• Hava xətlərinin məftil və trosların konstruksiyası
  • “Hava xətlərinin çəkilməsi haqqında məlumat verir”




    Download 4.52 Mb.
    Pdf ko'rish
    bet8/35
    Sana05.11.2023
    Hajmi4.52 Mb.
    #94424
    1   ...   4   5   6   7   8   9   10   11   ...   35
    Bog'liq
    kabellarin-qurasdirilmasi

    “Hava xətlərinin çəkilməsi haqqında məlumat verir” 
     Hava xətlər gərginlik səviyyəsinə görə neçə yerə bölünür?
     I kV gərginliyə qədər olan hava xətlərində hansı dayaqlardan istifadə edilir? 
     Asılan naqillər nədir? 
     Aşırım uzunluğu nəyə deyilir? 
     Asılma nöqtəsindən şox sallanma yerinə qədər olan məsafə necə adlanır. 
     EVX-ləri dövrələrin sayına görə neçə cür olur? 
    1.2.1. Hava xətlərinin məftil və trosların konstruksiyasını izah edir 
     
    Hava xətlərinin məftil və trosların konstruksiyası 
    Hava xətlərində çılpaq və məftil troslardan istifadə olunur. Onlar həmişə açıq 
    havada olduqları üçün atmosferin (külək, sırsıra, temperatur dəyişkənliyi) və ətraf 
    mühitin zərərli qarışıqlarının təsirinə məruz qalır. Buna görə də məftil və troslar 
    mexaniki cəhətdən möhkəm və korroziyaya (paslanmaya) qarşı davamlı olmalıdır. 
    Məftillər aşağıdakı konstruksiyalarda olur: 
    1) Birtelli məftillər; bütöv kəsikli bir teldən ibarətdir;
    2) Bir metaldan olan çox telli məftillər; məftilin en kəsiyindən asılı olaraq bir-birinə burulmuş 7, 
    19 və 37 ayrı-ayrı teldən ibarətdir. 
    Məftilləri asmaq üçün xüsusi konstruksiyalardan istifadə edilir. 
    Hava xətləri üçün bir və çoxnaqilli alüminium polad məftillərdən istifadə edilir. İstifadə olunan məftillərin 
    minimal en kəsikləri aşağıdakı kimi olur: bir naqilli polad məftil üçün 4 mm2 -dən az olmamalı; çox naqilli 
    polad məftil üçün 25 mm 2-dən az olmamalı; polad-alüminium və bimetallik məftillər üçün 10 mm 2-
    dən az olmamalı;
    Alüminium məftillər üçün - 16 mm 2-dən az olmamalı. Polad məftillər sinklə örtülmüş olmalıdır. 
    Dayağın üzərində faza xətləri istənilən qaydada yerləşdirilir. Sıfır xətti isə faza xətlərindən aşağıda 
    yerləşdirilir. Əgər dayağın üzərində işıqlanma xətləri asılırsa, onlar sıfır xəttindən aşağıda yerləşdirilir.
    Hava xəttindən yerə qədər olan minimal məsafə 6 m olmalıdır. Hava xətlərinin quraşdırılmasında istifadə 
    olunan məftillər bir-birinə müxtəlif cür birləşə bilərlər. Birləşmə növləri şəkildə göstərilmişdir. 
    Məsafə
    ?
    ?
    ?
    ?


    10 
    a) 
    b)
    Əgər, gərginliyi 110 kv və artıq olan verilişi xətləri metal, yaxud dəmir-beton dayaqlarda çəkilirsə, 
    onda polad tros asır və onu bütün dayaqlarda yerlə birləşdirirlər. Belə tros həm xətti yaxınlığında 
    boşalmalar zamanı əmələ gələn ifrat gərginlik amplitudunun azalmasına şərait yaradır. Dayaqların yerlə 
    birləşdirilmə müqaviməti 10-15 om-dan az olmamalıdır. Trosu dayağın ən yuxarı hissəsindən cərəyan 
    keçən məftillərin üzərindən bağlayırlar. 
    Yüksəkgərginlikli xətlərdə trosun olmasının əhəmiyyətli cəhətlərindən biri də həmin xəttin qonşu 
    rabitə xətlərinə təsirini azaltmasıdır. Nəhayət, trosun bir xeyri də odur ki, elektrik verilişi xətlərində 
    məftil qırılan zaman tros dayaqları qismən saxlayır. 
    220-330 kv gərginlikli hava xətlərinin dayaqlarına trosu 40 mm ölçülü qığılcım aralıqları ilə 
    şuntlanmış izolyatorların köməyi ilə bərkidirlər. 150 kv və aşağı gərginlikli hava xətlərində trosu bu cür 
    ancaq anker tipli dayaqlara bağlayırlar. Belə tros dayaqdan izolyasiya olur ki, bu da dayağın yerlə 
    birləşdirilmə keçid müqavimətini ölçmək üçün mühüm şərtdir. Yarımstansiyalara yaxın yerlərdə trosu 
    hər cur gərginlikli xətlərin bütün dayaqlarında yerlə birləşdirmək lazımdır.
    Şəkil 1.3. Hava xətlərində məftillərin birləşdirilməsi 
     


    11 
    1.2.2. Tələbələr üçün fəaliyyətlər
     
    Mühafizə trosunun funksiyasını araşdırın və müzakirə edin; 
     
    Mühafizə trosunun yerlə birləşməsini internet vasitəsilə araşdırın və müzakirə edin; 
     
    Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini 
    göstərin. 
     
     
    1.2.3. Qiymətləndirmə 
     
    Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

    Download 4.52 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   35




    Download 4.52 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    “Hava xətlərinin çəkilməsi haqqında məlumat verir”

    Download 4.52 Mb.
    Pdf ko'rish