• İzolyatorlar və xətt armaturu
  • “Hava xətlərinin məftil və trosların konstruksiyasını izah edir”




    Download 4.52 Mb.
    Pdf ko'rish
    bet9/35
    Sana05.11.2023
    Hajmi4.52 Mb.
    #94424
    1   ...   5   6   7   8   9   10   11   12   ...   35
    Bog'liq
    kabellarin-qurasdirilmasi

    “Hava xətlərinin məftil və trosların konstruksiyasını izah edir” 
     Açıq havada olduqları üçün EVX –i hansı atmosfer və ətraf mühitin zərərli qarışıqlarının 
    təsirinə məruz qalır? 
     Yer səthindən hava xəttinə qədər olan minimal məsafə neçə metrdir? 
     Dayaqların yerlə birləşdirilmə müqaviməti neçə om-dan az olmamalıdır? 
    Şəkil 1.4. 220 kV-luq (П220-3 
    markalı АCО 300 məftillər 
    üçü)
    AC 120 məftillər üçün) 
    standart aralıq standart 
    aralıq, H=36 m, çəkisi 4,85 tn 
    Şəkil 1.5. 


    12 
    1.3.1. İzolyatorlar və xətt armaturu haqqında məlumat verir 
     
    İzolyatorlar və xətt armaturu 
    Hava xətlərinin izolyatorları çinidən, yaxud şüşədən- atmosfer təsirinə çox 
    davamlı, mexaniki və elektrik möhkəmliyi çox yüksək olan materialdan hazırlanır. 
    Şüşə izolyatorlar çini izolyatorlardan yüngül olub, zərbə yüklərinə onlardan 
    dözümlüdür. Şüşə izolyatorların üstünlüklərindən biri də odur ki, elektriklə deşilmə, 
    yaxud dağıdıcı mexaniki təsirlər zamanı izolyatorun şüşəsi çatlamır, (asma izolyatorun nimçəsi) amma 
    dağılır. Bu nəinki xəttin zədələnmiş yerini hətta zəncirdəki zədəli izolyatorun özünü asanlıqla tapmağa 
    imkan verir. 
    Konstruksiya cəhətdən izolyatorların aşağıdakı növləri vardır: 
    - Asma izolyatorlar
    - Çubuqlu izolyatorla, 
    - Şüşə lif izolyatorlar
    Orta və böyük en kəsikli məftilləri olan 35kv gərginlikli xətlərdə, habelə daha böyük gərginlikli 
    xətlərdə yalnız asma izolyatorlardan istifadə olunur. 
    Çələng şəklində yığılan asma izolyatorlar saxlayıcı və dartma izolyatorlara bölünür. 
    Məftillər izolyatora naqil vasitəsilə sarılma üsulu ilə bərkidilir. Xətti quraşdırmazdan əvvəl 
    izolyatorlar diqqətlə yoxlanılmalıdır.
    Əhalinin və işçi heyətin təhlükəsizliyi baxımından izolyatorların metallik hissələri və dəmir - beton 
    dayaqların armaturları torpaqlanmalıdır. Neytralı torpaqlanmış şəbəkələrdə metallik hissələr sıfır 
    xəttinə birləşdirilir. Sıfır xətti isə hər 250 m-dən bir, xətlərin sonunda, uzunluğu 200 m-dən çox olan 
    Şəkil 1.6. Asma tip farfor 
    izolyator PF-A 
    Şəkil 1.7. Dayaq izolyatorları 
    Şəkil 1.8. Asma çubuq izolyatorlar 


    13 
    ayrılmaların sonunda torpaqlanır: Metallik hissələr (qırmaq, travers, torpaqlayıcı) quraşdırıldıqdan sonra 
    lak ilə örtülməlidir. 
    I kV-dan artıq gərginlikli hava xətlərini quraşdırmaq üçün dəmir - beton və antiseptiklə 
    hopdurulmuş ağac dayaqlardan istifadə edilir.
    Metallik dayaqlardan əsasən anker və bucaq dayaqlar kimi istifadə edilir.
    Dayaqları qaldırmaq üçün müxtəlif avtomexanizm və traktorlardan istifadə edilir.
    Dayaqların qaldırılma üsullarından biri şəkildə göstərilmişdir. 
    Trosun diametrini və traktorun gücünü seçmək üçün dayağı qaldıran zaman yaranan qüvvələri 
    hesablamaq lazımdır.
    Dayağı qaldıran anda trosun bağlandığı yerdə yaranan qüvvə
    𝐹 = 𝑄
    𝑏
    𝑐
    burada Q - dayağın kütləsi. T;
    b - qaldırılma oxundan dayağın ağırlıq mərkəzinə qədər olan məsafə , M;
    c - qaldırılma oxundan trosun bağlanma yerinə qədər olan məsafə, M. 
    Şəkil 1.9. Ağır mexanizmin köməyi ilə dayaqların qaldırılması 


    14 
    Bundan sonra qüvvələr diaqramı çəkilir. Bunun üçün F qüvvəsini iki istiqamətdə mürəkkəblərə 
    ayrılır. H - dayağın oxu istiqamətdə; T - dayaqdan oxa doğru gedən istiqamətdə olan qüvvələr. 
    Məftilləri və trosları quraşdırmazdan əvvəl aşağıdakı hazırlıq işlərini görmək lazımdır:
    - İzolyator çələnglərinin yığılması və dayağa qaldırılması;
    - məftillərin və trosların trassa boyu uzadılması;
    - məftillərin və trosların təmiri və bir-birilə birləşdirilməsi;
    - məftillərin dayaqlara qaldırılması və quraşdırma roliklərində yerləşdirilməsi.
    İzolyatorların çələnglərə yığılması quraşdırma sahələrində aparılır. İzolyatorlar yığılmazdan əvvəl 
    yoxlanılır. Hər bir izolyatorun müqaviməti 2,5 kV gərginlikli meqoommetr ilə ölçülür, Müqavimət 300 
    M.om-dan az olmamalıdır. 
    1.3.2. Tələbələr üçün fəaliyyətlər
     
    Konstruksiya cəhətdən izolyatorların növlərini araşdırın və müzakirə edin; 
     
    Dayaqların qaldırılma üsullarını internet vasitəsilə araşdırın, müzakirələr edib və 
    ümumiləşdirmələr aparın; 
     
    Məftilləri və trosları quraşdırmazdan əvvəl hazırlıq işlərini karusel üsulu ilə qeyd edin. 

    Download 4.52 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   35




    Download 4.52 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    “Hava xətlərinin məftil və trosların konstruksiyasını izah edir”

    Download 4.52 Mb.
    Pdf ko'rish