|
Bipolyar tranzistorun iş rejimləri
|
bet | 4/5 | Sana | 30.11.2023 | Hajmi | 480,5 Kb. | | #108797 |
Bog'liq 3.Bipolyar tranzistor3.3. Bipolyar tranzistorun iş rejimləri
Bipolyar tranzistorun 4 iş rejimi mövcuddur: aktiv (normal) rejim, invers rejim, doyma rejimi və ayırma (kəsilmə) rejimi. Bu rejimlərdə iş zamanı tranzistorun keçidləri aşağıdakı kimi qoşulur:
– aktiv rejimdə emitter keçidi düz, kollektor keçidi əks istiqamətdə qoşulur. Bu zaman n–p–n tipli birolyar tranzistorda elektronların emitterdən bazaya injeksiyası, bazada diffuziya və dreyf nəticəsində daşınması və kollektor keçidinin sahəsinin təsirilə kollektora ekstraksiyası baş verir ki, bu hadisələr aktiv rejimdə bipolyar tranzistorun işinin əsasını təşkil edir. p–n–p tipli tranzistorlarda isə eyni proseslər deşiklərlə baş verir. Göründüyü kimi, çıxış cərəyanı giriş cərəyanı ilə idarə olunur. Bu isə elektron sxemlərində bipolyar tranzistordan aktiv element kimi istifadə etməyə imkan verir.
–invers rejimdə aktiv rejimin əksinə - emitter keçidi əks, kollektor keçidi düz istiqamətdə qoşulur. Bu halda emitter və kollektor keçidləri aktiv rejimə nəzərən funksiyalarını dəyişir: kollektor əsas yükdaşıyıcıların injeksiyasını, emitter isə onların ekstraksiyasını həyata keçirir.
–doyma rejimində hər iki keçid düz istiqamətdə qoşulur;
–ayırma rejimində hər iki keçid əks istiqamətdə qoşulur.
Gücləndirici sxemlərdə tranzistor aktiv rejimdə işləyir. İmpuls sxemlərində, o cümlədən elektron açar sxemlərində tranzistor doyma və ayırma rejimlərində, məntiq sxemlərində (rəqəmsal inteqral sxemləri) isə invers rejimdə də işləyir.
3.4. Bipolyar tranzistorların statik xarakteristikaları
Tranzistorların dörd növ xarakteristikalar ailəsi var:
Giriş xarakteristikaları: Uçıx =const olduqda İgir =f(Ugir);
Çıxış xarakteristikaları: Ugir =const olduqda İçıx =f(Uçıx);
Ötürmə və ya idarəetmə xarakteristikası: Ugir. =const olduqda İçıx=f(İgir);
Əks əlaqə xarakteristikası: İgir =const olduqda Ugir=f(Uçıx).
Praktikada daha geniş istifadə olunan qoşulma sxemı ümumi emitterli qoşulma sxemidir. Ona görə da bu sxemin xarkteristikalarının daha ətraflı araşdıraq. ÜE sxemda girişin baza- emitter keçidi, çıxışın ise kollektor- emitter kesidi olduğunu nəzərə alaraq tranzistorun xarakteristikalar ailəsini aşağıdakı kimi yazmaq olar (şək.3.4.1):
Giriş xarakteristikaları: Uke =const olduqda İb =f(Ube);
Çıxış xarakteristikaları: Ueb =const olduqda İk =f(Uke);
Ötürmə və ya idarəetmə xarakteristikası: Ube =const olduqda İk=f(İb);
Əks əlaqə xarakteristikası: İb =const olduqda Ube=f(Uke).
|
| |