|
Təsərrüfat uçotu haqqinda anlayiş, onun inkişafı və bazar iqdisadiyyatı şəraitində mahiyyəti və əhəmiyyati
|
bet | 3/27 | Sana | 24.03.2017 | Hajmi | 0,52 Mb. | | #1586 |
EXW ( Franko zavod Ex – Works ) şərti. Bu şərtə görə satıcı öz müessisesində əmtəəni alıcıya təhvil verərək öz öhtəliyini yerinə yetirmiş olur.
FCA ( Franko – yük daşıyan ) şərti. Bu şərtə görə satıcı əmtəəni daşıma üçün gömrük rüsumlarını ödədikdən sonra razılaşdırılan məntəqədə yük daşıyana təhvil verir və öz öhtəliyini yerinə yetirmış olur.
FAS ( free alongside ship ) şərti. Bu şərtə görə satıcı əmtəəni limanda gəmi boyunca yerləşdirməlidir. Bu andan sonra satıcı öz öhtəliyini yerinə yetirmiş olur.
FOB ( free on board ) şərti. Bu şərtə görə satıcı limanda əmtəə daşıyan gəmini boşaltmağa təhvil verdiyi andan öz öhtəliyini yerinə yetirmiş hesab edir.
CFR ( cost and freight ) şərtinə görə sarıcı göstərilən təyinat limanına əmtəənin təchizatı üçün lazım olan məsrəfləri və fraxtı ödəməlidir.
CİF ( insurance , freight ) şərti CFR şərtində verilən öhtəlikləri və daşınma zamanı əmtəənin zədələnmələrdən və ya zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir.
CPT ( carriage paid to ) şərtinə görə satıcı göstərilən təyinat terinə qədər əmtəəni daşəmağa görə fraxt ödəyir. Əmtəənin yük daşıyana təhvil verildikdən sənra xərclərin istənilən artımı ilə bağlı risklərə görə öhtəlik satıcıdan alıcıya keçir.
DEQ ( delivered ex quality ) şərtinə görə liman körpüsündə təchizat şərtinə görə satıcı razılaşdırılmış təyinat limanının körpüsündə daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş əmtəələrin alıcıya təhvil verdiyi andan təchizat üzrə özünün öhtəliyini yerinə yetirilmiş hesab edir.
Qiymətləndirmə fəaliyyətində 3 yanaşma mövcuddur.
-
xərc ( məsrəf ) yanaşması
-
müqayisə yanaşması
-
gəlir yanaşması
Qiymətləndiricilərin əksər hissəsinin fikrincə NV-nin qiymətləndirilməsi zamanı elə bu 3 klassik yanaşma metodundan istifadə edilir.
Qiymətləndirmə yanaşmaları sırasında xərc (məsrəf) yanaşması mühüm əhəmiyyətə malikdir. Bu yanaşmadan obyektlərin sığorta, vergitutma məqsədləri üçün qiymətləndirilməsi, habelə ixtisaslaşdırılmış obyektlərin, yeni və uzun müddət aparılan tikililərin qiymətləndirilməsi, torpaqdan istifadənin ən yaxşı və ən səmərəli variantlarının müəyyənləşdirilməsi, bina və qurğuların dəyərinin torpağın dəyərindən ayrı hesablanması tələb olunan hallarda, eləcə də passiv əmlak bazarı zamanı istifadə olunur. Xərc yanaşmasının çatışmazlığı ondan ibarətdir ki, heç də bütün xərclər cari vaxt anlarında qiymətdə ifadə edilmir. Keçmiş sovetlər ittifaqında o , cümlədən Azərbaycan Respublikasında bazar islahatlarına qədər bütün qiymətlər ancaq xərc yanaşması metodu ilə müəyyənləşdirilirdi. Dəyərin xərc yanaşması metodu ilə qiymətləndirilməsi zamanı , bazar dəyəri ilk növbədə onun istehsalına və reallaşdırılmasına çekilən xərclərlə müəyyən edilir. Başqa sözlə , qiymətləndirilən NV-nin dəyəri kimi onun istehsalına və satışına çekilən xərclər qəbul edilir. ANV seriyalarla istehsal olunduğundan əksər hallarda xərc yanaşması əlverişsizdir. Dəyərə həmçinin ANV-nin keyfiyyeti , yararlılığı və rəqabət qabiliyyətliliyi də təsir edir. Elə hallar olur ki , xərc yanaşması metodunun tətbiqi nəinki özünü doğruldur , hətta yeganə metod sayılır. ANV –nə YNH və digər səbələr nəticəsində dəyən zərərin qiymətləndirilməsi , onların təmirinin dəyərinin və ya istismar prosesində nəqliyyat vasitəsinin konstruksiyasında edilən dəyişikliklərin dəyərinin qiymətləndirilməsində xərc yanaşması metodundan istifadə daha məqsədəuyğundur
