• 1) Alçaq gərginlikli impulslar metodu
  • 2) Tezlik analizi metodu(Frequency Response Analysis)
  • Transformatorun aktiv hissəsinin diaqnostikası




    Download 69.46 Kb.
    bet6/18
    Sana30.03.2023
    Hajmi69.46 Kb.
    #47843
    1   2   3   4   5   6   7   8   9   ...   18
    Bog'liq
    C fakepathC fakepathC fakepathDiaq mühaz.

    8. Transformatorun aktiv hissəsinin diaqnostikası
    Güc transformatorunda qısaqapanma cərəyanlarının axması və ya sarğıların preslənməsinin pozulmasının nəticəsində dolaqların forması dəyişə bilər:

    Qeyd olunmuş defektlərin diaqnostikası həm elektrik, həm də vibrasiya nəzarət usülları ilə aparıla bilər. Dolağın deformasiyası onun tutumunu və sarğaclarının öz və qarşılıqlı induksiyalarını dəyişdirir. Bu halda dolağın tezlik xarakteristikası dəyişir. Bu da qısaqapanma müqavimətinin dəyişməsinə səbəb olur. Dolağın vibrasiyası transformator çənində yüksək titrəyişi yaradır. Beləliklə, yuxarıda qeyd olunmuş defektlərlə bağlı olan diaqnostik əlamətlərə dolağın tezlik xarakteristikası, dolaqlararası qısaqapanma müqaviməti və transformatorun titrəyiş xarakteristikaları aiddir. Defektlərin inkişafı göstərilmiş xarakteristikaların dəyişməsinə səbəb olur. Ən çox istifadə olunan elektrik nəzarət metodlarına alçaq gərginlikli impulslar metodu, tezlik analizi metodu və qısaqapanma müqavimətinin dəyişməsi metodunu aid etmək lazımdır.
    1) Alçaq gərginlikli impulslar metodu:

    Alçaq gərginlikli impulslar metodu ondan ibarətdir ki, transformatorun dolaqlarının birinə alçaq gərginlikli(100-600 V) qısa düzbucaqlı zondlaşdırıcı impuls verilir(1 mksan müddətində) və digər dolaqlara qoşulmuş ölçmə şuntlarında ossiloqrafla cərəyanlara nəzarət olunur. Beləliklə, keçid prosesi dolaqlarda düzbucaqlı impulsun təsirinə reaksiya kimi yaranır. Əvvəlcə, təmir olunmuş(və ya yeni) transformatorun alçaq gərginlikli impulslar reaksiyasının passportlaşdırılması aparılır. Qısaqapanmadan öncə(normoqramlar) və qısaqapanmadan sonra(defektoqramlar) yazılmış ossiloqramların müqayisəsi transformatorun vəziyyətinin qiymətləndirilməsinə imkan verir.
    2) Tezlik analizi metodu(Frequency Response Analysis) transformatorun dolaqlarının mexaniki vəziyyətinin ən həssas diaqnostika metodlarından biridir. Bu metod 60-cı illərdə Lex və Timinskiy tərəfindən təklif olunmuş alçaq gərginlikli impulslar metodunun inkişaf etmiş formasıdır. Bu metodun mahiyyəti aşağıdakından ibarətdir. Xüsusi generatordan dolağın girişinə(və ya neytrala) zondlaşdırıcı siqnal(impuls və ya sinusoidal) ötürülür, digər dolaqların girişlərindən cavablar qeydə alınır. Bunlar dolaqların zondlaşdırıcı siqnalın təsirinə olan reaksiyasıdır. Deformasiyaya görə dolaqların həndəsəsində yaranan istənilən dəyişikliklər, sürüşmələr, rasspressirovkalar uyğun tutumların, induktivliklərin dəyişməsinə səbəb olur. Bu isə o deməkdir ki, dolaqların zondlaşdırıcı siqnalın təsirinə olan reaksiyası da dəyişir. Tezlik spektorunun dəyişmə xarakteri deformasiyaların ölçülərindən və xarakterlərindən asılıdır.

    Download 69.46 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   18




    Download 69.46 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Transformatorun aktiv hissəsinin diaqnostikası

    Download 69.46 Kb.