• Tezlik-impulslu sabit gərginlik ceviricisi
  • Veriliş sistemlərinin məsafədən qidalandırılması
  • Geniş impulslu çeviricilər




    Download 1,76 Mb.
    bet12/15
    Sana06.11.2020
    Hajmi1,76 Mb.
    #12322
    1   ...   7   8   9   10   11   12   13   14   15

    Geniş impulslu çeviricilər. Bu çeviricilərin aşağıdakı sxemləri geniı tətbiq edilir.

    1. sxemində impuls çeviriciyə V1 açar cihazının qoşulma sxemi göstərilmişdir. Şəkil b)- də aktiv yüklü və LC süzgəcli sxem göstərilmişdir

    V1 tristorunun açıq vəziyyətində müqaviməti və C kondensatoru mənbəyə L induktivliyi vasitəsilə qoşulur. V1 tristoru bağlı olanda L sarğacındakı öz-özünə induksiya e.h.q- nin hesabına V2 diodundan cərəyan axır.

    c) sxemində açar cihazının paralel qoşulması göstərilmişdir. V1 tristoru açıq olanda mənbəyin gərginliyi L sarğacına toplanır, C kondensatoru yükə boşalır, V2 diodu bağlanır. V1 tristoru açılanda L sarğacına toplanan enerji yükə daxil olur və eyni zamanda C kondensatoru dolur. d) – dəki geniş impulslu çeviricidə çıxış gərginliyi giriş gərginliyinin yuxarı və aşağı qiymətlərində idarə edilir. V1 tristoru açıq olanda L sarğacından cərəyan axır və onda enerji toplanır, V2 diodu bağlıdır, C kondensatoru yükə boşalır və yükdən cərəyan axır.



    Tezlik-impulslu sabit gərginlik ceviricisi

    Tezlik – impuls çeviricilərinin aşağıdakı sxemlərindən geniş istifadə edilir.

    Hər iki sxemdə kondensatorun boşalması nəticəsində yükə ötürülən enerji tənzimlənir. a - sxemində yükə enerji həm kondensatorun boşalma cərəyanı, həm də kondensatoru yükləyən mənbəyin cərəyanı tərəfindən ötürülür. b – sxemində V1 və V2 tristorlarının açıq vəziyyətində C kondensatoru yüklənir. Kondensatorun gərginliyi mənbəyin gərginliyinə bərabər olanda ( V1 və V3 tristorları bağlanır, V5 diodu dövrəyə qoşulur. Bu zaman diodun anodunda yükdə yaranan öz – özünə e.h.q – si hesabına müsbət potensial əmələ gəlir. Bütün tristorlar bağlı olan halda yükdə cərəyan induktivlikdə yığılan enerjinin hesabına axır. V2 və V4 tristorları açılanda kondensator əks qütblə U gərginliyinə qədər yüklənir.

    Yükə verilən güc tezlikdən asılı olur. Deməli idarəedici siqnalın tezliyini dəyişməklə yükdəki gücü tənzim etmək olar.

    .Veriliş sistemlərinin məsafədən qidalandırılması



    Çoxkanallı kabel magistralında iki tip gücləndirici məntəqə xidmət olunan (XOGM) və xidmət olunmayan gücləndirici məntəqələrdən (XGM) istifadə olunur. Xidmət olunan EQQ-yə malik gücləndirici məntəqələr xidmət olunan və ya pegenerasiya məntəqəsi adlanır. Xidmət olunmayan gücləndirici məntəqədə pegenerasiya məntəqəsi xüsusi EQQ-yə malik olmadıgından xidmət olunmayan gücləndirici məntəqələr üzərinə yerləşdirilmiş elektrik qida mənbəyindən enerji alır. Xidmət olunmayan gücləndirici məntəqənin avadanlığının elektrik qidalandırılması məsafədən qidalandırma üsulu (MQ) adlanır. İki qonşu xidmət olunmayan gücləndirici məntəqələr arasındakı magistral sahəsi məsafədən qidalandırma seksiyası adlanır. Çoxkanallı veriliş sistemləri məsafədən qidalandırmanı həm sabit həm də dəyişən cərəyanla həyata keçirə bilər. Sabit cərəyanla məsafədən qidalandırmada telefon kanallarına olan təsir tamamilə aradan qaldırılır. Sabit cərəyanla məsafədən qidalandırma daha geniş yayılmışdır. Sənaye tezlikli dəyişən cərəyanla məsafədən qidalandırma yalnız işlək koaksial kabel magistrallarında tətbiq edilir. Sabit cərəyanla məsafədən qidalandırmanın tətbiqi zamanı elektrik enerjisi iki üsulla istifadə olunur: "naqil-naqil" sxemi və "naqil-torpaq" sxemi. Birinci üsulda dövrədə əks əlaqə naqili kimi süni dördlüyün qonşu cütlərindən istifadə edilir. İkinci halda isə əks əlaqə naqili kimi torpaqlanma naqilindən istifadə olunur. "naqil-naqil"üsulu "naqil-torpaq" üsuluna nəzərən xarici təsirlərdən ( burulğan cərəyanlar, elektrik ötürücü xətləri, elektrikləşdirilmiş dəmir yolları və s.) daha yaxşı qorunur. Yarımkeçirici cihazlar və ya mikrosxemlər üzərində yığılmış coxkanallı veriliş sistemlərinin avadanlığı qida gərginliyinin stabilliyinə kifayət qədər sərt tələblər irəli sürür. Xidmət olunan gücləndirici məntəqədə (XOGM) qida gərginliyinin stabilləşdirilməsi məsələsi məsafədən qidalandırma kompleksləri (MQK) vasitəsilə həyata keçirilir. Məsafədən qidalandırma komplekslər isə dövrəyə öz aralarında ardıcıl üsulla qoşulurlar. Məsafədən qidalandırma dövrəsi xidmət olunmayan gücləndirici məntəqə üzərində quraşdırılmış məsafədən qidalandırma qurğuları məsafədən qidalandırma kompleksləri (MQK) vasitəsilə qidalanır. Bu məsafədən qidalandırma komplekslər (MQK) ya məsafədən qidalandırma xəttinə verilən gərginliyi, ya da məsafədən qidalandırma cərəyanını stabilləşdirir. Məsafədən qidalandırma kompleksləri (MQK) özləri isə xidmət olunmayan gücləndirici məntəqələrdən (XGM) elektrik qida qurgularına (EQQ) qoşulur.

    Aşağıdakı şəkildə məsafədən qidalandırmanın düzünə -əksinə naqilinə ardıcıl qoşulmuş məsafədən qidalandırma kompleksli (MQK) yarımseksiyalı MQ-nin struktur sxemi verilmişdir. Düzünə (əksinə) naqilin Ry müqaviməti iki qonşu xidmət olunan gücləndirici məntəqə (XOGM) arasındakı MQ xəttinin müqavimətidir. Rabitə sisteminin tərkibinə daxil olan sonuncu avadanlığının elektrik qidalandırılması ikinci növ stabilləşdirici elektrik qidalanması mənbəyindən (İNEQ) həyata keçrilir.

    Download 1,76 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   15




    Download 1,76 Mb.