• 12. Yağlarda həll olunmuş qazların xromotoqrafik analizi
  • 1) Dolaqlarda qısaqapanmalar; 2) Yağın çirklənməsi ilə əlaqədar qismən boşalmalar; 3) Bolt birləşmələrin defektləri; 4) Nüvənin layları arasında izolyasiyanın pozulması.
  • Ölçmə dəqiqliyi, ölçmə üsulları və cihazların tipləri




    Download 69.46 Kb.
    bet9/18
    Sana30.03.2023
    Hajmi69.46 Kb.
    #47843
    1   ...   5   6   7   8   9   10   11   12   ...   18
    Bog'liq
    C fakepathC fakepathC fakepathDiaq mühaz.

    11. Ölçmə dəqiqliyi, ölçmə üsulları və cihazların tipləri
    Müxtəlif növ ölçmələr sazlama, yoxlama və sınaq işlərinin vacib hissəsidir. İstehsal şəraitini və lazımi ölçmə dəqiqliyini nəzərə almaqla, ölçmə üsulu və cihazların düzgün seçilməsi avadanlığın qiymətləndirmə keyfiyyətini, onun istismara yararlığı və etibarlı işləməsi haqqında nəticələri müəyyən edən faktorlardandır. Sazlama işlərini həyata keçirərkən adətən ölçmələr bilavasitə qiymətləndirmə üsulu ilə ilkin olaraq dərəcələnmiş cihaz vasitəsilə yerinə yetirilir(cərəyan, gərginlik, güc və s.). Lakin müqayisə üsulu da(körpü vasitəsilə müqavimətlərin, potensiometr vasitəsilə gərginlik və e.h.q.-nin ölçülməsi) kifayət qədər geniş tətbiq olunur. Hər iki üsul birbaşa ölçmə üsuluna aiddir. Bunlardan fərqli olaraq dolayı ölçmə üsulu da tətbiq olunur. Bu zaman bizi maraqlandıran kəmiyyət birbaşa üsul ilə ölçülmüş köməkçi kəmiyyətlərin qiymətlərindən istifadə edərək(ampermetr və voltmetrin göstəricilərinə görə gücün təyini, vattmetrin, ampermetrin və voltmetrin göstəricilərinə görə nın təyini və s.) hesabat yolu ilə təyin olunur. Ölçmə dəqiqliyi ölçmə üsulundan və seçilmiş cihazların dəqiqlik siniflərindən asılıdır. Cihazın dəqiqlik sinfi onun xətasını təyin edir. İş prinsipinə görə cihazlar elektromaqnit, polyarizə olunmuş, maqnitoelektrik, elektrodinamik, ferrodinamik, induksion, maqnitoinduksion, elektrostatik, vibrasiyalı, istilik, elektron və s. olurlar. Cihazın şkalasında xətanı və ölçmə şəraitlərini göstərən şərti işarələr göstərilir.

    12. Yağlarda həll olunmuş qazların xromotoqrafik analizi
    Əksər hallarda transformatorların izolyasiyasının zədələnməsi temperaturun qalxması və ya elektrik sahəsinin intensivliyinin artması ilə müşahidə olunur. Bunun nəticəsində elektrik izolyasiyasının dağılması baş verir, bu da xarakterik qazların yaranmasına səbəb olur. Yaranmış qazlar transformator yağında həll olunur. Buna görə də transformator yağı diaqnostikada informativ obyekt sayılır. Qazların analizi nəticəsində yaranmış defektlər aşkar edilir və nasazlığın inkişaf tempi haqqında məlumat verilir. Xromotoqrafik analiz maddələrin miqdarını göstərir və aşağıdakı qazları müəyyənləşdirir: H2; CH4; C2H4; C2H6 və CO2. Bu qazların yağda olması aşağıdakı hədlərdə olmalıdır: H2 və C2H2 0,0005%; CH4; C2H6; C2H4 0,0001%; CO2 0,002%. Xromotoqrafik metod əsasında aşağıdakı defektlər aşkar olunur: 1) Dolaqlarda qısaqapanmalar; 2) Yağın çirklənməsi ilə əlaqədar qismən boşalmalar; 3) Bolt birləşmələrin defektləri; 4) Nüvənin layları arasında izolyasiyanın pozulması. Lakin transformatorda tez inkişaf edən(ani yaranan) qısaqapanmalar mövcud olur və bunları xromotoqrafik metodla müəyyənləşdirmək qeyri-mümkündür. Həddən artıq qızmış nöqtələr C2H6 və C2H4 ün konsentrasiyasının artmasına səbəb olur, CH4 ün yaranmasının əsas səbəbi isə soyutma sistemində yaranan problem və ya işçi personalın səhvi nəticəsində artıq yüklənməsidir.


    Download 69.46 Kb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   18




    Download 69.46 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ölçmə dəqiqliyi, ölçmə üsulları və cihazların tipləri

    Download 69.46 Kb.