|
3. Bipolyar tranzistorlar
|
bet | 3/5 | Sana | 30.11.2023 | Hajmi | 480,5 Kb. | | #108797 |
Bog'liq 3.Bipolyar tranzistorÜmumi emitterli sxem. ÜE sxemi xarakterizə edən əsas parametrləri alaq. Qoşulma sxemindən göründüyü kimi emitter cərəyanı kollektor və baza cərəyanlarının cəminə bərabər olur:
. (3.5)
1. Cərəyan üzrə ötürmə əmsalı :
. (3.6)
Bu ifadənin surət və məxrəcini emitter cərəyanın bölərək alırıq:
. (3.7)
(3.7) ifadəsindən görünür ki, vıhidə çox yaxın kəmiyyət olduğu üçün, ÜE sxemdə cərəyan üzrə güclənmə kifayət qədər böyükdür və onlarla- yüzlərlə vahid təşkil edir.
2. Giriş müqaviməti:
. (3.8)
Bu ifadənin surət və məxrəcini emitter cərəyanın bölərək alırıq:
. (3.9)
(3.9) ifadəsindən belə bir nəticəyə gəlmək olar ki, , yəni giriş müqavimətinə görə ÜE sxemdən istifadə etmək ÜB sxemdən daha məqsədəuyğundur. ÜE sxem üçün giriş müqaviməti bir neçə yüz omdan bir neçə kilooma qədər təşkil edir.
3. Gərginlik üzrə ötürmə əmsalı :
. (3.10)
(3.10)- da (3.9) ifadəsini nəzərə alsaq:
. (3.11)
Yəni, ÜE sxemin gərginlik üzrə güclənmə əmsalı ÜB sxemdə olduğu kimidir və onlarla və yüzlərlə vahid təşkil edə bilər.
4. Güc üzrə ötürmə əmsalı:
. (3.12)
Göründüyü kimi bu parametr ÜB sxemdə olduğundan çox böyükdür (yüzlərlə və on minlərlə vahid).
Ümumi kollektorlu sxem. ÜK sxemi xarakterizə edən əsas parametrləri alaq.
1. Cərəyan üzrə ötürmə əmsalı :
. (3.13)
Bu ifadənin surət və məxrəcini emitter cərəyanın bölərək alırıq:
. (3.14)
Yəni, həm ÜK həm də ÜE sxemlərdə cərəyan üzrə ötürmə əmsalları demək olar ki eynidir: .
2. Giriş müqaviməti:
. (3.15)
Nəzərə almaq lazımdır ki, ÜK sxemdə giriş gərginliyi baza- emitter gərginliyi ilə ( ) çıxış gərginliyinin ( ) cəminə bərabərdir. (3.15) ifadəsinin surət və məxrəcini emitter cərəyanına bölək:
(3.16)
(3.16)- dan görünür ki, ÜK sxemdə giriş müqaviməti əvvəl baxılan sxemlərdə olduğundan böyükdür (onlarla və yüzlərlə kOm).
3. Gərginlik üzrə ötürmə əmsalı :
. (3.17)
(3.14) və (3.16) ifadələrini nəzərə alsaq:
. (3.18)
çox kiçik olduğundan hesab etmək olar. Yəni ÜK sxem gərginlik üzrə güclənmə vermir.
4. Güc üzrə ötürmə əmsalı:
. (3.19)
Praktikada bu parametr onlarla- yüzlərlə vahid təşkil edir.
ÜK sxemdə yükün emitter dövrəsinə qoşulduğu və çıxış gərginliyinin qiymət və fazasının giriş gərginlinə bərabər olduğu üçün belə sxem emitter təkrərlayıcısı da adlanır. Böyük giriş müqaviməti olduğundan ÜK sxem giriş güclənmə kaskadı kimi istifadə olunur.
ÜE sxem həm gərginlik, həm də cərəyana görə güclənmə verdiyi üçün praktikada daha geniş istifadə olunur.
ÜB sxem nisbətən az güclənmə verməsinə və az giriş müqaviməti olmasına baxmayaraq, daha yaxşı temperatur xaassələrinə malikdir.
|
| |