Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi




Download 4.52 Mb.
Pdf ko'rish
bet7/35
Sana05.11.2023
Hajmi4.52 Mb.
#94424
1   2   3   4   5   6   7   8   9   10   ...   35
Bog'liq
kabellarin-qurasdirilmasi

Sxem 1.1. Dəmir-beton aralıq dayaqları a) 6-10 kV; b) 35 kV; v) 110 kV; q) 220 kV 
Yüksək gərginlikli EVX-ləri isə dartı yarımstansiyalarını və eləcə də dəmiryollarının qeyri-dartı 
istehlakçılarını, rayon işlədicilərini qidalandıran uzununa elektrik təchizatı xətləridir. Bilavasitə 
dayaqların bərkidilmə nöqtələrində asılan naqillər adlanır. Bu naqilin vəziyyəti 2 ən yüksək nöqtələrlə 
yəni bərkidilmə nöqtələri ilə və ən aşağı nöqtə ilə (naqilin əndazəsi) xarakterizə edilir. Asılma nöqtələri 
bir səviyyədə olan sərbəst asılan hava EVX-lərinin sxemi aşağıdakıdır: 
Şəkil 1.2 a. Asılma nöqtələri bir 
səviyyədə olan sərbəst asılan hava 
EVX-lərinin sxemi.
Burada: A və B-naqillərin 
bərkidilmə hündürlüyü;
ℓ-aşırımın uzunluğu; h
ən
-naqilin 
əndazəsi; f-sallanma oxu 
 



Adətən xəttin keçdiyi ərazidə yerin profili 
müxtəlifdir, yəni xəttin dayaqları müxtəlif hündürlükdə 
yerləşir. Bu halda xəttin sxemi aşağıdakı kimidir: 
Düz üfüqi xətlə ölçülən asılma nöqtələri arasındakı 
məsafə aşırımın uzunluğu adlanır. Asılma nöqtəsindən 
şox sallanma yerinə qədər olan məsafə sallanma 
hündürlüyü adlanır. Naqillərin bərkidildiyi izolyatorlar 
həm naqillərin mexaniki bərkidilməsini və eləcə də 
dayağın xəttin gərginliyindən elektrik izolyasiyasını təmin 
edir. Naqillərin ən aşağı nöqtəsindən torpağa qədər olan 
məsafə, yəni naqilin əndazəsi xəttin gərginliyindən və 
onun keçdiyi ərazidən asılıdır.
Fazaların naqilləri arasındakı məsafə xəttin 
gərginliyindən, naqillərin yerləşməsində izolyatorların 
quruluşundan, aşırımın uzunluğundan və iqlim amillərindən asılıdır.
Kontakt şəbəkələri və hava xətləri bir-birindən mexaniki ayrılmış sahələrə bölünür. Bir sahənin 
naqillərinin qırılması o biri sahələrə təsir etmir. Eyni zamanda bu ayrılma quraşdırılma işlərini də 
sadələşdirir. Ayrılma anker dayaqları vasitəsilə təmin edilir (anker sahələri). Naqillərə çəkidən, 
buzlaşmadan və küləkdən yaranan yüklər təsir edir. Naqillər anker dayaqlarında bərkidilir. Üçfazalı 
dəyişən cərəyanlı hava xətlərində bir-birindən izolə edilmiş üç naqil asılır və EVX-lərinin bir dövrəsini 
təşkil edir. EVX-ləri 1, 2 və çox dövrəli hazırlanır.
1.1.2. Tələbələr üçün fəaliyyətlər 
 Tələbələri 2 qrupa ayırırıq, sonra onlara Venn diaqramından istifadə edərək “Gərginliyi 
1kV-a qədər olan alçaq hava EVX-lərinin və gərginliyi 1 kV yüksək olan EVX-lərinin tətbiq 
sahələrini müqayisə edin”, tapşırığı verin. Tədqiqat sualını iş vərəqində təqdim edin. İş 
vərəqləri lövhədən asılır və tələbələr tərəfindən müzakirə edilir; 
Sxem 1.3 
 Ağac dayaqların yerə basdırılma texnologiyasını araşdırın və müzakirə edin. Anker və 
bucaq dayaqlarının tətbiq sahələri haqqında internet vasitəsilə məlumat toplayın; 
 Qrupu 3-5 nəfərdən ibarət qruplara bölün. Iri ağ kağızda “Fazaların naqilləri arasındakı 
məsafənin hansı amillərdən asılılığını karusel üsulundan istifadə edərək qeyd edin” 
tapşırığı verilir. Kağızı saat əqrəbi istiqamətində digər qruplara ötürün. “Karusel” 
üsulundan istifadə edərək tapşırıq verilmiş kağızı bütün qruplara ötürərək axırda öz 
Şəkil 1.2.b. Müxtəlif hündürlüklərdə 
asılan xəttin sxemi 
Fərqli 
Oxşar 
Fərqli 



qrupuna qaytarın. Sonda təqdimatı yazı lövhəsinə yapışdırın. Müzakirələr edib, 
ümumiləşdirmələr aparın.
Sxem 1. 4
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Download 4.52 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Download 4.52 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi

Download 4.52 Mb.
Pdf ko'rish