Qiymətləndirmə fəaliyyətində müqayisə yanaşmasının özünəməxsus rolu və yeri vardır. Bəzən bu yanaşmaya «bazar satışlarının müqayisəsi» və yaxud da, «müqayisəli yanaşma» da deyirlər. Müqayisə yanaşması normal bazar şəraitində oxşar obyektlər haqqındakı sövdələşmələrə və satışa aid məlumatlara istinad edərək, qiymətləndirmə obyektinin dəyərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsinə müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış alqı-satqı əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Yəni satışların müqayisə olunması yolu ilə qiymətləndirmə zamanı qiymətləndirilən obyektlə müqayisə oluna bilən analoji obyektlərin satışları barədə məlumatlardan istifadə edilir. Qiymətləndirmə obyektinin satışları barədə bazar məlumatları qiymətləndirilən obyektin analoji obyektlərdən fərqli xüsusiyyətlərini dəqiq müəyyən etməyə və nəzərdən keçirilən obyektin bazar dəyərini qiymətləndirməyə imkan verir. Müqayisə yanaşması hər bir qiymətləndirmə obyektinin dəyərinin onun qiymətləndirilməsi tarixinə qədər dövriyyədə olan (bu zaman yalnız bazar dövriyyəsi nəzərdə tutulur) müvafiq analoji obyektlərin kəmiyyət və keyfiyyətlərini, onların mühüm fiziki və iqtisadi xassələrini, aparıcı dəyər amillərini özündə əks etdirən göstəricilərə əsasən müəyyən edilməsi deməkdir. Müqayisə yanaşması metodu inkişaf etmiş təkrar bazarı olan nəqliyyat vasitələri , maşın və avadanlıqların dəyərinin qiymətləndirilməsi zamanı daha çox istifadə edilir. Bu metod NV-nin cari vəziyyətdə qiymətini adekvat əks etdirən bazar qiymətinə əsaslanır. Onun əsas prinsipi aşağıdakı ardıcıllıqla müqyisə etməkdir :
-
təkrar bazarda satılan analoqu ilə ;
-
eyni analoqu olmadığına görə təshihedici düzəlişlər aparmaqla təkrar bazarda satılan təxmini analoqu ilə ;
-
təkrar bazarı olmadıqda aşınmaya görə düzəlişlər aparmaqla təzə analoji NV ilə
Müqayisə metodu qiymətləndirilən NV-ni oxşar və ya analoji NV ilə müqayisə etməklə dəyərinin kəmiyyətini müəyyənləşdirir. ANV –nə müqayisə yanaşmasının tətbiqi zamanı əsas məsələ müqayisə obyektinin düzgün seçilməsidir. Qiymətləndirmənin aparilması üçün seçilən ANV-nin qiyməti və həmçinin texniki istismar xarakteristikaları haqqında informasiya tələb olunur. Hal – hazırda ANV –nin qiyməti haqqında daha çox informasiya mənbələrini avtomobil zavodlarından , qəzet və jurnallarda çap olunan qiymət cədvəllərindən və internet saytlarından əldə etmək olar. Xüsusi olaraq nəzərə çatdırmaq lazım gəlir ki, həm dünya miqyaslı qloballaşma və həm də bazar münasibətlərinin genişlənməsi, habelə ölkəmizdə iqtisadi demokratiyaya, müstəqil intellektual sahibkarlıq fəaliyyətinə geniş meydan verilməsi əmlak bazarında da sistemli yanaşmaların istifadəsinə üstün şərait yaradır. Qiymətləndirmənin gəlir yanaşması isə bu tələblərin tam təmin edilməsi baxımından daha önəmlidir. Çünki müasir qiymətləndirmə təcrübəsində qiymətləndirmə obyektinin dəyəri onun sahibkarına fayda gətirmək xassəsi ilə müəyyənləşdirilir. Deməli, gəlirlilik mövqeyindən yanaşma, bir qayda olaraq, gəlir gətirən