Azərbaycan Respublikasının Təhsil Naziriliyi




Download 150.5 Kb.
bet6/7
Sana24.03.2017
Hajmi150.5 Kb.
#1268
1   2   3   4   5   6   7
İşin strukturu və həcmi. Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi məqsədi ilə seçilmiş dissertasiya işi ümumilikdə 6 fəsildən ibarət olub, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ilə birlikdə 76 komyuter vərəqi həcmindədir.
GİRİŞ

Respublikada iqtisadiyyatımızın yüksək templə inkişafını təmin edən, davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi-siyasət bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı üçün də əlverişli imkanlar yaratmış, ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafında keyfiyyətcə yeni mərhələ başlatmışdır. Belə bir şəraitdə surətlə inkişaf edən ölkə iqtisadiyyatının və cəmiyyətimizin dinamik artan daşıma tələblərinin operativ, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün nəqliyyat sistemində səmərəli tənzimləmələrin aparılması artıq mühüm bir zərurətə çevrilmişdir.

Bütün bunlar isə nəqliyyat sektorunda bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafa uyğun nəqliyyat işinin təşkili və hüququ əsaslarının yaradılmasını, infrastruktur sahələrinin kompleks inkişafını, əhalinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinə olan tələbatının kəmiyyət və keyfiyyət baxımından yüksəlməsini, iqtisadiyyatın inkişafı üçün müxtəlif nəqliyyat növlərinin qarşılıqlı inteqrasiyasını və s. tələb edir.

Şəhər avtobus sərnişin nəqliyyatı şəhər əhalisinin müxtəlif təbəqələrinin müxtəlif gediş məqsədli gündəlik nəqliyyat hərəkətliliyinin təmin edilməsində məxsusi rol oynayır, hətta sərnişin daşımalarındakı payına görə bu sahədə öncüllüyünü saxlamaqda davam edir və gələcəkdə də sərnişinlərə kütləvi xidmət edən nəqliyyat növü olaraq qalacaqdır. Dünyanın müxtəlif inkişaf etmiş ölkələrində və iri şəhərlərində şəhər sərnişin daşımalarında, əhalinin nəqliyyat gedişlərinin yerinə yetirilməsində avtobus nəqliyyatının payı olduqca yüksəkdir. Şəhər daxilində sərnişinlərin üçdə ikisi avtobus və ya metrodan, qalan üçdə biri isə fərdi nəqliyyat vasitələrindən istifadə edir. Orta hesabla bu göstərici 60-65 % hədlərində müəyyənləşdirilir. Şəhər avtobus marşrutlarının inkişafı şəhərin bütün təsərrüfat kompleksində inkişafına, əhalinin mədəni rifah səviyyəsinin yüksəlişinə, şəhər əhalisinin rahat yerdəyişməsinin təmin edilməsinə, əmək qabiliyyətinin intensivləşməsinə və s. bu kimi digər müsbət tendensiyalara gətirib çıxarır. Odur ki, şəhər nəqliyyatının yaxşılaşdırılmasına böyük ehtiyac vardır.

Son illər Bakı şəhərində əhalinin sürətlə artması, şəhərə iş və istirahət üçün gələnlərin sayının artımı, inkişaf edən coğrafi baxımdan böyüyən şəhərimizin sərnişindaşımaları gündəlik həyatımızın ən önəmli elementlərindən biri halına gəlmişdir. Artan ehtiyaclar fonunda, özəlliklə əhali və buna bağlı olaraq məskunlaşma ərazilərinin çox böyüməsi və genişlənməsi nəticəsində müxtəlif gedişli nəqliyyat hərəkətliliyinə ehtiyac duyan vətəndaş və bölgə sayı da getdikcə artmışdır. Ancaq artan bu tələbə doğru əhatəli olaraq sərnişindaşıma xidmətinin yetərli səviyyədə yerinə yetirilməməsi, bütün kütləvi ictimai nəqliyyat növlərinin kifayət qədər genişləndirilməməsi və inkişaf etdirilməməsi nəticədə yeganə yerüstü kütləvi sərnişindaşıma sistemi kimi, avtobus nəqliyyat ilə daşımalara və avtobus nəqliyyatı vasitələrinə tələbat artmışdır.

