Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında




Download 41.9 Kb.
bet2/14
Sana04.01.2022
Hajmi41.9 Kb.
#4662
1   2   3   4   5   6   7   8   9   ...   14
//çıxarılıb//

1.16. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla); 

1.17. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsulları; 

1.18. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

1.19. “Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxalda əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

1.20. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).



//çıxarılıb//

1.21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar. 



//çıxarılıb// 

1.24. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.

1.25. “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

1.26. Dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq, “Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.

5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

6. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 22 nömrəli qərarının 10-cu bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli, 71 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli, 32 nömrəli qərarının 1-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 73 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.

7. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 



Download 41.9 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14




Download 41.9 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

Download 41.9 Kb.