• 20.2. Çökən qruntlar 20.2.1.
  •  Calaqların kompensasiya qabiliyyəti hesabatla təyin edilmiş çevik calaq birləşmələrinin tətbiqi ilə təmin edilməlidir. 20.1.11




    Download 1.74 Mb.
    bet397/404
    Sana24.03.2017
    Hajmi1.74 Mb.
    #2065
    1   ...   393   394   395   396   397   398   399   400   ...   404
    20.1.10. Calaqların kompensasiya qabiliyyəti hesabatla təyin edilmiş çevik calaq birləşmələrinin tətbiqi ilə təmin edilməlidir.

    20.1.11. Basqılı boru kəmərlərinin layihələndirilməsi TNvəQ 2.04.02-nin göstərişlərinə əsasən aparılmalıdır.

    20.1.12. Kollektorların sulu qruntlarda (qayalıq, yarım qayalıq və iri sınmış qayalıq qruntlar istisna olmaqla), nəmliyindən asılı olmayaraq tökmə torpaqlarda, həmçinin tektonik pozulma izləri olan qruntlarda çəkilməsinə yol verilmir.

    20.2. Çökən qruntlar

    20.2.1. Çökən, duzlu və şişən qruntlarda inşa ediləcək kanalizasiya sistemləri TNvəQ 2.04.02-nin göstərişləri nəzərə alınmaqla TN və Q 2.01.09-a əsasən layihələndirilməlidirlər.

    20.2.2. Çökməsinə görə II tip qrunt şəraitində qruntun öz kütləsinin ağırlığı altında çökməsi:

    a) özüaxımlı boru kəmərlərində 20 sm-ə qədər - basqısız dəmir-beton və xrizotilsement, saxsı borular; həmçinin, basqılı boru kəmərləri üçün - basqılı dəmir-beton,xrizotilsement, polietilen borular;

    b) özüaxımlı boru kəmərlərində 20 sm-dən çox - basqılı dəmir-beton, basqılı xrizotilsement, saxsı borular; həmçinin, basqılı boru kəmərləri üçün - polietilen, çuqun borular.

    Basqılı boru kəmərlərində polad borulardan öz kütləsinin ağırlığı altında çökməsi 20 sm-ə qədər olan qruntlarda və işçi təzyiqi 9 bar-dan yüksək olan, həmçinin çökmənin 20sm-dən artıq olması mümkün olan qruntlarda və işçi təzyiqi 6 bar-dan yüksək olan sahələrdə istifadə edilməsinə yol verilir.

    Çökməyə görə I və II tip qruntlarda çəkiləcək boru kəmərlərinin əsaslarına olan tələblər cədvəl 73-də verilir.

    20.2.3. II tip qrunt şəraitinə malik çökən qruntlarda dəmir-beton, xrizotilsement, saxsı, çuqun, polietilen boruların calaq birləşmələri elastik tıxanmalar tətbiq etmək hesabına çevik olmalıdır.

    Cədvəl 73.



    Çökməsinə görə qruntun tipi

    Ərazinin xarakteristikası

    Boru kəmərlərinin əsaslarına olan tələblər

    I

    Tikintisi olan

    Tikintisi olmayan



    Çökmə hesaba alınmadan

    Həmçinin


    II

    (çökmə 20 sm-ə qədər)



    Tikintisi olan

    Tikintisi olmayan



    Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

    Qruntun sıxlaşdırılması



    II

    (çökmə 20 sm-dən çox)



    Tikintisi olan

    Tikintisi olmayan



    Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

    Qruntun sıxlaşdırılması



    Qeyd:

    1. Tikintisi olmayan ərazi - yaxın 15 ildə yaşayış məntəqəsi və digər obyektlərin tikintisi aparılmayacaq ərazi.

    2. Qruntun sıxlaşdırılması-20 sm çökməyə görə II tip qrunt əsasın 0,5-0,8 m dərinliyə qədər və 20 sm-dən artıq çökməyə görə 0,8-1,0 m toxaclanaraq bərkidilməsi .

    3. Altlıq - üstünə qalınlığı 0,1 m olan drenaj layı döşənmiş, kənarlarının hündürlüyü 0,1-0,15m olan sukeçirməyən konstruksiya.

    4. Boru kəmərləri altındakı əsaslara olan tələblər boru kəmərləri yaxınlığında yerləşən bina və qurğuların məsuliyyət sinfindən asılı olaraq dəqiqləşdirilməlidir.

    5. Boru kəmərlərinin calaq birləşmələri altında xəndək toxaclanaraq dərinləşdirilməlidir.






     

    20.2.4. Gruntun öz kütləsinin ağırlığından mümkün çökməsi 10 sm-dən çox olduqda basqısız boru kəmərlərinin qruntun üfüqi yerdəyişməsində kipliyinin qorunma şərtləri (135) düsturu ilə ifadə olunur.



    burada - boruların calaq birləşmələrinin ox istiqamətində yol verilən kompensasiya qabiliyyəti, sm (geniş ağızlı boruların ağzının dərinliyinin, yaxud muftalı calaq birləşmələrdə muftanın uzunluğunun yarısı qədər qəbul edilməlidir);



     - qrunt öz kütləsinin ağırlığından çökdükdə onun üfüqi yerdəyişməsinin təsirinə görə tələb edilən calaq birləşməsinin kompensasiya qabiliyyəti (düstur 136);

     - tikinti zamanı calaqda boruların ucları arasında saxlanılan məsafə (1 sm qəbul edilməlidir).

    burada Kw- iş şəraiti əmsalı (0,6 qəbul edilməlidir);



    lsec-boru kəməri seksiyasının uzunluğu, sm;

     - öz kütləsinin ağırlığından çökdükdə qruntun üfüqi yerdəyişməsinin nisbi qiyməti;

    Dext- boru kəmərinin xarici diametrim;

    Rgr - öz kütləsinin ağırlığından çökdükdə qrunt səthinin şərti əyilmə radiusudur, m.

    Üfüqi yerdəyişmənin nisbi qiyməti , m, (137) düsturu ilə hesablanmalıdır.



    burada Spr - öz kütləsinin ağırlığından qruntun çökməsi, m;



    lpr - öz kütləsinin ağırlığından çökən qruntun əyrixətli sahəsinin uzunluğu (düstur (138) ilə hesablanmalıdır).

    burada Hpr- çökən layın qiyməti, m;



     - eyni cinsli qrunt layı üçün - 1, bircinsli olmayan qrunt layı üçün - 1,7 qəbul edilən əmsal;

    tgβ-nəmləndirmə mənbəyindən suyun kənara yayılma bucağı (qumluca və ğətirmə torpaq (lyos) üçün - 350, gillicə və gil üçün - 500-dən az qəbul edilməlidir).

    Çökən qruntun əyrixətli sahəsinin şərti radiusu Rgrm, (139) düsturu ilə hesablanmalıdır.







    Download 1.74 Mb.
    1   ...   393   394   395   396   397   398   399   400   ...   404




    Download 1.74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Calaqların kompensasiya qabiliyyəti hesabatla təyin edilmiş çevik calaq birləşmələrinin tətbiqi ilə təmin edilməlidir. 20.1.11

    Download 1.74 Mb.