• BÖLMƏ 1. Radioelektronikanın əsas anlayışları və prinsipləri §1.1. Radioelektronikanın predmeti və əsas tətbiq sahələri
  • Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci




    Download 0.98 Mb.
    bet1/25
    Sana29.09.2023
    Hajmi0.98 Mb.
    #85549
    TuriMühazirə
      1   2   3   4   5   6   7   8   9   ...   25
    Bog'liq
    Siqnallar-və-sistemlər-1 2


    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ
    SİQNALLAR VƏ SİSTEMLƏR” -1
    fənninin mühazirələri
    ELEKTROTEXNİKA, RADİOTEXNİKA VƏ ELEKTRONİKA”
    fənn birləşməsinin müəllimi: M. B. Feyzullayeva


    BAKI-2020


    Giriş.
    Müasir radiolektronika elmi-texniki tərəqqinin sürətli inkişafını təmin edən güclü vəsaitlərdən biridir. Hazırda elm və texnikanın, eləcə də xalq təsərrüfatının bir çox sahələrində müxtəlif radioelektron qurğulardan geniş istifadə edilir. Bunlarla yanaşı elektron hesablama maşınları, laboratoriya və elmi tədqiqatlarda istifadə olunan qurğuların əksəriyyəti radioelektron elementlərindən təşkil olunmuşdur. Bu sahələrdə işləyən mütəxəssislər radioelektronikanın əsaslarını bilməlidirlər. Buna görə də universitetlərdə, texniki ali məktəblərdə, bir sıra texnikumlarda “Radioelektronikanın əsasları” kursu bu və ya digər şəkildə tədris edilir.
    Bu vəsaitdə müxtəlif xətti və qeyri-xətti radioelektron dövrələrə baxılmış, onlarda gedən prosesləri araşdırmaq üçün mövcud üsullar verilmişdir. Hazırda istehsal proseslərinin avtomatlaşdırılmasında, elektron hesablama texnikasında, rabitə texnikasında və s. sahələrdə impuls və rəqəm texnikasının əsaslarını bilmək zərurəti yaranmışdır. Bunu nəzərə alaraq bu proqramda impuls və rəqəm texnikasının əsas elementləri və onların əsasında hazırlanan bəzi radioelektron sxemlərdə gedən fiziki proseslərin izahına xüsusi yer verilmişdir.

    BÖLMƏ 1. Radioelektronikanın əsas anlayışları və prinsipləri
    §1.1. Radioelektronikanın predmeti və əsas tətbiq sahələri
    Radionun kəşfi (7 may 1895-ci il) böyük rus alimi A.S.Popovun adı ilə bağlıdır. R a d i o termini radiasiya (şüalanma) mənasını verən latın sözü olan «r a d i a r e» sözündən götürülmüşdür. Radio kəşfindən sonra keçən təxminən iyirmi il ərzində yalnız rabitə məqsədi ilə tətbiq olunmuşdur. İnformasiyanın elektromaqnit dalğaları vasitəsilə naqilsiz ötürülməsi məsələləri ilə məşğul olan elm və texnikanın bu sahəsi r a d i o t e x n i k a adlanır. Radiotexnika və elektrotexnika arasında olan əsas prinsipial fərq də elə bundan ibarətdir: el e k t r o t e x n i k a qiymətcə böyük enerjinin naqillərlə, radiotexnika isə müəyyən informasiya daşıyan enerjinin (siqnalın) məftilsiz ötürülməsi problemləri ilə məşğul olur. Qeyd etmək lazımdır ki, radiotexnikada ötürülən enerji elektrotexnikada ötürülən enerjidən qat-qat kiçikdir. Radiotexnikanın əsasında radiorabitə yarandı. Radiorabitə isə bir sıra yeni sahələri əhatə edir: radioyayım, televiziya, radiolokasiya, radionavigasiya, radiotelemetriya və radioidarəetmə, radioastronomiya və s. Bunlara raditexnikanın sahələri də deyilir. Məlumatın elektromaqnit dalğaları vasitəsi ilə ötürülməsi radiorabitə adlanır:

