bir tutumdan ibarət HS
Tutum süzgəcinin iş prinsipi kondensatorun xüsusiyyətinə əsaslanır. Kondensator elektrik cərəyanını cəld yığır , ventildən cərəyan axmadığı halda yavaş- yavaş yük müqavimətinə böşalır.
Diodda olan gərginlik kondensatorda və mənbədə olan gərginliklərin fərqinə bərabərdir, ud=u-UC Bu fərq müsbət olarsa onda diod açılır və C kondensatoru dolur. Belə ki, D diodunun müqaviməti çox kiçik olduğu üçün kondensator u-ya qədər dola bilər. Sonra u-UC olduqda diod bağlıdır və kondensator Ry yavaş- yavaş boşalır. Kondensator o vaxta qədər boşalacaqdır ki, mənbəyin gərginliyi u yenidən UC -dən böyük olsun. Boşalma vaxtı zaman sabitindən asılıdır. Zaman sabiti kondensatorun gərginliyinin hansı vaxtda 2,72 dəfə azaldığını göstərir.
Tutum süzgəcinin hamarlama əmsalı kondensator dövrədən acılanda döyünmə əmsalının kondensator dövrəyə qoşulanda düzləndiricinin çıxışındakı döyünmə əmsalına olan nisbətinə bərabərdir.
Tutumlu süzgəclərdən bir qayda olaraq kiçik güclü düzləndiricilərdə istifadə olunur.
İnduktiv-tutum süzgəcləri
Təcrübədə ən cox Г şəkilli induktiv - tutum süzgəclərindən istifadə olunur. Şək.1. Bu növ süzgəclə döyünməni hamarlamaq üçün kondensator -tutum müqaviməti döyünmənin aşağı tezliyi üçün yük müqavimətindən çox kiçik olmalıdır.
Г şəkilli LC süzgəci П şəkilli CLC süzgəci
Bundan başqa birinci harmonika üçün kondensator -tutum müqaviməti drosselin induktiv müqavimətindən çox kiçik olmalıdır.,
olduğundan, drosselin aktiv müqavimətini nəzərə almasaq və yuxarıdakı şərtləri nəzərə alsaq, Г-şərilli süzgəcin hamarlama əmsalı
- süzgəcin xüsusi tezliyi olduğu üçün hamarlama əmsalını süzgəcin giriş və çıxışındakı məlum döyünmə əmsallarına görə təyin etmək olar. Beləliklə lazım olan induktiv və tutum hasili
П şəkilli CLC süzgəcini iki süzgəcdən barət təsvir etmək olar. Birinci C0 tutumundan, ikinci Г şəkilli LC1 süzgəci .Bu növ süzgəcin hamarlama əmsalı tutum süzgəci və Г şəkilli LC üzgəcinin hamarlama əmsalına bərabərdir
П şəkilli süzgəcdə olanda hamarlama əmsalı öz maksimum qiymətini alır. Böyük qiymətli hamarlama əmsalı almaq üçün çox dövrəli süzgəclərdən istifadə olunur.
Aktiv-tutum (RC) süzgəci
Bəzi hallarda az güclü düzləndiricilərdə RC-süzgəclərindən istifadə edilir.Bu növ süzgəcdə R rezistorunda enerji itgiləri və gərginlik düşgüsünün qiyməti çox olur.Lakin LC-süzgəcinə nəzərən qiyməti və qabariti az olur.
Г şəkilli RC süzgəci П şəkilli CRC süzgəci
RC-süzgəcinin hamarlama əmsalı: bu ifadədə müqvimətləri Om-la və-konden-satorunu mikrofaradla göstərməklə,aşağıdakı hesabat ifadələrini alarıq:
f=50 Hs olanda ; f=400Hs olanda Süzgəcin -müqavimətinin qiyməti onun f.i.ə-nın optimal qiymətindən təyin olunur.Optimal f.i.ənın qiyməti 0,6 olur.η=0.8 olanda Onda süzgəcin girişindəki gərginlik Ugir=
П şəkilli CRC süzgəcini iki süzgəcdən barət təsvir etmək olar. Birinci C0 tutumundan, ikinci Г şəkilli RC1 süzgəci .Bu növ süzgəcin hamarlama əmsalı tutum süzgəci və Г şəkilli RC üzgəcinin hamarlama əmsalına bərabərdir.
Rezonans süzgəci
Bəzi hallarda hamarlamanın keyfiyyətini yaxşılaşdırmaq üçün rezonanas rezonans süzgəclərindən istifadə olunur.
a) paralel rezonans konturlu süzgəc b) ardıcıl rezonans konturlu süzgəci
Şəkildə göstərilən süzgəc adi süzgəclərdən fərqli olaraq,induktivliyə paralel olaraq -tutumu qoşulmuşdur.-tutumunun qiyməti elə seçilir ki,rəqs konturu düzlənmiş gərginliyin birinci harmonikanın tezliyinə köklənir. Birinci harmonika üçün konturun ekvivalent müqaviməti:
burada -drossel dolağının aktiv müqavimətidir.
Düzlənmiş gərginliyin birinci harmonika üçün konturun ekvivalent müqaviməti ən böyük qiymətə malik olur və düzlənmiş gərginliyin dəyişən toplananı konturda tam ayrılır. Bu süzgəcin hamarlama əmsalı:
Adi - Г tipli LC-süzgəclə müqayisədə paralel konturlu rezonans süzgəcinin hamarlama əmsalı 3-4 dəfə çox olur.
b) şəklində ardıcıl rezonans konturlu süzgəc göstərilmişdir. Burada-tutumuna ardıcıl olaraq -drosseli qoşulmuşdur. Drossel dolağının induktivliyi elə seçilir ki, konturu düzlənmiş gərginliyin əsas harmonikanın rezonans tezlıyinə köklənsin.Bu zaman konturun müqaviməti birinci harmonikanın cərəyanı üçün az olur və olur
burada -drosselin polad materialındakı itgiləri nəzərə alan konturun aktiv müqaviməti və -kondensatoru- nun itgiləri nəzərə alan müqavimətdir.
bu növ süzgəcin hamarlama əmsalı: burada -bucaq tezliyi ; - şəbəkə tezliyi m- düzləndiricinin sxemindən asılı olan düzlənmiş gərginliyin əsas harmonikasının tezliyinin şəbəkə tezliyindən neçə dəfə çox olduğunu göstərən əmsaldır.
Rezonans süzgəcinin mənfi xüsusiyyəti ondan ibarətdir ki, onun effektivliyi ancaq bir rezonans tezliyi üçündür. Rezonans tezliyindən fərqlənən başqa tezliklər üçün konturun müqaviməti daha az olur və hamarlama keyfiyyəti aşağı düşür. Bundan başqa cərəyanın qiyməti dəyişən zaman süzgəc kökdən düşür.
|