Şəhərin texniki infrastrukturu və şəhərdaxili nəqliyyat sistemi şəhərin davamlı inkişaf hədəfi üçün son dərəcə mühüm əhəmiyyətli, şəhərin yaşam inkişafı və keyfiyyəti baxımından isə müəyyənləşdirici amillərdir. İstər şəhərin texniki infrastrukturu, istərsədə şəhərin nəqliyyat sisteminin şəhər mühitinə, şəhər iqtisadiyyatına və əhalisinin sosial yaşayışına təsiri böyükdür və şəhərlərin ərazi baxımından inkişafında da mühüm rol oynayır. Texniki infrastrukturun fərqli xüsusiyyətləri şəhərin həyat səviyyəsi baxımından başlıca göstəricilər arasında qəbul edilir, nəqliyyat sistemlərinin təqdim etdiyi çatdırma/daşıma imkanları isə mövcudolma baxımından əsas göstəricilər arasında mühüm yerlərdən birini tutur. Texniki infrastruktur sistemlərinin mövcud vəziyyəti və sistemin inkişafına dair planlar və aparılan analizlər, şəhərlərin inkişafında və böyüməsində nəzərə alınması lazım olan məsələlərdir. Ancaq şəhər planlaşdırması ilə şəhərin infrastruktur planlaması düşünülmüş bir yanaşma ilə davamlı surətdə şəhərin inkişafı istiqamətində müsbət addımlar atılması mümkündür.



Oxşar şəkildə, nəqliyyat sisteminin inkişafına və mövcud sistemin idarəçiliyinə aid siyasətlər, proqramlar və investisiyaların şəhərin inkişaf və şəhərin ərazi xüsusiyyətləri üzərində böyük təsiri vardır. Planlaşdırılmamış şəhərlərin ərazi inkişaf və hərəkətlilik istiqamətlərindəki nöqsanlar əksərən səhv nəqliyyat siyasətlərinin bir nəticəsi olaraq ortaya çıxır. Həmçinin, şəhər və nəqliyyat sistemləri arasındakı qarşılıqlı əlaqələndirmənin nəticəsi olaraq, şəhər planlarında nəzərdə tutulan bəzi inkişaf istiqamətləri və modelləri də idarəolunmaz olaraq qəbul edilən və sərnişindaşımalarını təşkil edən nəqliyyat sistemlərinin yaradılmasına səbəb ola bilir.

Hazırda ölkənin inkişafının tamamilə yeni mərhələsində–dinamik iqtisadi inkişaf dövründə, daşıyıcılar arasında sərt rəqabətin olduğu bir şəraitdə, sözsüz ki, şəhər sərnişindaşımaları sahəsində yüksək standartların yaradılması vaxtı gəlib çatmışdır. Yəni avtobus nəqliyyatı ilə şəhərdaxili sərnişindaşımaların təşkilinin və koordinasiyasının kifayət qədər sərt və optimal qaydada tənzimlənməsi sisteminə nəzər yetirmək lazımdır.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarında son illərdə aparılan islahatların səmərəliliyinin artırılması, müxtəlif nəqliyyat infrastrukturunun yenidənqurulması, inkişaf etdirilməsi və yerinə yetirilən bir sıra məqsədyönlü işlər ilə yanaşı avtobus nəqliyyatı ilə sərnişindaşımaları sahəsində də yeni dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda avtobus nəqliyyatı ilə sərnişindaşımaları sahəsində pərakəndəlik və nizamsızlıq hallarına, eləcə də özəl daşıyıcılar arasında olan rəqabət gedişində sərnişinlərin faktiki olaraq hüquqlarının qorunmaması, daşıma təhlükəsizliyinin təmin olunmaması və yol hərəkəti qaydalarının pozulması, sərnişinlərə aşağı səviyyəli xidmətin göstərilməsi, sürücülərin sosial müdafiəsi tələblərinə məhəl qoyulmaması hallarına və çox vaxt bir çox daşıyıcıların səriştəsiz fəaliyyətinin mənfi aspektlərindən irəli gələn digər hallara rast gəlinir.

Ümumiyyətlə isə Bakı şəhərində avtobus ictimai nəqliyyat növü bir sıra xüsusiyyətlərinə: ən əsası sərnişindaşımalarındakı payına (~81%), tez və rahat çatdırılmaya və s. görə dünyanın bir çox inkişaf etmiş ölkələrindəki vəziyyətdən heçdə geri qalmır. Lakin bu sahədə narahatedici vəziyyət əsasən texniki təhlükəsizlik məsələləri, sürücülərin davranış mədəniyyəti və daha çox sürücülərdən asılı olan “qrafik intizamsızlığı” məsələlərindədir ki, bunların da aradan qaldırılması üçün ciddi tənzimləmələrə ehtiyac vardır.





Download 150.5 Kb.
1   2   3   4   5   6   7




Download 150.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikasının Təhsil Naziriliyi

Download 150.5 Kb.