• Təlim nəticəsi 5: Kabel xətlərinin layihələndirilməsini barədə bilir Qiymətləndirmə meyarları
  • Təlim nəticəsi 6: Mühafizə yerlə birləşdirmə şəbəkələrinin quruluşu və quraşdırılmasını bilir Qiymətləndirmə meyarları
  • Hava xətlərinin çəkilməsi
  • Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi




    Download 4.52 Mb.
    Pdf ko'rish
    bet6/35
    Sana05.11.2023
    Hajmi4.52 Mb.
    #94424
    1   2   3   4   5   6   7   8   9   ...   35
    Bog'liq
    kabellarin-qurasdirilmasi

    Qiymətləndirmə meyarları 
    1. Gərginliyi 1000vata qədər olan cərəyan keçiricilərin quraşdırılmasını izah edir
    2. Gərginliyi 1000 volta qədər olan hava xətlərinin və xarici elektrik xətlərinin quraşdırılmasını şərh edir; 
    3. Özünüdaşıyan izolə olunmuş naqillərin quraşdırılmasını müəyyən edir; 
    4. Gizli elektrik xətlərinin quraşdırılması haqqında məlumat verir. 
    Təlim nəticəsi 5: Kabel xətlərinin layihələndirilməsini barədə bilir
     
    Qiymətləndirmə meyarları 
    1. Layihənin hissələri və ilkin məlumatları sadalayır; 
    2. Elektrik verilişi xətləri trassasının seçilməsi və axtarışını müəyyən edir; 
    3. Trassanın profili üzrə cərəyanların yerləşməsini müəyyən edir; 
    4. Kabel xətləri trassalarının layihələndirilməsinə dair məlumat verir. 
    Təlim nəticəsi 6: Mühafizə yerlə birləşdirmə şəbəkələrinin quruluşu və quraşdırılmasını bilir
     
    Qiymətləndirmə meyarları 
    1. Mühafizə yerlə birləşməsini müəyyən edir; 
    2. Təbii yerlə birləşməni izah edir; 
    3. Süni yerlə birləşməni izah edir; 
    4. Elektrik veriliş hava xətlərinin və kabel zirehlərinin yerlə birləşməsini şərh edir. 



    Təlim nəticəsi 1: Hava və kabel xətlərinin konstruksiyası barədə bilir
    1.1.1. Hava xətlərinin çəkilməsi haqqında məlumat verir
     
    Hava xətlərinin çəkilməsi
    Açıq havada dayaqlar üzərində izolyatorlar vasitəsilə bərkidilərək naqilə elektrik 
    enerjisinin ötürülməsi və paylanması üçün tətbiq edilən qurğu hava EVX-ləri adlanır. Bu 
    xətlər gərginlik səviyyəsinə görə 2 yerə bölünür:
    1. Gərginliyi 1 kV-a qədər olan hava EVX-ləri,
    2. Gərginliyi 1 kV-dan çox olan yüksək gərginlikli hava EVX-ləri.
    1kV-a qədər olan alçaq hava EVX-lərinin standartları aşağıdakılardır:
    - 127 V; 220 V; 380 V; 500 V; 660 V; 825 V.
    Yüksək gərginlikli elektrik xətlərinin gərginlikləri aşağıdakılardır: 
    - 3 kV; 6 kV; 10 KV; 27.5 kV; 35 kV; 110 kV; 220 kV; 330 kV; 500kV; 750 kV; 1150 kV.
    1kV-a qədər hava EVX-ləri dəmiryol yarımstansiyalarının işıqlandırılması və qəsəbələrin stansiyalarının 
    qidalandırılması üçün istifadə edilir.
    Ağac dayaqları hazırlamaq üçün antiseptik ilə hopdurulmuş III növ ağaclardan istifadə edilir. Ağacın 
    yuxarı hissəsində diametri bir dirəkli dayaqlarda 15 sm-dən, iki dirəkli və A - şəkilli dayaqlarda isə 14 sm-
    dən az olmamalıdır. Ağac dayağı yerə basdırmaq üçün əsasən dəmir - beton əlavələrdən istifadə edilir. 
    Dəmir-beton əlavənin yerə basdırılan hissəsi iki təbəqə bitum ilə örtülür ki, bu da onun işləmə müddətini 
    artırır.
    Əgər ağac dayaq birbaşa yerə basdırılarsa, onu çürümədən qorumaq üçün yerə basdırılan hissəsi 
    antiseptik pasta ilə örtülür, üstündən isə tol, ruberoid və ya perqamindən bandaj dolanır. Bandaj ağaca 
    mıx və polad məftillə bərkidilir. 
    Dayağın basdırılma dərinliyi layihədə göstərilən kimi və ya sorğu ədəbiyyatlarından götürülür. Şəkildə 
    dəmir-beton dayaqların nümunələri göstərilmişdir. 
    I kV gərginliyə qədər hava xətlərində iki növ dayaqlardan istifadə edilir: ağac və dəmir - beton.
    Hava xəttinə düşən yükün xarakterindən asılı olaraq dayaqlar aşağıdakı kimi olurlar: aralıq dayaqlar - 
    trassanın düzxətli hissəsində quraşdırılır və xəttə düşən uzununa dartma qüvvəsini qəbul edir; anker 
    dayaqlar - cay, avtomobil və dəmir yollarının kəsişməsində quraşdırılır və xəttə düşən uzununa dartma 
    qüvvəsini qəbul edir;
    Bucaq dayaqlar - trassanın istiqaməti dəyişən yerdə quraşdırılır; kənar dayaqlar - hava xəttinin əvvəli 
    və axırında quraşdırılır və bir tərəfli dartma qüvvəsini qəbul edir. 
    Şəkil 1.1. Hava xətlərinin çəkilməsi 




    Download 4.52 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   35




    Download 4.52 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi

    Download 4.52 Mb.
    Pdf ko'rish