Radioelektron dövrəsinin passiv elementləri




Download 0.98 Mb.
bet12/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
1. Radioelektron dövrəsinin passiv elementləri. Passiv elementlər elə elementlər adlanır ki, onlarda dövrəyə təsir edən siqnalın intensivliyi artmır; enerji itkilərə sərf olunur, yaxud da elementdə toplana bilir. Bunlara misal olaraq rezistor, kondensator, induktivlik sarğacını və s. göstərmək olar. Bütün dövrə elementləri elektrik müqavimətinə malikdir. Müqavimət o m i k və r e a k t i v ola bilər. İnduktivlik sarğacı və kondensatorun müqavimətləri reaktiv xarakter daşıyır və uyğun olaraq i n d u k t i v və t u t u m m ü q a v i m ə t i adlanır.

Real halda elə element mövcud deyil ki, onun müqaviməti təkcə omik, yaxud təkcə induktiv və ya təkcə tutum müqaviməti olsun. Məsələn, induktivlik sarğacı yüksək tezliklərdə induktiv müqavimətlə yanaşı keçirici naqildən təşkil olunduğundan eyni zamanda omik müqavimətə, eləcə də naqil sistemi kimi müəyyən tutuma da malikdir. Kondensator keçirici naqillərdən ibarət oldu- ğundan müəyyən induktivliyə və omik müqavimətə də malikdir. Belə elementlərdən və onlardan təşkil olunmuş dövrələrdən cərəyanın keçməsini tədqiq edərkən, çox vaxt real element ideallaşdırılmış elementlə əvəz edilir və belə hesab edilir ki, onlar ancaq bir növ müqavimətə malikdir. Belə ideal elementlərdə gərginlik düşgüləri



şəklindədir.

Əgər hər hansı səbəbdən belə ideallaşdırma aparmaq mümkün deyilsə, onda real element ideal elementlərdən ibarət olan ekvivalent dövrə ilə əvəz edilir. Məsələn, omik müqavimətə malik induktivlik sarğacı və müəyyən itkiyə malik kondensatoru nisbətən yüksək tezliklərdə şəkil 2.1, a -da göstərilən ekvivalent dövrə ilə əvəz etmək olar.

Ümumiyyətlə, ekvivalent dövrə elə dövrə hesab olunur ki, onu əvəz etdiyi elementin yerinə dövrəyə daxil etdikdə dövrədən keçən cərəyan və gərginlik düşgüləri dəyişməsin.





Şəkil 2.1. İnduktivlik sarğacı və kondensatorun orta ( a ) və yüksək ( b ) tezliklərdə ekvivalent sxemləri:

L–sarğacın induktivliyi, C–kondensatorun tutumu, RC1, RC2 – kondensatorun omik müqavimətləri, C –induktivlik sarğacın sarğıları arasında yaranan tutum, LC – kondensatorun induktivliyidir.

Baxılan sxemlərdə orta tezliklərdə induktivlik sarğacının sarğıları arasındakı tutum və kondensator sisteminin induktivliyi nəzərə alınmamışdır. Yüksək tezliklərdə bu parametrləri nəzərə almaq lazım gəlir və bu halda ekvivalent sxemlər şəkil 2.1, b -də göstərildiyi kimi olur. Beləliklə istənilən dövrəyə R, L, C ideal elementlərin kombinasiyası kimi baxmaq olar ki, bu da belə dövrələrin tədqiqini xeyli asanlaşdırır.



Download 0.98 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Radioelektron dövrəsinin passiv elementləri

Download 0.98 Mb.