• Stabilizatorlar və onların klassifikasiyası
  • Elektron hamarlayici süzgəclər




    Download 1,76 Mb.
    bet10/15
    Sana06.11.2020
    Hajmi1,76 Mb.
    #12322
    1   ...   7   8   9   10   11   12   13   14   15
    Elektron hamarlayici süzgəclər

    Düzləndirici sxemlərdə elektron süzgəcləri geniş istifadə olunur. Burada induktiv dolaqların yerinə tranzistorlar qoşulur. Bu yükün və düzləndiricinin işinə mənfi təsir göstərən kecid proseslərinin təsirinin azalmasına və düzləndiricilərin ölçülərini, kütləsini və dəyərini azaltmağa imkan verir.

    Tranzistor yükə ardıcıl və paralel qoşula bilər. Ardıcıl qoşulma yüksək çıx.ş gərginliyi (300-400V) olan düzləndiricilərdə istifadə edilir. Paralel qoşulma çıxış gərginliyi kiçik (on voltlarla ölçülən) olan düzləndiricilər üçün xarakterikdir.

    Şəkil 1a -tranzistoru yükə ardıcıl qoşulmuş sadə elektron süzgəc verilmişdir. Elektron süzgəcin girişinə RC dövrəsi qoşulmuşdur. Bu dövrənin zaman sabiti ( düzləndirilmiş gərginliyin əsas harmonikasının döyünmə periodundan qat-qat kiçik olmalıdır. termostabilləşdirmə üçündür.



    Əgər yük müqaviməti emitter dövrəsinə qoşularsa (şəkil 1b ) düzləndirici ilə süzgəcin kiçilk çıxış müqaviməti təmin olunur. Belə süzgəc yük cərəyanının dəyişmələrinə az həssas olur. Məhz buna görə emitter təkrarlayıcısı olan belə süzgəc çox geniş yayılmışdır

    Tranzistorun yükə paralel qoşulması düzləndirilmiş gərginliyin kiçik qiymətlərində istifadə edilir (şəkil 1c ). rejimini termostabilliyi təmin edir. Bu sxemin mənfi cəhəti tranzistordan axan düzlənmiş cərəyanın süzgəcin girişindəki düzləndirilmiş gərginlikdən çox asılı olmasıdır. Bu rranzistordakı gərginlik düşküsünü artırır və düzləndiricinin faydalı iş əmsalını aşağı salır.



    Elektron süzgəclərə xas olan mənfi xüsusiyyət ondan ibarətdir ki, girişdəki gərginliyin kiçik dəyişmələri çıxış gərginliyinin mütanasib qiymətlərinə gətirib çıxarır

    Stabilizatorlar və onların klassifikasiyası

    Şəbəkə gərginliyi və tezliyi, ətraf mühitin temperaturu və yük cərəyanı dəyişəndə çıxış gərginliyi dəyişir. Qidalandırma bloklarında çox vaxt çıxış gərginliyini sabit (dəyişməz) səviyyədə saxlamaq tələb olunduğundan düzləndirici və yük arasında süzgəcdən sonra əlavə bir qurğu gərginlik stabilizatoru daxil edilir. Şəkil 1. Şəbəkə gərginıliyinin və ya yük müqavimətinin dəyişdiyi halda yükdəki gərginliyi sabit saxlayan qurgu stabilizator adlanır.

    Bəzi qurğularda gərginliyi yox cərəyanı stabilləşdirmək lazım gəlir (məs.elektromaqnit dövrələri) . Bu cür qurğularda cərəyan stabilizatorları qoyulur. Gərginlik və cərəyan dəyişmələri işlədicinin – elektron qurğusunun işinə mənfi təsir göstərdiyindən stabilizator aramsız və avtomatik işləməlidir. Stabilizatorlar çıxış gərginliyinin dəyişmələrini azaltmaqla yanaşı həm də periodik dəyişmələri, daha doğrusu döyünmələri də azaldır.

    Stabilləşdirilən kəmiyyətə görə gərginlik və cərəyan stabilizatorları mövcuddur. Stabilləşdirmə üsuluna görə stabilizatorlar parametrik və kompensasiyalı stabilizatorlara bölünürlər.

    Parametrik stabilizatorlarda əsas element qeyri – xətti element olan stabilitrondur. Parametrik stabilizatorlarda stabilləşdirmə prinsipi cərəyanın qiymətinin dəyişməsi halında stabilitronların köməyi ilə müəyyən hüdudlar daxilində gərginliyin qiymətini sabit saxlamaqdır.

    Kompensasiyalı stabilizatorlar prinsipcə avtomatik tənzimləyici sistemlərdən ibarətdir. Burada stabilləşdirmə sxemə daxil edilən tənzimləyici elementin (tranzistorun) parametrlərini dəyişməklə aparılır. Stabilləşdirmə dəqiqliyinə görə stabilizatorlar 4 qrupa bölünür

    1) dəqiqliyi kiçik olan-çıxış kəmiyyətinin qeyri-stabilliyi 2,5dən çox

    2) orta dəqiqliyə malik (0,5 – 2,5) ; 3) yüksək dəqiqliyə malik (0,1 – 0,5) ; 4) presizion (0,1 - dən kiçik).

    Stabilizatorları xarakterizə edən əsas parametrləri: Gərginliyi stabilləşdirmə əmsalı; cıxış müqaviməti; gərginlik temperatur əmsalı; faydalı iş əmsalıdır

    Sxemlərin təyinatında asılı olaraq stabilizatorlara aşağıdakı tələblər qoyulur: yüksək f.i.ə., stabilləşdirmə əmsalı, çıxış gərginliyinin minimal döyünməsi, yüksək iş sürəti,temperatur dəyişmələrinə minimal həssaslıq, çixiş gərginliyinin (cərəyanının) səlis tənzim edilə bilməsi, ölçülərinin və kütləsinin minimal olması.


    Download 1,76 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   15




    Download 1,76 Mb.