Rabitə müəssisələrinin elektrik təchizatı




Download 1,76 Mb.
bet13/15
Sana06.11.2020
Hajmi1,76 Mb.
#12322
1   ...   7   8   9   10   11   12   13   14   15

64. Rabitə müəssisələrinin elektrik təchizatı

Elektik enerjisindən səmərəli istifadə edilməsinə qoyulan tələblərə görə bütün müəssisələrin elektrik qəbulediciləri üç kateqoriyaya bölünür.

Birinci kateqoriyaya elektrik enerjisinin kəsilməsi nəticəsində rabitədə və yayımda fasilə yaradaraq, vacib informasiyanın ötürülməsinə mane olan enerji qəbulediciləri aiddir. Bu

kateqoriyaya şəhərlərarası telefon stansiyaları və qovşaqları, şəbəkə və avtomatik kommutasiya qovşaqlarının texnoloji elektroqəbulediciləri, qəza və evakuasiya elektrik işıqlandırma cihazları, kabel magistrallarının telefon stansiyaları, xidmət edən gücləndirici məntəqələr və s. daxildir.

İkinci kateqoriyaya verilən elektrik enerjisinin kəsilməsi nəticəsində yerli əhəmiyyətli rabitənin pozulmasına səbəb olan qəbuledicilər aiddir. Bu kateqoriyaya şəhər telefon şəbəkələrinin telefon stansiyaları daxildir.

Üçüncü kateqoriyaya yerdə qalan başqa bütün elektrik qəbulediciləri aiddir.

Elektrik rabitə müəssisələri elə yerlərdə yerlədirirlər ki, onlarıən ucuz və ən etibarlı şəkildə elektrik enerjisi ilə təchiz etmək mümkün olsun. Rabitə sistemləri elektrik şəbəkələrinə transformator yarımstansiyalarından gələn ötürücü məftillər vasitəsilə birləşdirilir. Bu transformatorlar 50 Hs tezlikli 10 kV və ya 6 kV dəyişən gərginliyi qəbul edib, onu 380/220 V – luq alçaq gərginliyə çevirir. Transfotmator yarımstansiyalarının qurğularına – alçaldıcı güc transformatorları, yüksək gərginlik açarları,elektrik açarları, yük açarları, ölçü transformatorları, yüksək gərginlik qoruyucuları,avtomatik açarlar və alçaq gərginlik cihazları daxildir. Rabitə müəssisələrində əsasən qapalı tipli transformatorlar tətbiq edilir. Bu transformatorlar 160, 250, 400, 630, 1000, 1600, 2500 kVA nominal gücə hesablanır. Transformatorların ikinci tərəf dolağı neytral nöqtəyə (sıfır nöqtəsi) malik “ulduz” sxemi üzrə birləşdirilit. Onlar müəssisənin elektrik qidasının istifadə etdiyi tam gücə görə seçilir.

Böyük rabitə müəssisələrinin elektrik stansiyası üç ədəd müstəqil üçfazalı dəyişən cərəyan mənbəyi ilə təmin edilir. Stansiya iki ədəd müstəqil qida mənbəyindən enerji aldıqda o, əlavə bir dizel – generatorla, bir ədəd müstəqil qida mənbəyindən enerji aldıqda isə iki dizel – generatorla təmin edilməlidir. Rabitə müəssisəsinin uzunmüddətli, avtonom iş rejimində işləməsi üçün onun elektrik stansiyasi iki ədəd işçi dizel – generatorla və onları avtomatik əvəz edə biləcək bir ədəd ehtiyyat dizel – generatorla təchiz edilməlidir.

Hazırda rabitə müəssisələrində dizel generator aqreqatlı avtomatlaşdırılmış elektrik stansiyası tətbiq edilir.Bu da işçi heyətin azalmasına,bu səbədən də istismar xərclərini azaltmağa imkan verir.Bundan başqa avtomatlaşdırma işin etibarlılığını,aqreqatların işləmə müddətini uzadır.

Rabitə müəssisəsini elektrik qidası ilə etibarlı təchiz etmək üçün enerji istehlakçısı zədələnmiş mənbədən işlək enerji mənbəyinə keçrilir. Bu məqsədlə avtomatik ehtiyyata qoşma qurğusundan (ARQ – DCŞ) istifadə erilir. DCŞ – nin tətbiqi elektrik enerjisinin verilməsində fasilələri, ehtiyyat qurğuların sayını və gücünü azaltmağa, xidmət heyəti tələb etməyə elektrik qidası yaratmağa imkan verir. DCŞ – si alçaq gərginlik tərəfində (380/220) quraşdırılır.




Download 1,76 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Rabitə müəssisələrinin elektrik təchizatı

Download 1,76 Mb.