    1. Radioyayim -- məlumatın kütləvi radiodinləyicilərinə çatdırılması.

    2. Televiziya--raditexniki qurğuların köməyi ilə təsvirin məsafəyə ötürülməsi və qəbulu.

    3. Radiolokasiyaradiotexniki qurğuların köməyi ilə müxtəlif obyeklərin aşkara çıxarılması

    4. Radionavigasiya-- radiotexniki qurğuların köməyi ilə naviqasiyanın (dəniz gəmilərinin hərəkətinin) idarə olunması.

    5. Radiotelemetriya-- radiotexniki qurğuların köməyi ilə məsafədən idarəetmə və ölçmə.

    6. Radioastronomiya-- radiotexniki qurğuların köməyi ilə kainatın və günəş sisteminin öyrənilməsi.

    Radiotexnikanın element bazasını e l e k t r o n i k a təşkil edir. Müasir elektronika aparılan tədqiqatların istiqamətinə və tətbiq sahələrinə görə iki hissəyə bölünür: fiziki və texniki elektronika.
    F i z i k i e l e k t r o n i k a – vakuumda, qazlarda və bərk cisimlərdə, o cümlədən yarımkeçiricilərdə gedən elektron və ion proseslərini nəzəri və təcrübi tədqiq etməklə məşğul olan bir sahədir.
    T e x n i k i e l e k t r o n i k a isə yuxarıda sadalanan proseslərin əsasında yaradılan cihaz, qurğu və sistemlərin quruluşlarının öyrənilməsi və texnikada, sənayedə tətbiqi ilə məşğul olur.
    Son illərdə elektronika böyük sürətlə inkişaf edir: yeni növ elektrovakuum və yarımkeçirici cihazlar yaradılmış, elektronikanın elementləri miniatürləşdirilmiş, mikromodul, inteqral, nəhayət, nano və molekulyar elektron elementləri və mikrosxemləri meydana gəlmişdir. Elektronikanın həm keyfiyyət, həm də kəmiyyətcə bu cür dəyişməsi radiotexnikada inqilab yaratmışdır. Radiotexnika da, öz növbəsində, elektronikanın inkişafına güclü təsir göstərmişdir. Hazırda elm və texnikanın bu iki sahəsi bir-birinə o qədər nüfuz edib qarışmışdır ki, bunlar arasındakı sərhəd tamamilə yox olmuş və elmin bu iki sahəsi əsasında müstəqil r a d i o e l e k t r o n i k a elmi meydana gəlmişdir. Müasir radioelektronika, hər şeydən əvvəl, yüksəktezlikli elektromaqnit dalğalarının köməyi ilə informasiyanın ötürülməsi, qəbulu və işlənilməsi problemləriilə məşğul olan bir elmdir. Bu termin XX əsrin 50-ci illərində meydana gəlmişdir.
    Radiofizika və radioelektronika inkişaf etdikcə onların əsasında elm və texnikanın bir sıra yeni sahələri: kvant elektronikası, mikroelektronika, nanoelekronika, optoelektronika, infraqırmızı dalğalar texnikası, akusto və maqnitoelektronika və s. sahələr yaranmışdır. Hazırda radioelektron qurğuları xalq təsərrüfatının, demək olar ki, bütün sahələrində
    s ə n a y e d ə – istehsal proseslərinin avtomatlaşdırılmasında (müxtəlif avtomatlar, sayğaclar, robotlar və s.);
    t i b b d ə – ürəyin biocərəyanlarının qeyd edilməsində (elektro- kardioqraf), bədənin müxtəlif hissələrinin yüksəktezlikli cərəyanlarla qızdırıb müalicə edilməsində (diatermiya);
    k i b e r n e t i k a d a – elektron hesablama maşınlarında (EHM), informasiyanın ötürülməsində;
    k o s m o n a v t i k a d a – kosmik aparatların uçuşlarının avtomatik idarə edilməsində, kosmonavtların bir-birilə və Yerlə rabitə yaradılmasında;
    a s t r o f i z i k a d a – planetlərin və digər kosmik obyektlərin tədqiqində və s. geniş tətbiq olunur.
    Bunlardan başqa, müasir radioelektronikanın nailiyyətlərindən fiziki, kimyəvi və bioloji tədqiqatlarda, məişətdə, iqtisadiyyatda, dilçilikdə, psixologiyada, arxeologiyada və başqa sahələrdə də istifadə olunur.


    Download 0.98 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 0.98 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci

    Download 0.98 Mb.