonalararası kabel) hərfləri ilə işarələnirlər. Sonrakı hərflər cərəyan keçirən naqillərin izolyasiyasının, kabelin örtüyünün, onun zirehinin və s. kimi təbəqələrin materiallarını göstərir. Kabelin örtüyü alüminiumdan olduqda A, poladdan oluqda isə P hərfi əlavə olunur.Mühafizə təbəqəsinin növündən asılı olaraq RK-ləri aşağıdakı kimi markalanır: Q-qurğuşunla örtülmüş zirehsiz (çılpaq); Z-polad lentlə zirehlənmiş; DM-dairəvi polad məftillə zirehlənmiş kabellər. Əgər zirehli və ya zirehsiz kabellərin üst təbəqəsində polietilen olarsa P hərfi, polivinilxlorid olarsa isə V hərfi ilə işarələnir.Yuxarıda deyilənlərə uyğun olaraq, kordel-kağız izolyasiyaya, qurğuşun örtüyə malik şəhərlərarası simmetrik kabellər aşağıdakı kimi markalanırlar: MKQ; MKZ; MKDM. Cərəyan keçirən naqilin üzəri kordel-stirofleks izolyasiyadan olduqda S, polietilendən olduqda isə P hərfi əlavə olunur. Bu halda kabellərin markalanması MKSQ; MKSZ; MKSDM; MKPQ; MKPZ; MKPDM olacaqdır. Stirofleks izolyasiya, alüminium örtük, polietilen şlanqla mühafizə olunmuş kabellər, MKSAPş; MKSAZPş; MKSADMPş kimi markalanırlar. Kabelin örtüyü poladdan olduqda isə markalanma MKSPPş şəkilində göstərilir. Burada P-polad, Pş-polietilen şlanq deməkdir.


    12.Rabitə kabellərində istifadə olunan izoliyasiyanın növləri
    İzolyasiyanın növünə görə kabellər iki növə ayrılır: kağız (boru formalı və ya məsaməli kağız kütlə) izolyasiyalı, metal (alüminium, qurğuşun və ya polad) örtüklü və bütöv polietilen izolyasiyalı, plastik kütlə və ya polad örtüklü şəhər rabitə kabelləri. Kağız izolyasiyalı kabelin damarının diametri 0,4; 0,5; 0,6 və 0,7 mm olur. İzolyasiya məsaməli kağız kütlədən və ya kağız lentlərin 20-30% üstü örtülmə üsulu ilə spiralvari sarınmasından ibarətdir. Kabel zirehli (TБ ,TK) və ya zirehsiz (TГ) hazırlana bilər. TГ markalı kabeldə rabitə cütlərinin sayı 5÷1600, TБ markalı kabeldə isə 600-ə qədər olur. İzolə edilmiş damar qatlı və ya dəstəvari burularaq kabelin nüvəsini təşkil edir.
    Bütöv polietilen izolyasiyalı kabelin damarının diametri 0,32; 0,4; 0,5 və 0,7 mm, izolyasiyasının qalınlığı isə 0,2-0,4 mm olur. Kabel aşağıdakı markalarda buraxılır: TPP-polietilen izolyasiyalı və örtüklü; TPV izolyasiyalı və PVX örtüklü ; TPPB (TPVB)-lent şəkilli polad zirehli ; TPS-polietilen izolyasiyalı və polad örtüklü.
    Kabelin konstruksiyasından asılı olaraq cütlərin sayı müxtəlif olur :
    TPP markalı kabeldə damarın diametri 0,32 və 0,4 mm olan halda 10-dan cütlərin sayı 200x2-yə qədər; 0,5 mm olduqda 10÷1200 x 2; 0,7mm olduqda 10÷600x2 ; TPPB markalı kabeldə isə 600x2-yə qədər olur.



    Download 490.29 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   41




    Download 490.29 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektrik kabellərinin markalanması

    Download 490.29 Kb.