İŞİN ÜMUMİ XARAKTERİSTİKASI




Download 150.5 Kb.
bet2/7
Sana24.03.2017
Hajmi150.5 Kb.
#1268
1   2   3   4   5   6   7
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Müasir dövrdə iqtisadiyyatın dirçəlişi və onun nəticəsi olaraq insanların sosial həyat səviyyəsinin sürətlə inkişafını təmin edən mühüm amillərdən biri kimi səciyyələndirilə biləcək şəhər avtobus nəqliyyatı, eyni zamanda həllini zəruri edən bir sıra elmi-texniki problemlər yaradır. Belə problemlər sırasına konkret marşrutların təsərrüfat əhəmiyyəti, yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi, ekoloji və ətraf mühitin mühafizəsi, marşrutların iqtisadi səmərəliliyi məsələləri və s. aid edilə bilər.

Şəhər nəqliyyat sistemi hər bir şəhərin sosial-iqtisadi və ümumi inkişafında çox mühüm rol oynayır. Məhz daşıma problemi hər bir şəhər üçün əsas problemli məsələlərdən biridir və problemin önəmli ünsürlərindən biri də sərnişindaşıma sistemidir. Sərnişindaşıma sistemində isə açar rolunu avtomobil nəqliyyatı, ən əsası isə avtobus nəqliyyatı ilə sərnişindaşımaları tutur. Bu yanaşma dissertasiyanın mövzusu olaraq “Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi” məsələləri araşdırılmış, yerinə yetirilmiş işlər içərisində mövcud vəziyyət təhlil edilərək görülməsi-həlli vacib olan məsələlər çərçivəsində yeni üsul və modellər təklif edilmişdir. İrəli sürülərək tətbiqinin vacibliyi əsaslandırılmış yeni üsul və metodların mövcud yol-nəqliyyat şəbəkəsindəki vəziyyət planları da əyani olaraq Bakı şəhərinin xəritəsi üzərində göstərilmişdir.

Dissertasiyanın mövzusu Bakı şəhəri daxilində və ətraf ərazilərində avtobus nəqliyyatı ilə sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin bu sahədəki ümumi vəziyyətinin və iş prinsiplərinin müəyyənləşdirilməsi, dayanacaq-duracaq yerlərinin təsis olunması, avtobusların xüsusi ilə nəqliyyat axınlarının sıx olduğu saatlarda boş olaraq sərnişin axtarmaq üçün hərəkət etmələrinin və maddi itkilərinin azaldılması, yolların hərəkət hissəsində dayanmaqla sərnişin götürmələrinin qarşısının alınması, dayanacaq, mindirmə-düşürmə yerlərinin müəyyənləşdirilməsi və yaradılması, yol hərəkətinin və ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlmiş texniki standartlar əsasında istifadə olunan avtobus nəqliyyatı vasitələrinə olan tələblərin tətbiq edilməsi, xidmət səviyyəsinin artırılması, sərnişin daşınması və sürücülərinin peşə fəaliyyətinə dair xüsusi qaydalara düzəliş və əlavələrin təklif edilməsi, idarəetmə baxımından yeni dövlət tənzimləmələrinin tətbiq edilməsi ilə bu sahədə daha da müasir, inkişaf etmiş, dayanıqlı və təmin olunmuş daşıma mühitinin yaradılması məqsədi ilə seçilmişdir.



Download 150.5 Kb.
1   2   3   4   5   6   7




Download 150.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Download 150.5 Kb.