əmlakın qiymətləndirilməsi prosesində tətbiq olunur. Bu zaman aparılan iqtisadi təhlilin və ya gəlirin təhlilinin əsas məqsədi qiymətləndirmə obyektindən gözlənilən faktiki mənfəətin müəyyənləşdirilməsindən ibarətdir. Gəlir yanaşması həmin obyektdən gəlirlərin proqnozlaşdırılması və kapitallaşdırılmasının nəzərə alınması ilə şərtlənir. Gəlir yanaşması qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanmaqla, obeyktin qiymətləndirilməsi üzrə mövcud olan metodların məcmusunu özündə əks etdirir. Bəzi hallarda ANV –nin qiymətləndirilməsi zamanı glir yanaşmasından istifadə edilir. Ancaq nadir , xüsusi təyinatlı nəqlyyat vasitələrinin qiymətləndirilməsi zamanı , qiymətləndirilən ANV sahibinə gəlir gətirdiyi halda xərc və gəlir yanaşması metodları ilə birlikdə gəlir yanaşma metodundan istifadə etmək mümkündür. Anv-nə dəyən zərərin qiymətləndirilməsində gəlir yanaşmasını tətbiq etdikdə NV –yə əmtəə kimi dəyən zərərdən başqa onun sahibinin təmir və ya bərpa dövründə itirdiyi gəlirinəzərə almaq lazımdır. Gəlir yanaşması özündə aşağıdakı metodları birləşdirir :
-
Pul axınlarının diskontlaşdırılması metodu - NV – nin cari dəyəri proqnozlaşdırılan dövrdə ondan istifadı etməklə gələcək gəlir və proqnozlaşdırılan dövrdən sonra onun satılmasından əldə edilən mədaxillər kimi hesablanır.
-
Gəlirin birbaşa kapitallaşdırılması metodu - bu metod ANV – nin gıtirdiyi gəlirin qiymətləndirilməsi vı qiymətləndirmə anında onun dəyərinin kapitallaşdırılmasını nəzərdə tutur.
-
Bərabər səmərəli funksional analoq metodu - bu metod xalis gəliri hesablamadan , qiymətləndirmə obyektinin köməyilə qiyməti məlum olmayan aralıq işləri yerinə yetirməklə dəyərin qiymətləndirilməsinə imkan verir.
ZƏDƏLƏNMİŞ AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.
ANV – nə o , cümlədən yol qurğularına , ətraf mühitə və digər hərəkət iştirakçılarına dəyən zərər yol – nəqliyyat hadisələri nəticəsindəbaş verir. Yol – nəqliyyat hadisələri müxtəlif əlamətlərə görə qruplaşdırılır :
-
başvermə mexanizminə görə
-
nəticənin ağırlığına görə
-
başvermə yerinə görə və s.
Başvermə mexanizminə görə yol – nəqliyyat hadisələri aşağıdakı qruplara ayrılır :
-
sərnişinlərin yıxılması
-
mal-qaranın vurulması
-
dayanmış NV-nin vurulması
-
piyadaların vurulması
-
NV-nin toqquşması
-
NV-nin aşması və s.
Nəticənin ağırlıgına görə YNH-i aşağıdakı qruplara ayrılır :
-
maddı zərərlə nəticələnən
-
insanların yaralanması ilə nəticələnən
-
ölümlə nəticələnən
Başvermə yerinə görə YNH – i aşağıdakı qruplara ayrılır :
-
ümumdövlət əhəmiyyətli yollarda
-
ölkə və vilayət mərkəzlərində
-
digər şəhərlərdə
-
rayon , qəsəbə , kənd əhəmiyyətli yollarda və s.
YNH – si baş verdikdən sonra dıyın zərərin qiymətləndirilməsi məqsədilə aşağıdakı amillərə xüsusi diqqet yetirilməlidir :
-
deformasiyaların ölçüləri
-
NV – nin zədələnən yerləri
-
NV – nin kostruktiv və istismar xüsusiyyətlərində baş verən dəyişikliklər
Qəzaların , zədələrin və xəsarətlərin sayı aşağıdakı əsas amillərlə düz mütənasibdir :
-
şəhərdəki NV – nin sayı
-
şəhər əhalisinin sayı
-
yolların , yol avadanlıqlarının vəziyyəti
-
NV – dən istifadə əmsalı
-
NV – nin texniki vəziyyəti
YNH –nin səbəbi 2 qrupa bölünür :
-
Subyektiv - sürücü , piyada , sərnişinlər
-
Obyektiv - yolun vəziyyəti , NV-nin texniki vəziyyəti , atmosfer şəraiti və s.
