Azərbaycan Respublikasının Təhsil Naziriliyi




Download 150.5 Kb.
bet3/7
Sana24.03.2017
Hajmi150.5 Kb.
#1268
1   2   3   4   5   6   7
Tədqiqatın məqsədi. Tədqiqatın əsas məqsədi Bakı şəhərində mövcud olan ictimai nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi üçün dünyada müasir sistem və metodologiyalar olaraq qəbul edilən təkliflər və həll yollarının müəyyənləşdirilməsi təşkil edir. Bu məqsədlərə nail olunması üçün bir sıra müasir təkliflər hazırlanaraq, onların üstünlükləri izah edilmiş və tətbiqinin zəruriliyi əsaslandırılmışdır.

Eyni zamanda, bu sahədə əldə olunmuş müsbət nəticələrin effektivliyinin artırılması, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sərnişin daşıma marşrutlarının optimallaşdırılması və idarə olunmasının müasir tələblərə uyğun qurulması, ümumilikdə ən müasir texnologiyalar tətbiq etməklə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsini təmin edəcək konkret, real və faktiki şəraitə uyğun həll yolları irəli sürülmüşdür.

Həmçinin, Dissertasiya işinin əsas məqsədi əhalinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinin artan tələbatının təmin edilməsi, dayanıqlı nəqliyyat sisteminin yaradılması, nəqliyyatla dövlətin müdafiə ehtiyaclarının və sərnişindaşıma ehtiyaclarının təmin olunması, şəhərin sərnişindaşıma potensialının artırılması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, sərnişin daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə ölkənin yüksək sosial-iqtisadi inkişafının təmin olunmasından ibarətdir.



Download 150.5 Kb.
1   2   3   4   5   6   7




Download 150.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikasının Təhsil Naziriliyi

Download 150.5 Kb.