• Mənəvi köhnəlmə
  • 1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi




    Download 69.46 Kb.
    bet3/18
    Sana30.03.2023
    Hajmi69.46 Kb.
    #47843
    1   2   3   4   5   6   7   8   9   ...   18
    Bog'liq
    C fakepathC fakepathC fakepathDiaq mühaz.

    5. Təmirlərin növləri
    Hər bir avadanlığın istismarı və təmiri dövründə elə bir dövr olur ki, fiziki və mənəvi köhnəlmə nəticəsində onların istismarı və təmiri qeyri-mümkün və ya iqtisadi cəhətdən əlverişsiz olur. Bu halda avadanlıq yenisi ilə əvəz olunur. Mənəvi köhnəlmə dedikdə, texniki inkişafın təsiri altında texnikanın maya dəyərinin azalması nəzərdə tutulur. Mənəvi köhnəlmənin 2 forması mövcuddur: 1) ucuz başa gələn eyni cür konstruksiyalı maşınların istehsalı ilə əlaqədar olaraq köhnə maşınların dəyərinin aşağı düşməsi; 2) mükəmməl konstruksiyalı maşınların yaranması ilə əlaqədar istismarda olan texnikanın ucuzlaşması. Əsaslı(kapital) təmir maşının bütövlükdə hissələrə ayrılması ilə baş verir və əsas məqsədi bütün köhnəlmiş detal və düymələrin tamamilə əvəz olunması və ya bərpasından ibarətdir. Bundan başqa plandan kənar təmirlər də(cari təmirlər) mümkündür ki, bunlar da vaxtından əvvəl dağılmaya məruz qalan avadanlığın qəza vəziyyəti ilə bağlıdır. Əsaslı təmirlər arasındakı təmir dövrü adlanır. Beləliklə, planlı təmir sisteminin əsas çatışmayan cəhəti texnoloji avadanlığın vaxtından əvvəl təmiri ilə bağlıdır ki, bu da böyük iqtisadi itgilərə gətirib çıxarır. Bundan başqa bu sistem avadanlığın qəfil sıradan çıxma hallarını aradan götürmür. Göstərilən çatışmamazlıqların aradan qaldırılması məqsədi ilə avadanlığın texniki vəziyyətinin diaqnostikası və monitorinq aparılmaqla faktiki texniki hallara əsaslanan təmir sisteminə keçid müəyyənləşdirilir. Bu halda hər bir avadanlığın planlı təmiri onun real texniki vəziyyəti ilə bağlı aparılır. Nəzarətdə aparat və proqram nəzarət vasitələri vardır. Aparat nəzarət vasitələrinə cihazlar, stendlər və s. aiddir. Proqram vasitələrinə fərdi kompüterlər üçün tətbiqi proqramlar aid edilir. İcraçılar nəzarətə qulluq və texniki diaqnostika mütəxəssisləridir. Nəzarət metodikası müəyyən prinsip və nəzarət vasitələrinin tətbiqi qaydalarının toplusudur. Metodika parametrlərin ölçülməsi, işlənməsi, nəticələrin analizini özündə birləşdirir. Hər bir obyekt üçün onun texniki vəziyyətini xarakterizə edən bir neçə parametr mövcuddur. Bunları tətbiq olunan diaqnostika metodundan asılı olaraq seçirlər. Diaqnostika vaxtı obyektin işini xarakterizə edən parametrlər diaqnostik parametrlər adlandırılır.

    Download 69.46 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   18




    Download 69.46 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi

    Download 69.46 Kb.