2009 –cu ildə Respublikada qeydə alınmış yol-nəqliyyat hadisələri.
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır.
Hesabat dövrü ərzində Respublika ərazisində 2792 YNH-si qeydə alınmış, nəticədə 930 nəfər həlak olmuş, 3044 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 178 (5,9%), 122 (11,6%) və 188 (5,8%) azalmışdır.
DİN BDYPİ Yol Patrul Xidməti Alayının xidmət ərazisində hesabat dövründə 488 YNH-i qeydə alınmış, nəticədə 240 nəfər həlak olmuş, 544 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 122 (20%), 101 (19,6%) və 172 (24%) azalmışdır.
Bakı şəhəri ərazisində 1159 YNH-si qeydə alınmış və bunların nəticəsində 325 nəfər həlak olmuş, 1241 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin həlak olanların və yaralananların sayı uyğun olaraq 233 (16,7%), 27(7,7%) və 293 (19,1%) azalmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,6%-ni (1106), Bakıda isə 51,9 %-ni (602) piyadaların vurulması təşkil etmiş, nəticədə 349 piyada həlak olmuş, 837-i yaralanmışdır. Ötən illə müqayisədə bu kimi YNH-nin sayı respublika üzrə 2,3 % (28), Bakı şəhəri üzrə 7,6 % (56) azalmışdır. 151 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olmuş, 221 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 930 nəfərdən 728-i kişilər, 202-i qadınlar, xəsarət almış 3044 nəfərdən isə 2300-ni kişilər, 744-nü qadınlar təşkil etmişlər.
2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin yaranlanması ilə nəticələnmiş 90 YNH-si bağlı qalmışdır
Yol - nəqliyyat hadisələri
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
2008
|
Yol-nəqliyyatı hadisələrinin sayı
|
1 987
|
1 985
|
2 196
|
2 311
|
2 388
|
3 179
|
3 197
|
3 104
|
2 970
|
Ərazi üzrə
|
|
|
|
|
|
|
|
|
|
Avtomagistral yollarda
|
582
|
975
|
741
|
837
|
868
|
1 035
|
712
|
645
|
644
|
Yaşayış məntəqələrində
|
1 405
|
1 010
|
1 455
|
1 474
|
1 520
|
2 144
|
2 485
|
2459
|
2 326
|
Yaşayış məntəqələrinin hüdudlarından kənarda
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
1
|
Aylar üzrə
|
|
|
|
|
|
|
|
|
|
Yanvar
|
128
|
141
|
141
|
146
|
135
|
194
|
208
|
192
|
146
|
Fevral
|
130
|
124
|
116
|
138
|
130
|
141
|
139
|
158
|
142
|
Mart
|
124
|
122
|
128
|
133
|
136
|
159
|
164
|
201
|
205
|
Aprel
|
128
|
119
|
135
|
114
|
156
|
200
|
232
|
219
|
207
|
May
|
163
|
153
|
153
|
137
|
159
|
231
|
207
|
219
|
234
|
İyun
|
169
|
178
|
161
|
191
|
183
|
256
|
305
|
273
|
272
|
İyul
|
185
|
179
|
221
|
216
|
226
|
267
|
295
|
281
|
298
|
Avqust
|
201
|
194
|
217
|
223
|
256
|
284
|
364
|
306
|
297
|
Sentyabr
|
184
|
189
|
194
|
263
|
250
|
325
|
266
|
266
|
191
|
Oktyabr
|
205
|
207
|
227
|
253
|
241
|
326
|
330
|
349
|
333
|
Noyabr
|
189
|
199
|
236
|
237
|
265
|
373
|
328
|
293
|
332
|
Dekabr
|
181
|
180
|
267
|
260
|
251
|
423
|
359
|
347
|
313
|
Həftənin günlərinə görə
|
|
|
|
|
|
|
|
|
|
