Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




Download 0.88 Mb.
Pdf ko'rish
bet1/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
  1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)



Meşə meliorasiyası fənninin predmeti, məqsədi və 
vəzifələri. 
Plan: 
1. Meşə meliorasiyası fənninin əsas məqsədi və obyekti. 
2. Meşə meliorasiyası fənninin qarşısında duran başlıca vəzifələr. 
3. Meşə meliorasiya fənninin digər elm sahələri ilə əlaqəsi. 
Meliorasiya yaxşılaşdırma, yararlı hala salma mənasında olub təbii 
komponentlərin istifadəsi üçün yararlı olmayan və yaxud az yararlı olan 
təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sistemi 
olduğundan bütün ölkələr inkişaf səviyyəsindən asılı olaraq onun həyata 
keçirilməsində müəyyən rol oynayırlar. 
Kənd təsərrüfatı istehsalatında torpaqdan müvəffəqiyyətlə istifadə
etməkdən ötrü ictimai-iqtisadi şəraitdən başqa, iqlim, 
torpaq,hidrogeoloji şəraitin də olması lazımdır. Göstərilən şərait bəzi
torpaqlarda təbii olaraq mövcudur, digər yerlərin torpaqlarında isə belə 
şərait insanlar tərəfındən təmin ediməlidir ki, bu da həmin yerlərin 
əlverişli olmayan təbiətinin kökündən dəyişdirilərək yaxşılaşdırılmsı və 
ya meliorasiyası yolu ilə mümkündür. 
Torpaqların münbitliyini yüksəltmək, sabit və bol kənd təsərrüfatı 
məhsulları götürmək üçün lazım olan rütubətin çatışmadığı müşahidə
olunan sahələrin torpaqlarında su və bununla əlaqədar olan istilik və
qida rejimlərinin nizamlanması suvarma meliorasiyasının əsas məsələsi 
hesab edilir. 
Kənd təsərrüfatını inkişaf etdirmək üçün meliorasiya işlərinin
aparılması bilavasitə konkret təbii şəraitdən asılıdır. Ona görə də 
meliorasiya işlərinin növü, metodu və həcmi həmin ərazinin təbii şəraiti 
və təsərrüfat-iqtisadi şərtlərinə görə təyin edilir. Meliorasiyanın tətbiqi 
ilə insanların təsərrüfat tələblərinə uyğun olaraq ərazinin təbii şəraitinin 
dəyişilməsi və yaxşılaşdırılması mümkündür. Bu isə müəyyən ölkənin 
ictimai quruluşundan, istehsal münasibətlərindən, istehsal qüvvələrinin 
inkişaf səviyyəsindən xeyli asılıdır. Torpağın münbitliyi ən çox su və 


hava rejimindən asılıdır. Bununla əlaqədar olaraq, bitkiləri 
arasıkəsilmədən münbitlik amilləri ilə təmin etməkdən ötrü torpaqda 
bitkilərin tələb etdiyi miqdarda su olmalıdır. 
Bəşəriyyətin gələcək taleyi üçün mühüm problemlərdən biri də
insanların ərzaq və qida məhsulları ilə təmin olunma problemidir. Bu
məsələ insanların əmələ gəldiyi gündən mövcud olmuşdur. Belə ki, 
dünyanın bir sıra ölkələrində ərzaq problemi gündən-günə kəskinləşir, 
milyonlarla insan aclıq çəkir. Buna səbəb ilk növbədə torpaqdan istifadə 
cəmiyətdəki ictimai-iqtisadi şəraitdən böyük nöqsanlar, insanın istehsal 
fəaliyyəti nəticəsində torpağın məhsuldarlığının kəskin aşağı düşməsi və 
digər antropogen mənşəli pozuntulardır. Torpağın korlanması, onun 
yararlı hissələrinin sıradan çıxması istər kənd təsərrüfatı sahəsində 
çalışan alimləri, istərsə də torpaqla məşğul olan hər bir insanı narahat 
edən problemlərdir. 
Son illərdə ölkəmizdə münbit topraq örtüyünə malik olan kənd 
təsərrüfatı bitkiləri əkilən suvarılan sahələr genişləndirlmişdir. Suvarılan 
torpaqlardan səmərəli istifadə etmək işində yol verilən nöqsanlar, 
suvarma normalarma əməl edilməməsi, suvarma şəbəkələrinə yarıtmaz 
xidmət, torpaq sahələrinin dövriyyədən çıxmasına getirib çıxarmışdır. 
Hazırda kənd təsərüfatı sahəsində qarşımızda duran əsas vəzifə bütün 
mədəni bitkilərin məhsuldarlığını artırmaq və əkin sahələrini 
genişləndirməkdən ibarətdir. Bu xeyli vaxtdır istifadə olunan
torpaqların münbitliyinin artırılması və münbitliyi az olan torpaqların 
əsaslı surətdə yaxşılaşdırılması yollarını öyrənməyi tələb edir. 
Münbit torpaq örtüyünə malik olan ölkəmizdə son zamanlar suvarma 
şəbəkələri xeyli genişləndirilmiş Mil,Muğan,Şirvan,Qarabağ düzlərində 
uzun illərdən bəri istifadəsiz qalmış və ya az istifadə olan ərazilər 
həyata gətirilmiş , xeyli torpaq sahələri kənd təsərrüfatı istehsalı 
dövriyyəsinə daxil edilmişdir.Bu işlərin yerinə yetirilməsində meliorativ 
və suvarma əkinçilik elminin böyük rolu vardır. 
Ölkədə yararsız və səmərəli istifadə olunmayan torpaqlar-
daşlıq,kolluq,şoran,şorakət,bataqlıq,susuz səhralar,mədən tullantıları 
altında qalan sahələr,neftə bulaşmış torpaqlar,az məhsuldar


