Elektrik stansiyaları və yarımstansiyaların, yüksək gərginlikli transformatorların diaqnostikası




Download 69.46 Kb.
bet5/18
Sana30.03.2023
Hajmi69.46 Kb.
#47843
1   2   3   4   5   6   7   8   9   ...   18
Bog'liq
C fakepathC fakepathC fakepathDiaq mühaz.

7. Elektrik stansiyaları və yarımstansiyaların, yüksək gərginlikli transformatorların diaqnostikası
Güc transformatorlarının diaqnostikasını aşağıda göstərilən növlərə bölürlər: 1) Yerində sınaq-burada elektrik, ultrasəs və istilikvizion ölçən vasitələr istifadə olunur. 2) Transformatorlardan götürülən izolyasiya materiallarının(yağların) nümunələrinin laboratoriya sınaqları. Yarımstansiyanın əsas transformatorları “Elektrik avadanlıqlarının texniki istismar qaydalarına” uyğun olaraq, aşağıdakı sınaqlardan keçirilirlər: 1) Dolağın izolyasiyasının müqavimətinin ölçülməsi; 2) Dolaqların izolyasiyasının dielektrik itgi bucağının tangensinin ölçülməsi; 3) Dolaqların izolyasiyasının sabit cərəyana müqavimətinin ölçülməsi; 4) Transformasiya əmsalının yoxlanılması; 5) Dolaqların birləşmə qruplarının yoxlanılması; 6) Transformator yağının yoxlanılması; 7) Yüksüz işləmə cərəyanlarının və itgilərinin ölçülməsi; 8) İstilikvizion müayinə və s. Təmirlərarası sınaq 2 ildə 1 dəfə aparılır. Dolaqların izolyasiyasının müqavimətinin ölçülməsi 4 ildə 1 dəfə mütləq aparılmalıdır. Kapital təmir texniki vəziyyətdən asılı olaraq aparılır. Güc transformatorların sınaqları istehsal, daşınma, montaj və istismar zamanı aparılır. Transformatorların vəziyyətinin diaqnostika üsulları: Hər hansı daxili baxış keçirmək üçün transformatorun şəbəkədən ayrılması, yağın boşaldılması, yoxlamaların aparılması və yenidən yağın tökülməsi lazım gəlirdi. Hazırda istehsalçı zavod tərəfindən verilən təlimata görə elektrik stansiyalarının və yarımstansiyalarının 110 kV və daha yüksək gərginlikli və 80 MVA-dən yüksək güclü transformatorların, elektrik stansiyalarının xüsusi sərfiyyat transformatorlarının kapital təmiri ilk dəfə profilaktik sınaqların nəticələrini nəzərə almaqla istismara qoşulandan 12 ildən gec olmayaraq aparılmalıdır. Sonra isə transformatorların vəziyyəti sınaqların nəticələrindən asılı olaraq aparılmalıdır. Vəziyyətə nəzarətin vizual, maxaniki, fiziki, kimyəvi və həmçinin onların kombinasiyası istifadə olunur, məsələn, transformator yağının nəmlənməsi silikagel indiqatorunun rənginin dəyişməsinə görə yaxud da kimyəvi analiz yolu ilə müəyyən oluna bilər. Transformatorların vəziyyətinə nəzarət kompleks xarakter daşıyır, adətən o hazırlanma mərhələsində başlayır, izolyasiya və aktiv materialların, ayrı-ayrı detal və hissələrin keyfiyyəti, yığılma vaxtı yoxlanılır. Daşınıb gətirilmiş transformator montaj prosesindən sonra bir də nəzarətdən keçməlidir.


Download 69.46 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 69.46 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektrik stansiyaları və yarımstansiyaların, yüksək gərginlikli transformatorların diaqnostikası

Download 69.46 Kb.