Bazar ertəsi - Cümə axşamı
|
1 087
|
1 113
|
1 249
|
1 287
|
1 322
|
1 765
|
1 738
|
1 751
|
1 613
|
Cümə
|
274
|
287
|
322
|
300
|
359
|
473
|
440
|
431
|
440
|
Şənbə
|
323
|
268
|
308
|
347
|
349
|
465
|
513
|
432
|
468
|
Bazar
|
303
|
317
|
317
|
383
|
358
|
476
|
506
|
490
|
449
|
İşıq şəraitinə görə
|
|
|
|
|
|
|
|
|
|
Gündüz vaxtı
|
882
|
881
|
942
|
1 006
|
1 025
|
1 365
|
1 315
|
1 242
|
1 267
|
Toran vaxtı
|
402
|
339
|
388
|
375
|
434
|
522
|
575
|
560
|
529
|
Gecə vaxtı
|
703
|
765
|
866
|
930
|
929
|
1 292
|
1 307
|
1 302
|
1 174
|
Yol örtüyünün vəziyyətinə görə
|
|
|
|
|
|
|
|
|
|
Quru yol örtüyü
|
1 758
|
1 804
|
1 928
|
2 020
|
2 157
|
2 852
|
2 729
|
2 750
|
2 663
|
Digər (yaş,buz və s)
|
229
|
181
|
268
|
291
|
231
|
327
|
468
|
354
|
307
|
Tiplər üzrə yol-nəqliyyat hadisələri - cəmi
|
1 987
|
1 985
|
2 196
|
2 311
|
2 388
|
3 179
|
3 197
|
3 104
|
2970
|
Nəqliyyat vasitələri və piyadaların
|
|
|
|
|
|
|
|
|
|
iştirakı ilə
|
1 038
|
1 014
|
1 098
|
1 145
|
1 097
|
1 467
|
1 403
|
1 344
|
1242
|
Bir nəqliyyat vasitəsinin iştrakı ilə
|
356
|
363
|
401
|
401
|
428
|
618
|
624
|
622
|
614
|
Bir neçə nəqliyyat vasitələrinin
|
|
|
|
|
|
|
|
|
|
iştrakı ilə
|
593
|
608
|
697
|
765
|
863
|
1 094
|
1 170
|
1 138
|
1114
|
arxadan vurulma və toqquşmalar
|
87
|
86
|
96
|
85
|
106
|
151
|
146
|
161
|
159
|
yolların kəsişdiyi yerdə
|
143
|
128
|
121
|
131
|
133
|
201
|
186
|
185
|
191
|
qarşıdan toqquşmalar
|
316
|
350
|
433
|
513
|
563
|
684
|
772
|
725
|
694
|
Yol- nəqliyyat hadisələrində həlak
|
|
|
|
|
|
|
|
|
|
olanların sayı
|
596
|
559
|
642
|
724
|
811
|
1 065
|
1 027
|
1 107
|
1052
|
o cümlədən yaş qrupları üzrə:
|
|
|
|
|
|
|
|
|
|
9 yaşdan kiçik
|
41
|
48
|
58
|
58
|
53
|
55
|
32
|
32
|
49
|
10-14 yaşında
|
31
|
28
|
31
|
31
|
35
|
49
|
36
|
26
|
36
|
15-17 yaşında
|
10
|
16
|
22
|
22
|
18
|
24
|
19
|
34
|
30
|
18-20 yaşında
|
19
|
23
|
17
|
18
|
21
|
45
|
44
|
28
|
42
|
21-24 yaşında
|
34
|
29
|
40
|
64
|
56
|
88
|
98
|
110
|
93
|
25-64 yaşında
|
424
|
340
|
409
|
451
|
540
|
668
|
662
|
738
|
693
|
65 və çox
|
37
|
75
|
65
|
80
|
88
|
136
|
112
|
109
|
109
|
Yaralananların sayı
|
2 199
|
2 228
|
2 486
|
2 691
|
2 766
|
3 668
|
3 606
|
3 432
|
3232
|
o cümlədən yaş qrupları üzrə:
|
|
|
|
|
|
|
|
|
|
9 yaşdan kiçik
|
152
|
139
|
148
|
125
|
106
|
140
|
77
|
86
|
143
|
10-14 yaşında
|
107
|
130
|
104
|
127
|
125
|
157
|
154
|
139
|
124
|
15-17 yaşında
|
76
|
73
|
87
|
110
|
97
|
139
|
146
|
137
|
105
|
18-20 yaşında
|
81
|
100
|
155
|
138
|
147
|
214
|
221
|
185
|
196
|
21-24 yaşında
|
159
|
221
|
277
|
249
|
321
|
453
|
440
|
387
|
378
|
25-64 yaşında
|
1 510
|
1 467
|
1 595
|
1 826
|
1 836
|
2 388
|
2 349
|
2 295
|
2144
|
65 və çox
|
114
|
98
|
120
|
116
|
134
|
177
|
183
|
148
|
142
|
|
© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
|
| |