çəmənlər,otlaqlar və biçənək sahələri,səthə yaxın qrunt suları olan
yerlər və s. olduqca çoxdur.Buna görədə hər bir təsərrüfatda meliorativ 
tədbirlər intensiv torpaq yaxşılaşdırıcı və təbiəti mühafızə əsasında 
aparılmalıdır.Torpaqların qorunması,onun məhsuldarhğmın artırılması 
və keyfıyyəti korlanmış torpaqları məhsuldar hala salmaq kimi tədbirləri 
sürətlə həyata keçirmək günün aktual məsələsidir.Sənayenin,şəhər 
salmanın,xüsusən bizim ölkədə neft sənayesinin və tikinti materiallarının 
istehsalının, torpağın bioloji məhsuldarlığına təsiri o qədər böyükdür ki, 
əsrin ən böyük vacib məsələləri, yəni havanın, suyun, meşənin 
qorunması ilə yanaşı, yer qabığının qorunmasını da ən vacib məsələ 
kimi qarşıya qoyur.Şəhərlərin salınması, onun genişləndirilməsi, şəhər 
kommunikasiyaların tikilməsi, şəhərlər ətrafında iri və orta sənaye 
obyektlərinin tikilməsi torpaq ehtiyatlarının sürətlə sıradan çıxmasına 
səbəb olur.Sənaye obyektləri tutduqları sahədən" əlavə öz zərərli
tullantıları ilə tüstü, toz hissəcikləri ilə 15-20 km diametrdən çox 
məsafədə torpaq örtüyünü sıradan çıxarır, hətta o yerlər örüş üçün 
yararsız hala düşür.Ancaq yer səthində torpaq örtüyünün qorunması o 
demək deyildir ki, kəşfıyat işlərinin, xətti tikinti sisteminin, təbii 
sərvətlər və faydalı qazmtılar kəşfıyatı və istismarını dayandırmaq 
lazımdır.Bütün bunlar sənayenin işi üçün həqiqətən vacibdir.Məhsuldar 
torpaqları qorumaq üçün rekultivasiya üsullarından ətraf mühitə uyğun 
istifadə etmək lazımdır.Rekultivasiya-mühəndis texniki, meliorativ, 
aqrotexniki, aqronomik və başqa tədbirlərin kompleks köməyi ilə 
korlanmış torpaqlarm bioloji məhsuldarlığını bərpa etmək deməkdir. 
Kifayət qədər su çatışmayan yerlərdə kənd təsərrüfatı bitkilərindən 
yüksək keyfıyyətli və sabit məhsul götürmək üçün suvarma ən 
vacib,təxirə salınmaz amillərdən biridir. 
Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əlaqədə 
olması, bitkilər tərəfındən işığın mənimsənilməsi prosesinin 
sürətlənməsinə nail olurki,bu da öz növbəsində yüksək məhsul 
götürülməsində mühüm rola malikdir. 
Suvarma,bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən 
gübrələrin qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli 


imkan yaratmaqla bərabər,kimyalaşdırmanın tətbiqinə geniş imkan 
yaradır. 

Download 0.88 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

Download 0.88 Mb.
Pdf ko'rish