• Müntəzəmlik
  • 4. Nasazlığı xarakterizə edən meyarlar Nasazlıq
  • Qəflətən
  • 1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi




    Download 69.46 Kb.
    bet2/18
    Sana30.03.2023
    Hajmi69.46 Kb.
    #47843
    1   2   3   4   5   6   7   8   9   ...   18
    Bog'liq
    C fakepathC fakepathC fakepathDiaq mühaz.

    3. Avadanlığın etibarlığı
    İstismar edilən avadanlığın etibarlığı ilk növbədə onun texniki vəziyyəti ilə müəyyən olunur. Etibarlıq obyektin verilən rejim və tətbiq şərtlərində tələb olunan funksiyaları xarakterizə edən parametrlərini qoruyub saxlamaq qabiliyyətidir. Etibarlıq müntəzəmlik, uzunömürlülük(davamlılıq), təmirə yararlılıq və bu xassələrin cəmi ilə qiymətləndirilir. Müntəzəmlik: Avadanlığın zaman keçdikcə və yaxud bir qədər işlətdikdən sonra iş qabiliyyətini saxlamasıdır. Uzunömürlülük: Avadanlığın normal şəraitdə texniki sənədlərdə göstərilmiş həddə qədər iş qabiliyyətini saxlamasıdır. Təmirə yararlılıq: Texniki xidmət və təmir aparılarkən avadanlıqda zədə və nasazlıqları aradan götürmək qabiliyyətidir. Etibarlığa təsir edən konstruktiv, texnoloji və istismar amilləri çox olduğu üçün onu dəqiq hesablamaq mümkün deyil, onu yalnız riyazi statistika və ehtimal nəzəriyyəsini və həmçinin nasazlıqlar haqqında istismar göstəricilərini istifadə etməklə təxmini hesablamaq olur. Avadanlığın və onun əsas hissələrinin etibarlığının kəmiyyət göstəricilərinin təhlili əsasında təmir və ya əvəzedilmə haqqında qərar qəbul olunur.
    4. Nasazlığı xarakterizə edən meyarlar
    Nasazlıq texniki sistemin yaxud onun hissəsinin işinin pozulmasıdır. Avadanlığın nasazlığını xarakterizə edən meyarları-işinin dayanması istismar parametrlərinin ehtimal olunmuş səviyyədən aşağı enməsidir. Ən təhlükəli nasazlıqlar fəlakət vəziyyətinə gətirən nasazlıqlardır. Onlar insanların həyatı və sağlamlığına təhlükə yaradır, ağır iqtisadi itkilərə gətirir və yaxud ətraf mühitə böyük ziyan vurur. Əgər nasazlıq nəticəsində qəza vəziyyəti yaranarsa, etibarlıq səviyyəsi maksimal yüksək olmalıdır, belə olan halda iqtisadi məsələlər öz əhəmiyyətini itirir. Nasazlıqları 2 yerə ayırmaq olar: 1) qəflətən; 2) tədricən əmələ gələn nasazlıqlar. Qəflətən əmələ gələn nasazlıqlar gözlənilməyən müxtəlif səbəblərdən hər bir zaman baş verə bilər(yüklənmənin qəflətən artması, mexaniki zədələnmə, təbii fəlakətlər və s.). Tədricən əmələ gələn nasazlıqlar zədələrin və qüsurların toplanması nəticəsində baş verir. Avadanlığın iş qabiliyyətinin bərpası, istismar zamanı köhnəlməsi və dağılması nəticəsində təmirə ehtiyac olur. Energetika sənayesində texnoloji avadanlıq icbari şəkildə passportla təchiz olunur. Təmir, texniki qulluq, sınaqların keçirilməsi haqqında verilənlər avadanlığın bütün istismar dövründə passporta daxil olunur. Belə qeydlər yığılmış defektlərin və zədələrin perspektiv analizinə imkan verir. Aparılmış təmirlərin effektivliyinin qiymətləndirilməsinə şərait yaranır. Bunlar həmçinin növbəti texniki diaqnostikada nəzərə alınır.

    Download 69.46 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   18




    Download 69.46 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi

    Download 69.46 Kb.